Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3118/2023 13.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, İddiaçı2, İddiaçı1, Cavabdeh4, Cavabdeh X6, Cavabdeh X4, Cavabdeh3, Cavabdeh X1, Cavabdeh X7, Cavabdeh X2, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X22, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qarşı “müddətin bərpa olunması, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X22, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qarşı “müddətin bərpa olunması, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək, qanun üzrə vərəsəlik haqqında Yasamal Rayonu 19 saylı notariat ofisinin xüsusi notariusu H.H.Hacızadə tərəfindən xx.xx.1997-ci il tarixdə X30 miras etmiş X15 əmlakda tam hissədə pay ayrılmasına dair xx.xx.2017-ci il tarixdə X13 adına verilmiş xx.xx.2017-ci il tarixli ******* seriyalı çıxarışın ləğv edilməsini, müddətin bərpa olunması, 2V-130 reysterdə təsdiq olunmuş vərəsəlik haqqında şəhadətnmənin etibarsız hesab edilməsi, miras əmlakda İddiaçı2 İddiaçı1 paylarının müəyyən olunmasına dair bərabər bölünməsi və xx.xx.2017-ci il tarixli qeydiyyat nömrəsi ********* seriya RX ******* olan X19 adına qeydiyyata alınmış və Azərbaycan Rspublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın çıxarışının ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, İddiaçı2 və İddiaçı1 X10nun qanun üzrə ikinci növbəli vərəsələri, oğlu X14 övladlarıdır. X10 17 yanvar 1997-ci il tarixində rəhmətə getmiş və ölüm şəhadətnaməsi 20 may 2005-ci il tarixində Yasamal Rayonu VVADQ şöbəsi tərəfindən verilmişdir. Rəhmətə getmədən öncə və sonra da övladları ailə üzvləri ilə bərabər həmin mənzildə yaşamışdırlar. Belə ki, iddiaçıların atası X11 31 yanvar 2006-cı il tarixində rəhmətə getmişdir. İddiaçılar X21 miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsinin alınmasına dair ərizəsinə cavab olaraq 19 saylı Notariat ofisi xx.xx.2023-ü il tarixində cavab məktubunda X31 vəfatı ilə əlaqədar vərəsəsini ərizəsi əsasında xx.xx.2017-ci il tarixində tərəfindən vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən olunması və xx.xx.2017-ci il tarixində 2V-130 reysterlə təsdiq edilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi alınması ilə əlaqədar 19 saylı notariat ofisinə təqdim olunan arayışda İddiaçı2 Balaqulu oğlunun qeydiyyatda olmasına dair arayış alınmışdır. Onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik üzrə vərəsəlik hüququ daha mənsub olmur. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, hazırki mübahisəli əmlak babasından pay qalmışdır. Həmin evdə X11 və X8 qalmışdır. X19 həmin evdə qalmamışdır. Digər vərəsələr əlavə tikiliyə görə imtina vermişlər. Digər torpaq sahəsinin özəlləşdirməsinə görə məhkəməyə müraciət etmişdir. Hazırda çıxarışın ləğv edilərək 3 qardaş arasında bərabər bölünməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, çıxarışın ləğv edilərək əmlakın 3 qardaş arasında bərabər bölünməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 43 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdən X24 adına qeydə alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 12 yanvar 1997-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. X13 ünvan 2 ünvanladığı məktubuna əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və bildirmişdir ki, ərizədə göstərilənlərdən başqa vərəsə yoxdur. Əgər meydana başqa vərəsə çıxarsa onların payını qaytarmağa hazırdır. Buna görə bütün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 31 iyul 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1997-ci il tarixdə ölmüş X27 vərəsəsi X19 Bakı, 5-ci Yasamal, ev 43 və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 43 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdən X13 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsiində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmenti, belə predmentlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini, ölümün qeydə edilmə faktını və mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 43 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdən X24 adına qeydə alınmışdır. X12 ilə X9 arasında nikah bağlanmış və nikahdan X11, X8 və X19 anadan olmuşdur. Daha sonra X27 xx.xx.1997-ci il tarixdə və X9 xx.xx.2019-cu il tarixdə vəfat etmişlər. Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 43 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışına əsasən X13 ərizəsinə görə onun adına qeydə alınmışdır. X13 ərizəsindən görünür ki, o, əgər meydana başqa vərəsə çıxarsa onların payını qaytarmağa hazırdır və buna görə bütün məsuliyyəti öz üzərinə götürür. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X13 adına verilmiş 31 iyul 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, X13 adına xx.xx.2017-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında verilmiş 1********** qeydiyyat nömrəli, xx.xx.2017-cü il tarixli çıxarışın ləğv edilməli və X21 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 43 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 119.1 m2 sahəsi olan xüsusi mülkiyyətə dair X5 1/3 (üçdə bir) hissədə, X3 1/3 (üçdə bir) hissədə və X13 1/3 (üçdə bir) hissədə payları müəyyən edilməli və həmin paylara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X13 adına verilmiş 31 iyul 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. X13 adına xx.xx.2017-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında verilmiş 1********** qeydiyyat nömrəli, xx.xx.2017-cü il tarixli çıxarış ləğv edilsin. X21 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 43 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 119.1 m2 sahəsi olan xüsusi mülkiyyətə dair X5 1/3 (üçdə bir) hissədə, X3 1/3 (üçdə bir) hissədə və X13 1/3 (üçdə bir) hissədə payları müəyyən edilsin və həmin paylara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3118/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3118/2023
13.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver