Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3120/2021 23.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətdə olan mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətdə olan mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən 2B nörməli evin 43 saylı mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh qarşı “xüsusi mülkiyyətdə olan mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən 2B nörməli evin 43 saylı mənzildən istifadə hüququna 5000 (beş min) manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil iddia tələbini qəbul etməmiş və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 08.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin vəkili Vəkil bildirmişdir ki, iddiaçı tərəfindən təklif olunan 5000 manat kompensasiyanı cavabdeh qəbul etmir. Belə ki, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən 1 otaqlı təmirsiz mənzili kirayə etsə, aylıq kirayə haqqı üçün minimum 300 manat ödəniş etməlidir. Mübahisəli mənzilin təxminən 250 min manat dəyəri var. 08.06.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, Mübahisəli mənzil onun anasının, anası onun da razılğı ilə bu mənzili qızı - İddiaçı adına keçirib. O, təxminən 50-60 il o evdə yaşayıb. İddiaçı nə evi satır, nə də onu həmin evdə yaşamağa qoymur, onun isə başqa yaşayış yeri yoxdur. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçının ona 50-60 min kompensasiya ödəməsi şərti ilə iddia tələbini qəbul edər. İş materiallarında olan ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, X3 Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, ev 2B, mənzil 43 (yeni qaydalarla : Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti,42, M5, m1) ünvanında yerləşən mənzilə mülkiyyət hüququ vardır. 01.10.2015-ci il tarixdə qeydiyyata alınmış və tam pay müəyyən olunmuşdur. İş materiallarında olan ******* nömrəli, 14.04.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən müəyyən edilir ki, İddiaçı 21 noyabr 2004-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Həmçinin, Cavabdeh, X10 və X15 da həmin ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan saylı Yasamal Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli 2(004)-1698/2020 qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçılar X11 və Cavabdeh X4 qarşı “istifadə hüququna qoyulan maneənin aradan qaldırılması, istifadə hüququnun bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddiası qismən təmin edilərək X5 İddiaçı mülkiyyətindəki ünvan 2 ünvanına köçürülməsi, qarşılıqlı iddia tələbi üzrə X5 İddiaçı xüsusi mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, ev 2B, 43 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi barədə İddiaçı tələbinin rədd edilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli 2(004)- 1698/2020 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektindəki, 2B nömrəli evin 43 nömrəli mənzilinin X2 mülkiyyətində olmuşdur. Həmçinin həmin qətnamə ilə X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektindəki, 2B nömrəli evin 43 nömrəli mənzilini 28.06.1999-cu il tarixli bağışlama müqaviləsinə əsasən X4 bağışlaması, 02.09.1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu, Parlament prospektindəki, 2B nömrəli evin 43 nömrəli mənzilinin Şahmirzəyeva (Şahmirzə) Lamiyə Ədalət qızının xüsusi mülkiyyətində olması və 01.10.2015-ci il tarixdə onun adına yeni çıxarış verilməsi və X7 anası X1 ödəməklə, onun istifadə hüququnun itirilməsini tələb etmək hüququna malik olması müəyyən olunmuşdur. İş materiallarında olan 21 iyun 2021-ci il tarixli, 50/01 nömrəli vəkil sorğusuna cavab olaraq göndərilmiş 21 iyun 2021-ci il tarixli, 232/E-06-21/AR-01 nömrəli daşınmaz əmlakın (mənzilin) bazar və icarə haqqının müəyyən edilməsi barədə arayışa əsasən müəyyən edilir ki, Yasamal rayonu, Parlament prospekti, ev 2B saylı binada, eləcə də həmin binaya yaxın ərazidəki binalarda 3 otaqlı təmirsiz mənzilin (5 mərtəbəli binanın 5-ci mərtəbəsi olması nəzərə alınmaqla) bu günə olan bazar dəyəri 21 iyun 2021-ci il tarixinə 110000- 115000 manat təşkil edir. Həmin mənzilin 21 iyun 2021-ci il tarixinə aylıq kirayə haqqı 250- 300 manat təşkil edir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, qeyd edilən mənzildən istifadə hüququna 5000 manat kompensasiya verilməklə xitam verilməsi barədə iddiaçının tələbi əsassızdır. Məhkəmə qeyd edir ki, Yasamal rayonu, Parlament prospekti, ev 2B saylı binada, eləcə də həmin binaya yaxın ərazidəki binalarda 3 otaqlı təmirsiz mənzilin (5 mərtəbəli binanın 5-ci mərtəbəsi olması nəzərə alınmaqla) bu günə olan bazar dəyəri 21 iyun 2021-ci il tarixinə 110000-115000 manat təşkil etməsi və həmin mənzilin 21 iyun 2021-ci il tarixinə aylıq kirayə haqqı 250- 300 manat təşkil etməsini nəzərə alaraq iddiaçı tərəfindən təklif edilən 5000 manat məbləğində kompensasiya mənzilin bazar qiyməti və aylıq kirayə haqqısı ilə mütənasiblik təşkil etmir və məhkəmə kompensassiyanı ağlabatan hesab etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 82.3-cü madəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və təmin edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu,Parlament prospekti 2B nömrəli evin 43 saylı mənzilindən cavabdehə 5000 (beş min) manat məbləğində kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə İddiaçı iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3120/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3120/2021
23.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver