Məhkəmə qərarları › İş №2(004)-3117/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3117/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3117/2021 15.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 16.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli AL-1630 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi; lizinq obyekti olan 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması; Cavabdeh 30 sentyabr 2017-ci il tarixli AL-1630 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 aprel 2021-ci il tarixə 1534,95 manat gecikdirilmiş əsas, 66,03 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 164,02 manat dəbbə pulu olmaqla, cəmi 1765 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli AL-1630 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi; lizinq obyekti olan 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı, **- PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması; Cavabdeh 30 sentyabr 2017-ci il tarixli AL-1630 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 may 2021 -ci il tarixə 1890,80 manat gecikdirilmiş əsas borc, 94,13 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 401,46 manat dəbbə pulu olmaqla, cəmi 2386,39 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı iclası 15.07.2021-ci il tarixə saat 12:30-a təxirə salınmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı MMC 24.06.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında borcun ödənilməsinə dair razılıq əldə edildiyini bildirmiş, iddia ərizəsinin baxılmamış saxlanmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar