Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3124/2020 02.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.04.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə aldığı İMEİ kod **********05525 “Samsung Galaxy A50” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 160 manat əsas borc, 16 manat cərimə; 05.08.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi üzrə aldığı “x1 x2” markalı saat cihazının dəyərindən ödənilməmiş qalan 300 manat əsas borc, 30 manat cərimə; 18.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə aldığı “x3” markalı saat cihazının dəyərindən ödənilməmiş qalan 360 manat əsas borc, 36 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 932 manat vəsaitin Cavabdeh tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği iki min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Lakin cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki,iddiatəmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, 22.04.2019-cu il tarixli 00626075 nömrəli nisyə alqı-satqı müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC Cavabdeh dəyəri 748 manat olan **********05525 “Samsung Galaxy A50” markalı mobil telefon cıhazını 28 manat ilkin ödəniş olmaqla, 6 ay müddətinə 120 manat ödənilməsi şərti ilə nisyə satmışdır. 05.08.2019-cu il tarixli 00826892 nömrəli nisyə alqı-satqı müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC Cavabdeh 365 manat dəyərində “x1 x2” markalı saat cihazını 5 manat ilkin ödəniş olmaqla, 6 ay müddətinə 60 manat ödənilməsi şərti ilə nisyə satmışdır. 18.09.2019-cu il tarixli 00921145 nömrəli nisyə alqı-satqı müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC Cavabdeh 360 manat dəyərində “x3” markalı saat cihazını 0 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə 30 manat ödənilməsi şərti ilə nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı malların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 01.06.2020-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC-yə 22.04.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş qalan 160 manat əsas borcu, 16 manat cərimə; 05.08.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş qalan 300 manat əsas, 30 manat cərimə; 18.09.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş qalan 360 manat əsas borcu, 36 manat cərimə olmaqla, cəmi 902 manat borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, Cavabdeh 09.09.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə aldığı İMEİ kod **********83616 olan “Samsung Galaxy A6” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 635 manat əsas borc, 63 manat cərimə; 20.11.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə aldığı “LG LCD” markalı televizor cihazının dəyərindən ödənilməmiş qalan 14 manat əsas borc, 1 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 743 (yeddi yüz qırx üç) manat vəsait tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 22.04.2019-cu il tarixlinisyə alqı-satqı müqaviləsi üzrə aldığı İMEİ kod **********05525 olan “Samsung Galaxy A50” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 160 manat əsas borc, 16 manat cərimə; 05.08.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi üzrə aldığı “x1 x2” markalı saat cihazının dəyərindən ödənilməmiş qalan 300 manat əsas borc, 30 manat cərimə; 18.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə aldığı “x3” markalı saat cihazının dəyərindən ödənilməmiş qalan 360 manat əsas borc, 36 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 932 (doqquz yüz otuz iki) manat vəsait tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3124/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3124/2020
02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver