Məhkəmə qərarları › İş №2(004)-3146/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-3146/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3146/2021 22.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə 19.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 138,9 m2 olan 34 saylı mənzilin istifadəsinə “xxxx” MMC tərəfindən yaradılmış məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, İddiaçı 23 noyabr 2017-ci il tarixli müqavilə əsasında Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərətəbə, ümumi sahəsi 138.9 kv.m olan, 3 otaqdan ibarət olan 34 saylı mənzili əldə etmiş və mənzilin dəyərini isə tam ödəniş ödədiyinə görə isə maliyyə arayışı ilə təmin olunmuşdur. İddiaçı qeyd etdiyim mənzilə dair müqavilə və maliyyə arayışı almağına baxmayaraq mənzilin istifadəsinə görə əsassız maneələrə rast gəlməkdədir. İddianın təmin edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Yasamal Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qəraran alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 23.11.2017-ci il tarixli alğı-satqı müqaviləsinin surətinə əsasən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 138,9 m2 olan 34 nömrəli mənzil 125010 manat müqabilində İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş 23.11.2017-ci il tarixli arayışa əsasən İddiaçı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 138,9 m2 olan 34 nömrəli mənzilin dəyərini şirkətə tam ödəmişdir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı cavabdehlə yaşayış sahəsindən pay barədə müqavilə bağlamış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək şirkətə 125010 manat məbləğində ödəniş etmişdir. Buna baxmayaraq cavabdeh “xxxx” MMC öhdəliklərini pozaraq müqavilə ilə müəyyən edilmiş mənzili iddiaçıya təhvil verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. AR Mülki Məcəlləsinin 15.12.2017-ci il tarixli dəyişikliyə qədər qüvvədə olan 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, “xxxx” MMC ilə İddiaçı arasında 23.11.2017-ci ildə bağlanmış müqavilə üzrə İddiaçı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 138,9 m2 olan 34 saylı mənzilin istifadəsinə “xxxx” MMC tərəfindən yaradılmış məhdudiyyətlər aradan aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 138,9 m2 olan 34 saylı mənzilin istifadəsinə “xxxx” MMC tərəfindən yaradılmış məhdudiyyətlər aradan qaldırılsın. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində cavabdeh həmin qətnamənin ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar