Məhkəmə qərarları › İş №2(004)-3117/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3117/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3117/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********94721 Samsung Galaxy J6 markalı telefon üçün 571 manat əsas borc, 172 manat cərimə, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Hoffman Led markalı televizor, Surefix markalı asqı üçün 537 manat əsas borc, 168 manat cərimə, xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********13902 Samsung J2 markalı telefon üçün 203 manat əsas, 61 manat cərimə, xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən Samsung Led markalı televizor üçün 872 manat əsas borc, 280 manat cərimə, ümumilikdə 2864 manat borc və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxx” MMC Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müüqavilələrinə əsasən, yəni xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən, Samsung Galaxy J6 markalı telefon, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Hoffman Led markalı televizor, Surefix markalı asqı, xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********13902 Samsung J2 markalı telefon və xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən Samsung Led markalı televizor cavabdehə satılmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada alınmış malların dəyərini ödəməmiş, edilmiş xəbərdarlıqlara əhəmiyyət verməmişdir. Müqavilələrin şərtlərinə əsasən ona dəbbə pulu hesablanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, işüzrətoplanmışsübutlarla müəyyən edilmişdir ki, İddiaçıMMCiləCavabdeh arasında xx xxxxxx 2018-ci il tarixli 00362149 saylı, xx xxxxxx 2018-ci il tarixli 62090 saylı, xx xxxx 2018-ci il tarixli K00169244 saylı və xx xxxx 2018-ci il tarixli K00169856 saylı alqısatqı müqavilələribağlanmış, lakin cavabdeh həmin alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2183 manat məbləğində əsas borc, 681 manat hesablanmış cərimə, ümumilikdə 2864 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı “xxxxxxxxxxx” MMC-nin iddiası təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2183 (iki min yüz səksən üç) manat əsas borc, 681 (altı yüz səksən bir) manat cərimə borcu olmaqla, ümumilkdə 2864 (iki min səkkiz yüz altmış dörd) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaqİddiaçı MMC-yə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar