Məhkəmə qərarları › İş №2(004)-3133/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3133/2025

29.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3133/2025 29.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “abonent kodunun iddiaçının adına keçirilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “abonent kodunun iddiaçının adına keçirilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin sayğacın onun adına keçirilməsindən imtina etməsinin əsassız hesab olunması, sayğacın onun adına borcsuz şəkildə rəsmiləşdirilməsi üçün cavabdehə göstəriş verilməsi, ədliyyə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mənzilin hüquqi sahibidir. Qeyd olunan mənzildə bir müddət dövlət qərarı əsasında məcburi köçkün ailəsi məskunlaşdırılmışdır. Həmin ailə xx.xx.2024-cü ildə müvafiq dövlət orqanları tərəfindən başqa ünvana köçürülmüşdür. Köçürülmədən sonra məlum olmuşdur ki, mənzilə quraşdırılmış elektrik sayğacında Azərişıq ASC-nin sistemində 437,88 (dörd yüz otuz yeddi manat səksən səkkiz qəpik) manat məbləğində borc qeydə alınıb. Həmin borc, mənzilində məskunlaşmış və enerji istehlakçısı olmuş məcburi köçkün ailəyə məxsusdur. Hazırda o, həmin mənzildə yaşayır və X1nin bərpası və sayğacın onun adına keçirilməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Lakin qeyd olunan borcun ödənilmədiyini əsas gətirərək sayğacın onun adına keçirilməsindən imtina edilir. Qeyd etmişdir ki, mənzilin hüquqi sahibi olaraq bu borcun yaranmasında iştirak etməmişdir. X1 edən şəxs köçürülmüş məcburi köçkün ailə olmuşdur. Borc həmin şəxslərə aiddir və ona şamil edilə bilməz. Bu səbəbdən cavabdeh "xxxx" ASC-nin hərəkətsizliyi nəticəsində onun hüquqlarına xələl gəlir və mülkiyyət hüququndan tam istifadə edə bilmir. İşə məhkəmədə baxılan zaman İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, **********00082 saylı abonent kodunun (sayğacın) onun adına düzəliş edilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, abonent kodunda borc olduqda addan ada keçirdə bilmirlər. Məhkəmə qərarı ilə həmin borc silinir. Abonent saldosundan görünür ki, 2016-cı ilin 31 dekabr tarixinə məcburi köçkünün borcu 437 manat 88 qəpikdir. iddiaçı ilə "xxxx" ASC arasında müqavilə bağlanmayıb. Bu səbəbdən hesab edir ki, Qeyd olunan borc dondurulmuş borcdur. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləki, işmaterillarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 5-ci giriş, b 10 saylı evin 82 nömrəli mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış və sonuncuya çıxarış verilmişdir. - İddiaçı "xxxx" ASC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən bildirmişdir ki, 437,88 manat borc Mahmudov Ramanın adındadır və sayğacın onun adına keçirilməsi üçün təmizlik arayışı təqdim olunur. Həmin borc məbləği hazırda istehlak olunan işığa ödəniş edilərkən əlavə borc olaraq onun ödənişindən faiz olaraq tutulur. Mahmudov Raman 30 ilə yaxındır onun yaşayış məntəqəsində məcburi köçkün olaraq yaşamışdır. Evi 2024-cü ildə təhvil almış və təhvil alınan zaman sayğacda hər hansı bir borc məbləği əks olunmurdu. Həmin yaranmış borcun onlarla heç bir əlaqəsi yoxdur. Yaranmış anlaşılmazlıqla əlaqədar sayğacın onun adına borcsuz olaraq keçirilməsinin təmin edilməsi üçün lazımi şəxslərə göstəriş verilməsini xahiş etmişdir. - "xxxx" ASC-nin Yasamal Rayonu Enerji Təchizatı və Satışı İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “əməkdaşlarımız tərəfindən kompüter məlumat bazasında **********00032 saylı abunə kodu (Mahmudov Raman 6 nəfər-Şuşa) üzrə bildiriş vərəqinin geniş təhlili nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən xx.xx.2018-ci il tarixindən məcburi köçkünlərin enerji sərfiyyatına görə müəyyən edilmiş limit ləğv edilərək, nəğd ödənişlə əvəz edilmişdir. Qeyd edilən tarixə tərəfimizdən məcburi köçkün limitindən artıq istehlak edilmiş və ödənişi təmin olunmamış 437,88 manat borcunuz hesabatda tələb olunmayan borclar qrafasına keçirilmişdir. “ASAN Kommunal Xidmət Mərkəzinə ad dəyişikliyi və borcun olmamasına dair arayışa müraciət edildikdə, borc ödənilmədiyi təqdirdə Sizə imtina verilə bilər”. - "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “tikinti obyektlərinin qeydə alındığı abonent kodlarının ad məlumatlarının dəyişdirilməsi, vətəndaşlar tərəfindən reqlamentdə qeyd olunan sənədləri daxil etməklə "xxxx" ASC-nin elektron xidmətləri vasitəsi ilə, həmçinin Bakı şəhərində “ASAN Kommunal”, regionlarda isə "ASAN xidmət” mərkəzlərinə müvafiq sənədlər təqdim etməklə müraciətləri əsasında həyata keçirilir. Hər iki üsul vasitəsi ilə müraciət etmiş vətəndaşların təqdim etdiyi sənədlərin mövcud qaydaların tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra, abonent kodunda hesablanmış borc (müraciət etdiyi günə) olmadığı halda müraciət təmin edilir. Mövcud reqlamentə uyğun olaraq abonent kodlarında ad məlumatlarının dəyişdirilməsi üçün təqdim olunacaq sənədlər: -Müraciət edən şəxsin (mülkiyyətçi və ya etibarnamə üzrə şəxsin) şəxsiyyət vəsiqəsi; -Mülkiyyəti təsdiq edən sənəd (qeydiyyat vəsiqəsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış, mülkiyyətə dair şəhadətnamə, notarial qaydada təsdiq olunmuş alqı-satqı, bağışlama, icarə müqaviləsi və ya vərəsəlik şəhadətnaməsi); -Notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi (mülkiyyət sənədi olmadığı halda). Nəzərinizə çatdırırıq ki, sözügedən yaşayış sahəsinin **********00082 nömrəli abonent kodunun abonent hesab vərəqi təhlil olunmuş və kod üzrə istehlak edilmiş lakin dəyəri ödənilməmiş dondurulmuş borcun mövcud olduğu aşkar edilmişdir. Həmin borcun ödənişi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydalarının tələblərinə uyğun olaraq abunə kodlarında ad məlumatlarına düzəliş edilməsi və yaxud digər hesablaşmalar zamanı istehlakçı tərəfindən təmin edilməlidir”. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi barədə qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-İ095-1998 saylı, xx.xx.1998-ci il tarixli icra sənədinə əsasən X3 digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, 2-ci Yeni Yasamal, 10 nömrəli evin, sahəsi 42,62 kv.m. olan üç otaqlı 82 nömrəli mənzildən çıxarılmalıdır. “Böyük qayıdış” dövlət proqramının icrası ilə bağlı sözügedən mənzildə məskunlaşan məcburi köçkünlər Şuşa şəhərində mənzil ilə təmin olunmaları səbəbi ilə məskunlaşdığı mənzili boşaldaraq iş üzrə tələbkara təhvil vermişlər. Bu barədə xx.xx.2024-cü il tarixdə tərəflərin iştirakı ilə müvafiq akt tərtib olunmuşdur. Eyni zamanda iş üzrə tələbkar İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə şöbəyə müraciət edərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-İ095-1998 saylı, xx.xx.1998-ci il tarixli icra sənədinə xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 5-ci giriş, b 10 saylı evin 82 nömrəli mənzil İddiaçı tam mülkiyyətindədir. X3 digər ailə üzvləri ilə birlikdə həmin mənzildə məcburi köçkün kimi məskunlaşmışlar. “Böyük qayıdış” dövlət proqramının icrası ilə bağlı sözügedən mənzildə məskunlaşan məcburi köçkünlər Şuşa şəhərində mənzil ilə təmin olunmaları səbəbi ilə məskunlaşdığı mənzili boşaldaraq iş üzrə tələbkara təhvil vermişlər. Bu barədə xx.xx.2024-cü il tarixdə tərəflərin iştirakı ilə müvafiq akt tərtib olunmuşdur. X2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 5-ci giriş, b 10 saylı evin 82 nömrəli mənzil üzrə 2010-2024-cü illərə aid 437,88 manat qalıq borcu yaranmışdır. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcun ondan tələb edilməməsi ilə bağlı və sayğacın onun adına dəyişdirilməsi ilə bağlı müraciət etmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal Rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən müraciətinə cavab olaraq xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, “əməkdaşlarımız tərəfindən kompüter məlumat bazasında **********00032 saylı abunə kodu (Mahmudov Raman 6 nəfər-Şuşa) üzrə bildiriş vərəqinin geniş təhlili nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən xx.xx.2018-ci il tarixindən məcburi köçkünlərin enerji sərfiyyatına görə müəyyən edilmiş limit ləğv edilərək, nəğd ödənişlə əvəz edilmişdir. Qeyd edilən tarixə tərəfimizdən məcburi köçkün limitindən artıq istehlak edilmiş və ödənişi təmin olunmamış 437,88 manat borcunuz hesabatda tələb olunmayan borclar qrafasına keçirilmişdir. “ASAN Kommunal Xidmət Mərkəzinə ad dəyişikliyi və borcun olmamasına dair arayışa müraciət edildikdə, borc ödənilmədiyi təqdirdə Sizə imtina verilə bilər”. Cavabdeh orqan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “tikinti obyektlərinin qeydə alındığı abonent kodlarının ad məlumatlarının dəyişdirilməsi, vətəndaşlar tərəfindən reqlamentdə qeyd olunan sənədləri daxil etməklə "xxxx" ASC-nin elektron xidmətləri vasitəsi ilə, həmçinin Bakı şəhərində “ASAN Kommunal”, regionlarda isə "ASAN xidmət” mərkəzlərinə müvafiq sənədlər təqdim etməklə müraciətləri əsasında həyata keçirilir. Hər iki üsul vasitəsi ilə müraciət etmiş vətəndaşların təqdim etdiyi sənədlərin mövcud qaydaların tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra, abonent kodunda hesablanmış borc (müraciət etdiyi günə) olmadığı halda müraciət təmin edilir. Mövcud reqlamentə uyğun olaraq abonent kodlarında ad məlumatlarının dəyişdirilməsi üçün təqdim olunacaq sənədlər: -Müraciət edən şəxsin (mülkiyyətçi və ya etibarnamə üzrə şəxsin) şəxsiyyət vəsiqəsi; -Mülkiyyəti təsdiq edən sənəd (qeydiyyat vəsiqəsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış, mülkiyyətə dair şəhadətnamə, notarial qaydada təsdiq olunmuş alqı-satqı, bağışlama, icarə müqaviləsi və ya vərəsəlik şəhadətnaməsi); -Notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi (mülkiyyət sənədi olmadığı halda). Nəzərinizə çatdırırıq ki, sözügedən yaşayış sahəsinin **********00082 nömrəli abonent kodunun abonent hesab vərəqi təhlil olunmuş və kod üzrə istehlak edilmiş lakin dəyəri ödənilməmiş dondurulmuş borcun mövcud olduğu aşkar edilmişdir. Həmin borcun ödənişi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydalarının tələblərinə uyğun olaraq abunə kodlarında ad məlumatlarına düzəliş edilməsi və yaxud digər hesablaşmalar zamanı istehlakçı tərəfindən təmin edilməlidir”. İddiaçı borc tələbinin ondan tələb edilməsinin qanunsuz hesab edilməsi və sayğacın abonentinin adının dəyişdirilməsi öhdəliyinin qoyulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********00082 saylı abonent kodunun (sayğacın) onun adına düzəliş edilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 8.4-cü bəndinə əsasən “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. İşin mübahisəsiz haldırır ki, cavabdehin etirazında qeyd etdiyi borc məbləği m\cburi köçkünə aiddir. İddiaçıya aid olmayan borc məbləğinin mövculuğu səbəbindən cavabdehin abonent kodunun iddiaçının adına keçirilməməsini məhkəmə əsaslı hesab etmir. Belə ki, göründüyü kimi iddiaçı mənzilin mülkiyyətçisidir və borc məbləği hesbalanmış enerjiden iddiaçı istifadə etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Raman Mahmudovun adına olan ünvan 4 ünvanı üzrə **********00082 saylı abonent kodunun İddiaçı adına düzəliş edilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Raman Mahmudovun adına olan ünvan 4 ünvanı üzrə **********00082 saylı abonent kodunun İddiaçı adına düzəliş edilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar