Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3139/2021 20.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında aşınmaz Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında aşınmaz Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi ilə əlaqədar ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 Saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmişdir. DƏDRX-in 4 saylı ərazi idarəsindən verilən cavabda hüquq müəyyənedici sənədlərdə fərqin olması səbəbindən torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin fərq ondan ibarətdir ki, Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin sərəncamından 21 dekabr 1999-cu il tarixli 47 № çıxarışında hüququ sahibi “X2” göstərilməsinə baxmayaraq AR vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Abşeron rayonu, Saray kəndində yerləşən 0.10 ha torpaq sahəsi mülkiyyətindədir. Lakin o, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışdır. Torpağın ayrılması haqqında sərəncamda onun soyadı nöqsanlara yol verilməklə qeyd edilmişdir. Göründüyü kimi tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və o, həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Göstərilənlərə əsasən Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin sərəncamından 21 dekabr 1999-cu il tarixli 47 № çıxarışın AZE M0******* seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxrılması xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında aşınmaz Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında aşınmaz Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında aşınmaz Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 07.04.2021-ci il tarixli bildirişindən görünür ki, Ərizəçi 0.10 ha torpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999cu il tarixli 47 saylı sərəncamı ilə ayrıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci ıl tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında torpaq sahələrinin ayrılması barədə kənd/qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. Bundan başqa sözügedən sərəncamda hüquq sahibi “X2” olaraq göstərilsə də, şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” kimi qeyd edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinə dair ilkin baş planının və ya təsdiq edilmiş ayıca aktının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Abşeron rayonu icra Hakimiyyəti Başçısının Saray qəbəsi üzrə nümayəndəsinin vətəndaşlara həyatyanı torpaq sahəsinin ayrılması haqqında 47 nömrəli, 21.12.1999-cu il tarixli tarixli çıxarışından görünür ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmaq məqsədi ilə Abşern rayonu İcra Hakimiyyətinin 28.09.1992-ci il tarixli 488 saylı sərəncamı ilə Saray qəsəbə icra Hakimiyyəti Nümayəndəliyinin sərəncamına verilmiş 34.7 ha torpaq sahəsindən X1 0.10 ha həyatyanı torpaq sahəsi ayrılması və ona həmin sahədə yaşayış evi tikməyə icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibari Dairəsi üzrə Nümayəndəliyinin 26.02.2021-ci il tarixli arayışından görünür ki, vətəndaşlara həyatyanı torpaq sahəsinin ayrılması haqqında Abşeron rayonu icra Hakimiyyəti Başçısının Saray qəbəsi üzrə nümayəndəsinin 47 nömrəli, 21.12.1999-cu il tarixli tarixli sərəncamında Ərizəçi əvəzinə səhvən X2 yazılmışdır. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X4 arasında 31.08.1996-cı il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Zəkəriyəyev, arvada Zəkəriyəyeva soyadı verilmişdir. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, Abşeron Rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin ayrılmasına dair Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21.12.1999-cu il tarixli, 47 nörməli sərəncamının (çıxarış), Ərizəçi (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi) aid olması müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron Rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin ayrılmasına dair Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21.12.1999-cu il tarixli, 47 nörməli sərəncamının (çıxarış), Ərizəçi (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi) aid olması müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3139/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3139/2021
20.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver