Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3097/2021 16.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.05.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********06450 olan HOFFMANN X PRO markalı telefon üçün 125 (yüz iyirmi beş) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, 18.07.2019-cu il tarixli müqaviləsinə əsasən X2 üçün 12 (on iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 03.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********31562 olan Samsung galaxy A10 markalı telefon üçün 288 (iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə, 23.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********63474 olan Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full BLACK aksesuar üçün 288 (iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə. 03.01.2020-ci il tarixli müqaviləsinə əsasən, X1 aksesuar üçün 140.4 (yüz qırx manat, qırx qəpik) manat ödənilməmiş hissə, 14.6 (on dörd manat altmış qəp) manat cərimə, ümumilikdə 936 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 966 manat Cavabdeh alınaraq "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 11.05.2018-ci il, 18.07.2019-cu il, 03.09.2019-cu il, 23.09.2019-cu il və 03.01.2020-ci il tarixli müqaviləsinə əsasən. İMEİ kodu **********06450, **********31562 və **********63474 olan HOFFMANN X PRO, 2 ədəd Samsung galaxy A10 markalı telefon, Power Bank Mİ, 4D Glass Full BLACK və X1 2 ədəd aksesuar almış və nəticədə 936 (doqquz yüz otuz altı,) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.05.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600 (altı yüz) manat (24 ay x 25 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********06450 olan HOFFMANN X PRO markalı telefon üçün ümumilikdə, 137 (yüz otuz yeddi) manat olmaqla ondan, 125 (yüz iyirmi beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12 (on iki) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 72 (yetmiş iki) manat (6 ay x 12 manat + 0 manat ilkin ödəniş) Power Bank Mİ üçün ümumilikdə, 12 (on iki) manat olmaqla ondan, 12 (on iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 384 (üç yüz səksən dörd) manat (12 ay x 32 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********31562 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 316 (üç yüz on altı) manat olmaqla ondan, 288 (iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 396 (üç yiiz doxsan altı) manat (18 ay x 22 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********63474 olan Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full BLACK aksesuar üçün ümumilikdə 316 (iiçyüz on altı) manat olmaqla ondan, 288 (iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 140,4 (yüz qırx manat, qırx qəp) manat (12 ay x 11.7 manat + 0 manat ilkin ödəniş) X1 aksesuar üçün ümumilikdə 155 (yüz əlli beş) manat olmaqla ondan, 140,4 (yüz qırx manat, qırx qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.6 (on dörd, altmış qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 739 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 11.05.2018-ci il tarixli K00137862 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh “xxxx” MMC-dən İMEİ kodu **********06450 **********06468 olan HOFFMANN X PRO almışdır. İş materiallarına əlavə olunmuş 18.07.2019-cu il tarixli 00789741 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh “xxxx” MMC-dən X2 20000 mahorijinal (2usb) almışdır. İş materiallarına əlavə olunmuş 03.09.2019-cu il tarixli 00885820 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh “xxxx” MMC-dən İMEİ kodu **********31562 olan Samsung Galaxy A10 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş 23.09.2019-cu il tarixli 00933487 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh “xxxx” MMC-dən İMEİ kodu **********63474 **********63472 olan Samsung Galaxy A10 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş 03.01.2020-ci il tarixli 20008912 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh “xxxx” MMC-dən X1 aksesuar almışdır. İş materiallarında olan 13.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 11.05.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 600 (altı yüz) manat (24 ay x 25 manat + 0 manat ilkin ödəniş) Hoffmann X Pro markalı telefon üçün ümumilikdə, 137 (yüz otuz yeddi) manat olmaqla ondan, 125 (yüz iyirmi beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12 (on iki) manat cərimə borcu yaranmışdır. 18.07.2019-cu il müqaviləyə əsasən alqı-satqı qiyməti 72 (yetmiş iki) manat (6 ay x 12 manat + 0 manat ilkin ödəniş) tarixli X2 üçün ümumilikdə, 12 (on iki) manat olmaqla ondan, 12 (on iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə borcu yaranmışdır. 03.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 384 (üç yüz səksən dörd) manat (12 ay x 32 manat + 0 manat ilkin ödəniş) Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 316 (üç yüz on altı) manat olmaqla ondan, 288 (iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat cərimə borcu yaranmışdır. 23.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 396 (üç yüz doxsan altı) manat (18 ay x 22 manat + 0 manat ilkin ödəniş) Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 316 (üç yüz on altı) manat olmaqla ondan, 288 (iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat cərimə borcu yaranmışdır. 03.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 140.4 (yüz qırx manat, qırx qəpik) manat (12 ay x 11.70 manat + 0 manat ilkin ödəniş) Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 155 (yüz əlli beş) manat olmaqla ondan, 140.4 (yüz qırx manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.6 (on dörd manat 6 qəpik) manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş 21.10.2020-ci il tarixli bildirişdən görünür ki, 11.05.2018-ci il tarixli, 18.07.2019-cu il tarixli, 03.09.2019-cu il tarixli, 23.09.2019-cu il tarixli 03.01.2020-ci il tarixli müqavilələr əsasən, öhdəsinə götürdüyü öhdəliyə görə qısa bir zamanda ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdehnı xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş 14.04.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, “xxxx” MMC ilə Cavabdeh arasında 11.05.2018-ci il tarixli, müqaviləyə əsasən İMEİ kodu **********306450 olan Hoffmann X Pro markalı telefon almış və nəticədə 137 manat borc yaranmışdır, 18.07.2019-cu il tarixli müqaviləyə əsasən X2 almış və nəticədə 12 manat borcu yaranmışdır, 03.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ KODU **********31562 olan Samsung Galaxy A10 markalı telefon almış və nəticədə 316 manat borc yaranmışdır, 23.09.2019-cu il tarixli İMEİ KODU **********63474 olan Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full BLACK aksesuar almış və nəticədə 316 manat borc yaranmışdır, 03.01.2020-ci il tarixli X1 aksesuar almış və nəticədə 155 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11.05.2018-ci il tarixli müqaviləsinə əsasən, 125 manat ödənilməmiş hissə, 12 manat cərimə, 18.07.2019-cu il tarixli müqaviləsinə əsasən 12 manat ödənilməmiş hissə, 03.09.2019-cu il tarixli müqaviləsinə əsasən 288 manat ödənilməmiş hissə, 28 manat cərimə, 23.09.2019-cu il tarixli müqaviləsinə əsasən, 288 manat ödənilməmiş hissə, 28 manat cərimə, 03.01.2020-ci il tarixli müqaviləsinə əsasən, 140,4 manat ödənilməmiş hissə, 14,6 manat cərimə, ümumilikdə 936 (doqquz yüz otuz altı) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3097/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3097/2021
16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver