Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3131/2025 01.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il tarixli, 35 saylı nikah qeydinin qadın bəndində, övladları X12 xx.xx.1973-cü il tarixli 267 nömrəli doğum haqqında qeyddə və X11 xx.xx.1971-ci il tarixli 170 nömrəli doğum haqqında akt qeydlərində ana adı bəndində “X2" kimi qeyd olunan şəxsin xx.xx.1948-ci il tarixində Ağdaş rayonu, Yenicə kəndində doğulmuş Ərizəçi olması faktını müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1948-ci il tarixində Ağdaş rayonu, Yenicə kəndində doğulmuşdur. 1968-ci ildə ailə qurmuşdur. xx.xx.1968-ci il tarixli, 35 saylı nikah qeydinin qadın bəndində, övladları X12 xx.xx.1973-cü il tarixli 267 nömrəli və X11 xx.xx.1971-ci il tarixli 170 nömrəli doğum haqqında akt qeydlərində ana bəndində ad “Həliməxanım” yazılmışdır. Bu yalnışlıq səbəbindən o və övladları rəsmi sənədlərin alınması zamanı çətinlik çəkirlər. Belə ki, övladlarının doğum haqqında şəhədətnəməsində ana bəndi adın “Həliməxanım” yazılması səbəbi ilə onun övladlarının anası olmağı təsdiq edilmir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində və Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportunda ad bəndində ad “Qaliyaxanım” qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubu ilə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Daha sonra ərizəçinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, İİ-ЖГ 352908 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin xx xxxx 1948-ci il təvəllüdlü Ərizəçi mənsub olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iştirak edən şahid X16 ifadəsində Ərizəçi onun həyat yoldaşı, ərizəçinin nümayəndəsi Nümayəndə onun qızı olduğunu, Ərizəçi ilə 1968-ci il tarixdə Saatlı rayonunda nikaha daxil olduğunu, birgə nikahdan 9 övladının olduğunu, həyat yoldaşının adının bəzi sənədlərdə Həliməxanım yazıldığını, əslində isə adının Qaliyaxanım olduğunu bildirdi. İş materiallarında olan xx.xx.1964-cü il tarixdə verilmiş AЗ 589228 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X3 xx.xx.1948-ci il tarixdə Ağdaş şəhərində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 91 nömrə ilə qeyd edilmişdir. X6, anası X15r. İş materiallarında olan İİ-ЖГ 352908 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X16 ilə X4 nikahlarını xx.xx.1968-ci il tarixdə Saatlı rayon VVAQ şöbəsində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 35 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Muradov”, arvada “Muradova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM 190735 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 150 saylı ev, 24.5 yaşayış sahəsindən ibarət 2 otaqlı, 2 saylı mənzili X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1328 saylı reyestr kitabında 199443 səhifə qeydə alma 30/199443 nömrəli, xx.xx.2004-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi etibarnaməsinə əsasən Nümayəndə ünvanlanmış 3-16-5/8-15-229/25 nömrəli, xx.xx.2025 tarixli müraciətə cavab məktubuna əsasən Ağdaş rayonu Yenicə icra nümayəndəliyi tərəfindən xx.xx.1948-ci il tarixdə 19 saylı doğum haqqında akt qeydində ad “Həmiyəxanım”, xx.xx.1968-ci il tarixli 35 saylı nikah haqqında akt qeydinin qadın bəndində ad, övladları X13 xx.xx.1973-cü il tarixli 267 saylı və X11 xx.xx.1971-ci il tarixli 170 saylı doğum haqqında akt qeydlərinin ana bəndində ad “Həliməxanım” yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Göstərilənlərə əsasən doğum, nikah haqqında akt qeydlərində adın “Qaliyaxanırn”a dəyişdirilməsi imkanları xaricindədir. Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının: 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndinə əsasən qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.1948-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. X16 ilə X5 nikahlarını xx.xx.1968-ci il tarixdə Saatlı rayon VVAQ şöbəsində bağlamışlar. Nikah bağlandıqdan sonra qadına Muradova soyadı verilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamədə qadının adı “Həliməxanım” kimi qeyd edilmişdir. Hazırda ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İİ-ЖГ 352908 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin xx xxxx 1948-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Təqdim edilmiş digər sənədlərdən ərizəçinin soyadı, adı, atasının adının Muradova (Usubəliyeva) Qaliyaxanım Seyfətdin qızı olması müəyyən olunur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan SSR Saatlı Rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1980-ci il tarixdə verilmiş İİ-ЖГ 352908 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin Muradova (Usubəliyeva) Qaliyaxanım Seyfətdin qızına məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan SSR Saatlı Rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1980-ci il tarixdə verilmiş İİ-ЖГ 352908 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin xx xxxx 1948-ci il təvəllüdlü Muradova (Usubəliyeva) Qaliyaxanım Seyfətdin qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-3131/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3131/2025
01.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver