Məhkəmə qərarları › İş №2(004)-3109/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3109/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3109/2022 18.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 BOKT ASC və "xxxx" MMC qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 BOKT ASC və "xxxx" MMC qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri üzrə icra idarəsinin xx.xx.2020-ci il tarixli 114/44 nömrəli sifariş məktubu əsasında "xxxx" MMC-nin Sumqayıt şəhəri Corat qəsəbəsi ev 550D mənzilinə dair ipoteka predmetinin satışı ilə bağlı keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək iddiaçı Cavabdeh2 BOKT ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2015/00178-01 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdeh İddiaçı Cavabdeh2 BOKT ASC-nin xeyrinə 14185.85 ABŞ dolları məbləğində qalıq, 4500.24 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 18686.09 ABŞ dolları məbləğində (ödəniş gününə Mərkəzi Bankın manat olan məzənnəsi nəzərə alınmaqla, manatla) borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən 550D savlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50 000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin hesabına 14185.85 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 4500.24 ABŞ dolları məbləğində faiz borcu, cəmi 18686.09 ABŞ dolları məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh2 BOKT ASC-yə ödənilməsi, iddia tələbinin ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması hissəsində rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 78/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən 550D saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən 550D saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 98000 manat müəyyən edilməsi qət olunmuşdur. Mülki Məcəllədə müəyyən edilmiş hərracın keçirilməsi qaydaları imperativ xarakter daşıyır və onların pozulması ilə keçirilmiş hərrac şərh olunan maddəyə əsasən maraqlı şəxsin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Etibarsız sayılmış hərracda bağlanmış müqavilə də öz növbəsində etibarsız olur. Məsələn Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmadıqda hərracın təşkilatçısı onun keçirilməsi barədə otuz gün əvvəl məlumat verməlidir. Göründüyü kimi bu qaydaya əsasən hərrac elan olunduğu gündən otuz keçməmiş keçirilə bilməz. Müəyyən edilmiş bu qaydanı pozmaqla keçirilən hərrac onda iştirak etmək istəyənləri bu imkandan məhrum edir. Bu müddəti pozmaqla keçirilmiş hərrac onda iştirak edərək hərracı udmaq şansından məhrum edilmiş şəxsin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərrac habelə onun nəticələrinin düzgün müəyyən edilməməsi və digər əsaslar üzrə də etibarsız sayıla bilər. Etibarsız sayılmış hərracda bağlanmış əqd şübhəsiz ki, etibarsız sayılmalıdır. Bu halda hərrac Mülki Məcəllədə müəyyən edilmiş bütün qaydalara əməl edilməklə yenidən keçirilməli, onun keçirilməsi müddəti pozulmuş müddət nəzərə alınmaqla bərpa edilməlidir. İddia ərizəsində də qeyd etdiyi kimi xx.xx.2021-ci il tarixində keçirilmiş hərracdan ümumiyyətlə xəbəri olmamışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh2 BOKT ASC və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh2 BOKT ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2015/00178-01 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdeh İddiaçı Cavabdeh2 BOKT ASC-nin xeyrinə 14185.85 ABŞ dolları məbləğində qalıq, 4500.24 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 18686.09 ABŞ dolları məbləğində (ödəniş gününə Mərkəzi Bankın manat olan məzənnəsi nəzərə alınmaqla, manatla) borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən 550D savlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50 000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin hesabına 14185.85 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 4500.24 ABŞ dolları məbləğində faiz borcu, cəmi 18686.09 ABŞ dolları məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh2 BOKT ASC-yə ödənilməsi, iddia tələbinin ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması hissəsində rədd edilməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 78/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən 550D saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən 550D saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 98000 manat müəyyən edilməsi qət olunmuşdur. Hərracın keçirilməsi haqqında Sumqayıt şəhəri icra şöbəsinin 114/14 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubu xx.xx.2021-ci tarixdə Bakı Hərrac Mərkəzi MMC-yə daxil olmuş və "xxxx" MMC tələbkar Cavabdeh2 BOKT ASC və borclu İddiaçı Sumqayıt şəhər İcra şöbəsinin 114/14 saylı, xx.xx.2021-ci il tarixli şifariş məktubuna əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən 550D saylı fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixdə, saat 11:00-da ilkin hərrac, xx.xx.2021-ci il tarixdə, saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırmış, bu barədə sonuncuya xx.xx.2021 və xx.xx.2021-ci il tarixdə rəsmi qaydada poçt vəsitəsi ilə bildirşlər göndərmişdir. Bununla yanaşı hərrac barədə Market qəzetinin 20.08.21-26.08.21 və 17.09.21-23.09.21 tarixli saylarında elan verilmişdir. "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokoluna əsasən, Sumqayıt şəhər İcra İdarəsinin sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən "xxxx" MMC cavabdehə məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən 550D saylı fərdi yaşayış evini təkrar hərraca çıxarmış və ipoteka saxlayan Cavabdeh2 BOKT ASC həmin əmlakı 62475 manata əldə etmiş və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, sözü gedən ev tələbkar Cavabdeh2 BOKT ASC-yə 62475 manata satılmasına dair, "xxxx" MMC ilə Cavabdeh2 BOKT ASC arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İstinad olunan Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən yolu ilə satılır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Göründüyü kimi "xxxx" MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, bu barədə iddiaçıya rəsmi qaydada bildirişlər göndərilmiş, hərrac barədə Market qəzetində elan verilmişdir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 BOKT ASC və "xxxx" MMC qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsi tələbinə dair iddası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 BOKT ASC və "xxxx" MMC qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar