Məhkəmə qərarları › İş №2(004)-3110/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3110/2024

20.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3110/2024 20.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MTK və Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ön hissəsində cavabdehlər tərəfindən qanunsuz quraşdırılmış dəmir konstruksiya və dam örtüyünün cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə məhkəməyə ərizə vərərək, İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işi üzrə "xxxx" MTK-nın barəsində hazırkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan "xxxx" MTK-nın cavabdehlərin siyahısından çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ******* nömrəli, xx.xx.2012-ci il tarixli Hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 10nda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddia ərizəsinə əlavə olunmuş Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 15 dekabr 2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, ünvan 10nda İddiaçı məxsus və ümumi sahəsi 86,7 m2 olan qeyri-yaşayış obyektinin ön hissəsində "xxxx" MTK, tərəfindən quraşdırılmış dəmir konstruksiyasının sökülməsi barədə İddiaçı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış müraciəti "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə göndərilməklə aidiyyəti qurumlarla birgə baxılaraq müvafiq tədbirlərin görülməsi, komiyətə və müraciət edən şəxsə məlumatın təqdim edilməsi xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 10 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, mütəxəssislər tərəfindən qeyd edilən ünvanda yerləşən qeyriyaşayış obyektinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, zirzəmi mərtəbəsinə giriş-çıxış pilləkəni, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-347 nömrəli xx.xx.2011-ci il tarixli məktub ilə razılaşdırılmış layihə sənədlərində nəzərdə tutulmuşdur. Zirzəmi mərtəbəsinə açılmış pilləkənin üzərində atmosfer sularından qorunmaq üçün metal konstruksiyadan quraşdırılmış əlavə çətirlə bağlı MTK rəhbərliyinə və ya məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunur. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi iddia ərizəsi ilə aidiyyatı üzrə Yasamal rayon məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mülkiyyətində olan qeyriyaşayış sahəsinin ön hissəsində "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən quraşdırılmış dəmir konstruksiyanın, dam örtüyünün sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı ki, ünvan 1 ünvanında 23 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 86,7 kv.metr olan qeyriyaşayış sahəsi daşınmaz əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş **********34- 05301-083005 reyestr nömrəli xx.xx.2012-ci il tarixli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən mülkiyyətimdə olan qeyriyaşayış sahəsi ilə bitişik olmaqla qonşuluqda yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus qeyri-yaşayış sahəsinin yol tərəfdən giriş pilləkənləri asfalt-torpaq qatı qazılmaqla genişləndirilmiş, pilləkən marşım mülkiyyətində olan obyektin qarşısına doğru uzatmışdır. Daha sonra isə pilləkənin üzərini örtük materialı ilə bağlamaq məqsədilə həmin hissədə və onun giriş hissəsi kimi onun obyektinin pəncərələrinin qarşısında dəmir konstruksiya quraşdıraraq mülkiyyətində olan sahənin çöl görüntüsünü məhdudlaşmışdır. Özbaşına inşa edilmiş tikililərin sökülməsi və binanın fasad hissəsinin əvvəlki vəziyyətinə gətirilməsi üçün cavabdeh MTK-ya dəfələrlə müraciət etsə də, əksinə bu bir səmərə verməmiş, əksinə MTK-nın sədri qanunsuz tikinti-quraşdırma işləri ilə bağlı aidiyyəti orqanlara müraciət edəcəyi halda onun obyektinə gələn isti su xəttini və digər kommunikasiya xətlərini kəsəcəyini, bununla da onun sahibkarlıq fəaliyyətinə ziyan vuracağını bildirmişdir. Qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara müraciətindən sonra Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq araşdırmalar aparılmış, MTK tərəfindən quraşdırılmış qanunsuz tikili sökülmüş və ərazinin nəzarətdə saxlanılması aidiyyatı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə tapşırılmışdır. Buna baxmayaraq "xxxx" Mənzil Tikinti Kooperativinin sədri Cavabdeh aidiyyəti orqanların tapşırıqlarına məhəl qoymadan, özbaşınalığa yol verərək sözügedən girişin üstünü bağlamaq məqsədi ilə dəmir konstruksiyalardan quraşdırma işlərini davam etdirir. Bu səbəbdən də hazırki iddi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,7 kv.metr olan mülkiyyətində olan qeyriyaşayış sahəsinin ön hissəsində "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən quraşdırılmış dəmir konstruksiya cavabdeh tərəfindən sökülməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2083/2023 nömrəli iş üzrə 30 avqust 2023-cü il tarixli qətnaməsi (hakim Orxan Məmmədli) ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ön hissəsində "xxxx" MTK tərəfindən quraşdırılmış dəmir konstruksiya və dam örtüyünün sökülməsi qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin icraatına xitam verilməsi barədə qərardad qəbul olunmasım xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda mübahisələndirilən dəmir konstruksiya və şüşə dam örtüyü "xxxx" MTK tərəfindən deyil, başqa şəxs tərəfindən inşa edilməkdədir və həmçinin həmin mübahisələndirilən sahə MTK-nın yox, başqa şəxsin mülkiyyətindədir. Belə olduğu halda, məhkəmə iddiaya cavabvcrməli olan əsl cavabdehin müəyyən edilməsi barədə iddiaçı ilə müzakirə aparmamış, başqa şəxsin quraşdırdığı qurğuya görə MTK-a qarşı iddianın baxılmasını davam etdirmiş və yekunda MTK-a qarşı qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya məhkəmə kollegiyası qanunsuz tikinti aparılmış hissənin cavabdehə məxsus olan çıxarışda göstərilən 365 kv.m sahənin daxilində yerləşib- yerləşməməsinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2- 10/487 nömrəli, 23 yanvar 2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında tikilinin altında yerləşən sahə ilə Cavabdeh məxsus çıxarışda göstərilən 365 kv.metr sahə ilə üst-üstə düşür, yəni mübahisələndirilən sahə MTK-nın deyil, hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir. Göstərilən əsasla apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, “2(103)-484/2024” saylı qətnaməsi ilə şikayət təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmışdır. Hazırda eyni tələblə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Çünki, yuxarıda da qeyd olunduğu kimi mübahisələndirilən sahə "xxxx" MTK-nın deyil, hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir. Cavabdeh "xxxx" MTK-nın təsisçisi və direktorudur, eyni zamanda aparılan qanunsuz tikili də məhz "xxxx" MTK tərəfindən həyata keçirilir. Bu səbəblə mülkiyyətçi Cavabdeh ilə yanaşı "xxxx" MTK-nı da cavabdeh qismində qoymuşuq. Göstərilənlərə əsasən hesab etmişlər ki, cavabdehlər tərəfindən aparılan tikinti işləri qanunsuzdur və həmçinin onun mülkiyyət hüququnu pozduğundan iddia tələbi təmin olunmalı, qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, qeyd olunan ünvanda mübahisələndirilən dəmir konstruksiya və şüşə dam örtüyü əslində tam şəffaf şüşədən ibarətdir. Bu mənada sökülməsi tələb olunan qurğu (şüşə element) qanunsuz tikili və ya qurğu deyildir. İş materialına təqdim olunmuş Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının müşaviri K.Məmmədovun xx.xx.2023-cü il tarixli məktııbundan görünür ki, Cavabdeh mülkiyyətində olan Yasamal rayonu, Bəsti Bağırova küçəsi 2A ünvanında yerləşən qeyriyaşayış sahəsinin Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2011-ci il tarixli 18/04-347 nömrəli məktubu ilə razılaşdırılmış layihə əsasında yanğın təhlükəsizliyi üçün inşa edilmiş çıxış yolunun atmosfer təsirlərindən qorunması üçün orada hazırda quraşdırılmış yüngül materiallar və şəffaf şüşə elementlərindən ibarət konstruksiyanın istifadə edilməsinə baxış keçirilmiş və orada quraşdırılmış konstruksiyanın mövcud vəziyyətdə binanın fasad elementlərinin birgə ahənginə xələl gətirməməməklə, ümumi istifadədə olan hissələrə hər hansı maneə yaratmadığı müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq, hazırda mövcud olan yüngül materiallar və şüşə elementlərindən ibarət konstruksiyadan qeyri-yaşayış sahəsinin yanğın təhlükəsizliyi çıxışının atmosfer təsirlərindən qorunması məqsədilə istifadəsinə etiraz edilmir. İşin bu halını -yəni, mübahisələndirilən şüşə elementin istifadəsinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılıq verilməsi və Şəhərsalma və Tikinti Məcəlləsinin 74-79-cu maddələrinin mənası baxımından nəzərə alınmalıdır ki, iddiaçının sökülməsini tələb etdiyi şüşə element qanunsuz tikili deyildir və MM-in 180-ci maddəsinin tələbi baxımından sökülməsi tələbi əsassızdır. Həmçinin, iddiaçı, sökülməsini tələb etdiyi şüşə elementin onun hansı hüquqlarını pozduğuna dair Məhkəməyə hər hansı sübut-dəlil təqdim edə bilməmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, iddiaçının sökülməsini tələb etdiyi şüşə element, ümumiyyətlə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından “tikinti, tikinti obyekti” olmadığına görə, həmin şüşə elementinin icazəsiz qurulmasına dair mülahizələri də əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikinti və tikinti obyektləri, bina, qurğu, inşaat konstruksiyası və s. anlayışlar verilmiş, tikinti obyektinə icazə və məlumatlandırma icraatının tətbiq edilməsi qaydaları və şərtləri göstərilmişdir. Bu halda, məhkəmə, əgər mübahisə obyekti olan şüşə elementi “qanunsuz tikili” hesab edərsə, o zaman hazırki iddiaçının “qanunsuz tikilinin” sökülməsi tələbilə iddia qaldırmaq səlahiyyətinin olmadığını, ümumiyyətlə, belə tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı əsası ilə işin icraatına xitam verilməlidir. Hesab edirik ki, sökülməsi tələb olunan “şüşə element” qanuni olduğuna görə iddia tələbinin faktiki və hüquqi əsasının olmadığına görə iddia rədd edilməlidir. Məhkəmə sökülməsi tələb olunan şüşə elementin iddiaçının hər hansı hüququnu, yəni, mülkiyyət hüququnu nədə və necə pozulmasını iddiaçının əsaslandıra bilmədiyini nəzərə almalıdır. Eyni zamanda, məhkəmə iddiaçının müxtəlif dövlət orqanlarına müraciət etməsinə rəğmən şüşə elementin quraşdırılmasına dövlət orqanlarının etiraz etmədiyi, əksinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadəsinin məqsədəuyğun olduğunu yazılı şəkildə bildirməsini nəzərə almalıdır. Belə ki, iddia tələbinin təmin edilməsi üçün zəruri olan iddiaçının subyektiv hüquqa malik olması, malik olduğu hüququn cavabdeh tərəfindən pozulması və belə pozuntunun məhkəmə müdafiəsi hüququ ilə aradan qaldırılması zərurəti məhkəmə tərəfindən müəyyən edilmədiyi ilk növbədə nəzərə alınmalıdır. İddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya belə hüququn cavabdeh tərəfindən pozulmadığı müəyyən edildiyi halda isə, Məhkəmə irəli sürülmüş əsassız iddianın təmin edilməməsinə dair qətnamə qəbul etməlidir. İş materiallarında olan ******* nömrəli, xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətinə əsasən ünvan 11 ünvanda yerləşən ümumi sahəsi 86.7 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 11 saylı ünvanda yerləşən ümumi sahəsi 365 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/487 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, ünvan 6 ünvanında tikilinin altında yerləşən Cavabdeh faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin texniki parametrləri ilə ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 365 kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh adına tərtib olunmuş xx.xx.2023-cü il tarixli, **********34-05301-083002 reyestr nömrəli texniki pasportun göstəricilərini müqayisəli şəkildə təhlil etdikdə məlum olur ki, ünvan 6 ünvanında tikilinin altında yerləşən sahə ilə Cavabdeh məxsus çıxarışda göstərilən 365 kv.m sahə üst-üstə düşür. İş materiallarında olan xx.xx.2022, xx.xx.2023, xx.xx.2023-cü il tarixli Yasamal rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış məktublara əsasən ünvan 6 ünvanında ona məxsus qeyri-yaşayış sahəsinin mövcud giriş pilləkəni binanın ilkin layihəsinə uyğundur. Lakin girişin üstünü bağlamaq məqsədi ilə dəmir konstruksiyalardan aparılan quraşdırma işlərinə aid sənəd təqdim edilmədiyinə görə işlər dayandırılmışdır. Ərazinin nəzarətdə saxlanması aidiyyatı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 10 yanvar 2023-cü il tarixli, 3-18-2/2-c-1-24/2023 saylı məktubuna əsasən mütəxəssislər tərəfindən ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış obyektinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, zirzəmi mərtəbəsinə giriş-çıxış pilləkəni, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-347 nömrəli xx.xx.2011-ci il tarixli məktub ilə razılaşdırılmış layihə sənədlərində nəzərdə tutulmuşdur. Zirzəmi mərtəbəsinə açılmış pilləkənin üzərində atmosfer sularından qorunmaq üçün metal konstruksiyadan quraşdırılmış əlavə çətirlə bağlı MTK rəhbərliyinə və ya məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-52/2-Ə-517-071/2023 saylı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, ünvan 10nda ona məxsus qeyri-yaşayış sahəsinin yanğın təhlükəsizliyi üçün inşa edilmiş çıxış yolunun atmosfer təsirlərindən qorunması, hazırda quraşdırılmış yüngül materiallar və şəffaf şüşə elementlərdən ibarət konstruksiyanın istifadə edilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Həmin ünvana baxış keçirilmiş, quraşdırılmış konstruksiyanın mövcud vəziyyətdə binanın fasad elementlərinin birgə ahənginə xələl gətirməməklə, ümumi istifadədə olan hissələrə hər-hansı maneə yaratmadığı müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq, hazırda mövcud olan, yüngül materiallar və şüşə elementlərindən ibarət konstruksiyadan qeyri-yaşayış sahəsinin yanğın təhlükəsizliyi çıxışının atmosfer təsirlərindən qorunması məqsədilə istifadə olunmasına etiraz edilməmişdir. İş materiallarında olan Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2083/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilmiş, ünvan 10nda yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ön hissəsində "xxxx" MTK tərəfindən quraşdırılmış dəmir konstruksiya və dam örtüyünün sökülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının 2(103)- 484/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilmiş, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2083/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilmiş və İddiaçı cavabdehlər "xxxx" MTK-ya qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməməmişdir. İş materiallarında olan Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2083/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixli yerli Baxış protokoluna əsasən cavabdeh "xxxx" MTK tərəfindən iddiaçıya məxsus olan obyektin pəncərəsinə bitişik şəkildə kontruksiya quraşdırılmışdır. Quraşdırılmış konstruksiya binanın avtodayanacağına düşən pilləkənin üzərini örtür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçının obyekti ictimai iaşə obyekti kimi fəaliyyət göstərir və cavabdeh tərəfindən quraşdırılmış konstruksiya obyektin iç tərəfindən görüntünü məhdudlaşdıraraq pozur və obyektin çöldən görüntüsünü məhdudlaşdırır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 10nda yerləşən obyektin pəncərəsinə bitişik şəkildə konstruksiya quraşdırılmışdır. Quraşdırılmış konstruksiya binanın avtodayanacağına düşən pilləkənin üzərini örtür. İddiaçıya məxsus obyekt ictimai iaşə obyekti kimi fəaliyyət göstərir və cavabdeh tərəfindən quraşdırılmış konstruksiya obyektin iç tərəfindən görüntünü məhdudlaşdıraraq pozur və obyektin çöldən görüntüsünü məhdudlaşdırır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən quraşdırılmış konstruksiya və dam örtüyü İddiaçı öz mülkiyyətindən maneəsiz istifadə hüququnu pozur. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını rəhbər tutmaqla hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsinin ön hissəsində Cavabdeh tərəfindən quraşdırılmış konstruksiya və dam örtüyü cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 10nda yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ön hissəsində Cavabdeh tərəfindən quraşdırılmış konstruksiya və dam örtüyü Cavabdeh hesabına sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar