Məhkəmə qərarları › İş №2(004)-3096/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3096/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3096/2021 20.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə İddiaçı “xxxx” MMC-in cavabdehlər X3 və Zamin qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-in cavabdehlər X3 və Zamin qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.07.2018-ci il tarixli müqaviləyə əsasən, Samsung markalı soyuducu üçün 110 (yüz on) manat ödənilməmiş hissə, 31(otuz bir) manat dəbbə, 25.09.2018-ci il tarixli müqaviləyə əsasən Playstation-4 Sony 1TB Pro üçün 106 (yüz altı) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat dəbbə, ümumilikdə 303 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 323 manat məbləğində pulun cavabdehlər X4 və Zamin müştərək qaydada tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5, 147-ci maddələrinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan iddiaçı “xxxx” MMC ilə cavabdeh X4 arasdında bağlanmış 00310884 nömrəli, 25.09.2018-ci il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, satıcı “xxxx” MMC Playstation-4 Sony 1TB Pro-nu cavabdehə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 25.09.2018-ci il tarixli əşyaların təhvil-təslim aktından müəyyən olunur ki, cavabdeh X1-4 Sony 1TB Pro-nu təhvil almışdır. İş materiallarında olan 25.09.2018-ci il tarixli 00310884 nömrəli müqaviləyə əlavədən müəyyən olunur ki, cavabdeh 05.11.2018-ci il tarixdən 05.10.2019-cu il tarixədək ilkin ödəniş daxil olmaqla hər ay 93 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 00320884 nömrəli, 25.09.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, Zamin (zamin) əsas müqavilə (25.09.2018-ci il tarixli, 00310884 nömrəli) üzrə alıcının zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə xxxx MMC qarşısında alıcı ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan cavabdeh X4 ilə “xxxx” MMC arasında bağlanmış K00201454 nömrəli, 05.07.2018-ci il tarixli müqavilənin əslindən müəyyən olunur ki, satıcı “xxxx” MMC Samsung markalı soyuducunu cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 05.07.2018-ci il tarixli əşyaların təhvil-təslim aktından müəyyən olunur ki, cavabdeh Samsung markalı soyuducunu təhvil almışdır. İş materiallarında olan 05.07.2018-ci il tarixli əlavədən müəyyən olunur ki, cavabdeh hər ay 104 manat olmaqla ilkin ödəniş daxil olmaqla 1560 manat məbləğində pulu 05.08.2018-ci il tarixdən başlayaraq 15 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan K00201454 nömrəli, 05.07.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, Zamin (zamin) əsas müqavilə (05.07.2018-ci il tarixli, K00201454 nömrəli) üzrə alıcının zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə xxxx MMC qarşısında alıcı ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan 13.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh 216 manat əsas, 87 manat dəbbə borcu olmaqla cəmi 303 (üç yüz üç) manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə hesab edir ki, müqavilələrə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, Cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini qismən yerinə yetirmiş, borcunu tam və vaxtında ödəməmişdir. Məhkəmə həmçinin qeyd dir ki, cavabdeh Zamin müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, öhdəliyin icarsını lazımınca təmin etməmişdir. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 05.07.2018-ci il tarixli müqavilə üzrə 110 manat əsas, 31 manat cərimə, 25.09.2018-ci il tarixli müqavilə üzrə 106 manat əsas, 56 manat cərimə borcu, 20 manat ödənilmiş dövlət rüsumu cavabdehlər X4 və Zamin müştərək qaydada tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin məcəlləsin 472-ci maddəsinin 1-ci bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 05.07.2018-ci il tarixli müqaviləyə əsasən, Samsung markalı soyuducu üçün 110 (yüz on) manat ödənilməmiş hissə, 31(otuz bir) manat dəbbə, 25.09.2018-ci il tarixli müqaviləyə əsasən Playstation-4 Sony 1TB Pro üçün 106 (yüz altı) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat dəbbə, ümumilikdə 303 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 323 manat məbləğində pul cavabdehlər X4 və Zamin müştərək qaydada tutularaq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar