Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-311/2022 10.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, 19 saylı xüsusi Notariat kontoruna qarşı və AR ƏMDK yanında DƏDRX maraqlı şəxs qismində cəlb etməklə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh1, X17, 19 saylı xüsusi Notariat kontoruna qarşı və AR ƏMDK yanında DƏDRX maraqlı şəxs qismində cəlb etməklə "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi, 107 a ünvanında yerləşən sahəsinin 0.04 ha daşınmaz əmlaka dair ünvan 1 Kontorunda Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, 26 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X12 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, rəhmətlik X8 həyal yoldaşı olub. 31 avqust 2006-cı il tarixdə yoldaşı vəfat etdikdə sonra Nəsimi rayon Məhkəməsinin 01 fevral 2008-ci il tarixli qətnaməsi ilə miras əmlaklar payı müəyyən edilmişdir. X2 adında olan JN-25272H.KOD 01100003 saylı şəhadətnamə əsasında mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0.09 hektar torpaq sahəsinin 6/10 hissəsinə X4, 1/10 hissəsinə X9, 1/10 hissəsinə X10, 1/10 hissəsinə X13, 1/10 hissəsinə X5 mülkiyyət hüquqları tanınması və bu barədə müvafiq sənədləşdirmənin aparılması AR Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Bakı şəhər şöbəsinə və AR Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tapşırlması barədə qətnamə çıxarılmışdır. Sözü gedən torpaqı Məhkəmə qərarı əsasında AR Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Bakı şəhər şöbəsinə və AR Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında isdifadəsinə verilməsi Çıxarışda öz əksini tapmışdır. Həmin Çıxarışa əsasən ayrılmış ərazidə sahiblik və ondan istifadə hüququ ona məxsusdur. O, 04 mart 2020-ci il tarixdə sözü gedən torpaq sahəsinə baxmağa getdikdə bir neçə nəfər tanımadığı şəxsi torpaq ərazisində traktor texnika vasitəsi ilə həmin ərazidə tikinti qazıntı işləri apardığını görmüş və yaxınlaşaraq kim olduğunu soruşmuş. Həmin adını bilmədiyi şəxs ona bu torpaq sahəsini alaraq öz adına rəsmişəldirdiyini bildirmişdir. O, öz növbəsində ona bu torpağı 2008-ci ildən AR Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Bakı şəhər şöbəsinə və AR Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin çıxarışı əsasında mülkiyyətinə qəbul etdiyini bildirmişdir. Lakin ona məhəl qoymadan bu ərazidə tikinti işlərinə başladıqlarını bildirmişlər. Hadisə ilə bağlı hal hazırda həmin ərazidə iş başlanmasına hazırlıq gedir, onun ərazisinə soxulmuş və onun əmlakına ziyan vurmuş şəxslər barəsində Yasamal rayon Polis və Prokurorluq orqanlarına rəsmi ərizə ilə müraciət etmişdir. Həmçinin qeyd edilməlidir ki. torpağa aid sənədlərin əsllərini bu günədək ondadır. Lakin, torpağa dair sənədlərin onda olmasına və onun bu günədək də həmin torpaq sahəsi mülkiyyətində olmasına baxmayaraq, bu günlərdə ona məlum olmuşdur ki, Cavabdeh1 onun razılığı olmadan qeyri- qanuni yollarla yəni, AR Dövlət Torpaq və Xəritəçəkmə komiləsinin AR Daşınmaz Əmlakın Dövlət Reysetr Xidmətininn bir qrup saxtakar üzvləri ilə əlaqəyə girib ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka dair öz adına 02 mart 2020-ci il tarixli, **********48 nömrəli saxta Çıxarış əldə etmişdir. Belə ki, Cavabdeh1 Cavabdeh2 adına verilmiş 18.12.2007-ci il tarixli ********** saylı saxta qeydiyyatlı çıxarışla 19 saylı Xüsusi Notariat Kontorununn əməkdaşlarını aldadaraq 26 fevral 2020-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi ilə 4 sot torpaq sahəsinə saxta müqavilə bağlanmışdır. 18.12.2007-ci il tarixli ********** saylı saxta qeydiyyatlı çıxarış 06.10.2009-cu il tarixdə (iş No2(004)-3372/09) saylı Yasamal rayon Məhkəməsinin Qətnaməsi ilə Etibarsız hesab edilmişdir. Qeyd edilənlərdən aydın şəkildə görünür ki, onun konstitusion, mülki, torpağ hüquqları Cavabdeh1 tərəfindən kobud şəkildə pozulmuşdur və təssüflər olsun ki, bu hüquq pozuntusu bu günədək davam etməkdədir. Torpaq özəlləşdirilən zaman o, həmin mənzildə qeydiyyatda olduğundan 2 nömrəli forma arayışı alınarkən onun adı da qeyd edilməli və notariat qaydada təsdiq edilmiş razılıq ərizəsinin olması zəruri idi. Həmçinin həmin mənzilə dair hüquqmüəyyənedici sənədlərin əslləri bu günədək onda olduğundan mənzilin hansı sənədlər əsasında özəlləşdirilməsi ona məlum deyil. Bu qaydalara riayət olunmaması isə özlüyündə qeyd olunan mənzilin özəlləşdirilməsinin qeyri-qanuni yollarla həyata keçirilməsini sübut edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatının iddia ərizəsinin məzmununa uyğun olduğunu bildirmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X14 iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, ünvan 1 Kontorunda Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, 26 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh2 məxsus çıxarışın ləğv edilməsindən xəbərləri olmamışdır. Bu işlərdə onun mərhum atası iştirak etmişdir. Hal-hazırda müqavilə etibarsız hesab olunarsa, Cavabdeh1 müqavilə üzrə ödənilmiş 25000 manat pulu geri qaytarmağa imkanı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh 19 saylı xüsusi Notariat kontoruna lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasına iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.06.2020-ci il tarixli, 2 (103)- 5177/2020 saylı qərardadının surətindən müəyyən olunur ki, iddiaçı X15 Cavabdeh1 qarşı “çıxarışın ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2431/2020 saylı 11 mart 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004 )-2431/2020 saylı 11 mart 2020-ci il tarixli qərardadı ləğv edilmiş, ünvan 4 ünvanında yerləşən 0.04 ha. torpaq sahəsinin özgəninkiləşdirilməsi Cavabdeh1 və digər şəxslərə qadağan edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair KOD 01100003, JN - 25272H seriaylı şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 13-cü Xrebtovi küçəsi,i 107 a ünvanında yerləşən torpaq sahəsi X8 mülkiyyətinə verilmişdir. Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 2 (103)-1594/2008 saylı, 11 iyun 2008-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçılar X9, X7 və cavabdehlər İddiaçı və X10 Nəsimi rayon məhkəməsinin 01 fevral 2008- ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətləri əsasında Nəsimi rayon məhkəməsinin 01 fevral 2008-ci il tarixli qətnaməsi miras əmlaklara payların müəyyən edilməsi və avtomaşınların açıq hərracdan satılmasına dair hissədə ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, 31 avqust 2006-cı il tarixdə vəfat etmiş X16 məxsus əmlakların 6/10 hissəsinə İddiaçı, 1/10 hissəsinə X9, 1/10 hissəsinə X10, 1/10 hissəsinə X13, 1/10 hissəsinə X5 paylarının müəyyən edilməsi, X2 adına olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 11 saylı evin 48 saylı mənzilinin və Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 28 saylı evin 3 saylı mənzilinin 6/10, hissəsinə İddiaçı, 1/10 hissəsinə X11, 1/10 hissəsinə X10, 1/10 hissəsinə X13, 1/10 hissəsinə X5 mülkiyyət hüquqlarının tanınması və bu barədə müvafiq qeydiyyatın aparılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tapşırılması, 25 yanvar 1999-cu ildə Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə şöbəsi tərəfindən 1814 nömrə ilə qeydə alınmış X8 təsisçisi olduğu “Beton” müəssisəsinin balansında olan əmlakın 6/10 hissəsinə X4, 1/10 hissəsinə X9, 1/10 hissəsinə X10, 1/10 hissəsinə X13, 1/10 hissəsinə X5 paylarının müəyyən edilməsi və təsisçinin hüquqi varisləri barədə müvafiq qeydiyyatın aparılması Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə həvalə edilməsi, X8 adına Azərbaycan Beynəlxalq Bankının Qaradağ filialında GAR 945977-AZN-3K21 -01 saylı bank hesabında olan pul vəsaitinin 6/10 hissəsinə İddiaçı, 1/10 hissəsinə X9, 1/10 hissəsinə X10, 1/10 hissəsinə X13, 1/10 hissəsinə X5 paylarının müəyyən edilməsi, X8 adına olan 1OKN33O dövlət qeydiyyat nişanlı “Mitsubishi Lancer” markalı avtomaşının, “UAZ-452 D” markalı 10KM- 147 dövlət qeydiyyat nişanlı, “Qaz- 31105-120” markalı ** OF *** dövlət qeydiyyat nişanlı avtomaşınların 6/10 hissəsinə İddiaçı, 1/10 hissəsinə X9, 1/10 hissəsinə X10, 1/10 hissəsinə X13, 1/10 hissəsinə X5 mülkiyyət hüquqlarının müəyyən edilməsi, X8 JN-25272H, KOD 01100003 saylı şəhadətnamə əsasında mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən 0.09 hektar torpaq sahəsinin 6/10 hissəsinə İddiaçı, 1/10 hissəsinə X9, 1/10 hissəsinə X10, 1/10 hissəsinə X13, 1/10 hissəsinə X5 mülkiyyət hüquqlarının tanınması və bu barədə müvafiq sənədləşdirmənin aparılmasının AR Dövlət Torpaq və Xəriləçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə və AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə tapşırılması, Azərbaycan Beynəlxalq X1 adına olmuş 950024USD4741-01 nömrəli depozit hesabındakı 89370 ABŞ dollarında pul məbləğinin 53622 ABŞ dolları məbləğində X4, 8937 ABŞ dolları məbləğində X9, 8937 ABŞ dolları məbləğində X10 8937 ABŞ dolları məbləğində X13 və 8937 ABŞ dolları məbləğində X5 payları müəyyən edilsin. Həmin məbləğin X20 tərəfindən götürülməsi nəzərə alınmaqla ondan 53622 ABŞ dolları İddiaçı xeyrinə, 8937 ABŞ dolları X9 xeyrinə, 8937 ABŞ dolları X13 xeyrinə, 8937 ABŞ dolları X5 xeyrinə tutulması, Nəsimi rayon məhkəməsinin 20 fevral 2007-ci il tarixli 2- 517/07 saylı qərardadı ilə mərhum X16 məxsus əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanda yerləşən 0.09 hektar torpaq sahəsinin 6/10 hissəsinə İddiaçı, 1/10 hissəsinə X21, 1/10 hissəsinə X20, 1/10 hissəsinə X22, 1/10 hissəsinə X18 mülkiyyət hüququna malikdir və bu barədə Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 12314 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yasamal rayon Məhkəməsinin 2 (004)-3372/09 saylı, 06.10.2009-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, X3 adına verilmiş18.12.2007-ci il tarixli ********** saylı, Cavabdeh2 adına verilmiş 18.12.2007-ci il tarixli ********** saylı, X6 adına verilmiş 18.12.2007-d il tarixli ********** saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar etibarsız hesab edilmişdir. AN-İ ******* nömrəli, 26.02.2020-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, Cavabdeh2 (satıcı) Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi ünvanında yerləşən 0.04 hektar torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini Cavabdeh1 (alıcı) mülkiyyətinə verir. Cavabdeh1 (alıcı) isə həmin daşınmaz əmlakı 25000 manat qiymətinə alır. Həmin müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra reyestrdə 4Ə-63 N° ilə qeyd edilib. MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsində yerləşən 0.04 hektar torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir və bu barədə Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 102 nömrəli reyestr kitabının 9655 nömrəli vərəqində 18.12.2007-ci il tarixdə qeydiyyata alınmışdır. 26.02.2020-ci il tarixli ərizənin surətindən müəyyən edilir ki, Cavabdeh2 və Cavabdeh1 19 saylı notariat ofisində Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsində yerləşən 0.04 hektar torpaq sahəsini 25000 manat qiymətə satılması barədə razılığa gəlmişdirlər. Notarius N.Q.Quliyev tərəfindən Muğanbank ASC İnvest filialına ünvanlanmış 81 saylı, 25.02.2020-ci il tarixli məktubda Cavabdeh1 tərəfindən notariat qaydasında təsdiq ediləcək müqavilə üzrə ödənilməli olan 25000 manat məbləğində pulu bankın depozit hesabına qəbul olunması xahiş edilmişdir. 25.02.2020-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, Cavabdeh1 olan 25000 manat məbləğində pulu müqavilə üzrə bankın İnvest filialına köçürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 2(103)-1594/2008 saylı, 11 iyun 2008-ci il tarixli qətnaməsi ilə ünvan 8 ünvanda yerləşən 0.09 hektar torpaq sahəsinin 6/10 hissəsinə İddiaçı, 1/10 hissəsinə Cavabdeh2 mülkiyyət hüququ tanınmışdır. Yasamal rayon Məhkəməsinin 2 (004)-3372/09 saylı, 06.10.2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 adına verilmiş 18.12.2007-ci il tarixli ********** saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış etibarsız hesab edilmişdir. Cavabdeh2 isə həmin çıxarış əsasında ünvan 8 ünvanda yerləşən 0.09 hektar torpaq sahəsinin 0.04 hektar torpaq sahəsini 25000 manat qiymətə Cavabdeh1 satmışdır. Göründüyü kimi alqı-satqı zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə qətnamə ilə etibarsız hesab edilmiş çıxarış əsasında alqı-satqı müqaviləsi bağlanmışdır. Odur ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 Kontorunda Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi, 107 a ünvanında yerləşən 0,04 ha daşınmaz əmlaka dair bağlanmış AN-İ seriyalı, ******* nömrəli, 26 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsində əsasən Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bu səbəbdən məhkəmə, Cavabdeh1 AN-İ ******* nömrəli, 26.02.2020-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 ödəmiş olduğu 25000 manat pulun qaytarılmasını ondan tələb etmək hüququnun olmasını izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 Kontorunda Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi, 107 a ünvanında yerləşən 0,04 ha daşınmaz əmlaka dair bağlanmış AN-İ seriyalı, ******* nömrəli, 26 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-311/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-311/2022
10.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver