Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3151/2023 11.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(004)-2391/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, birgə nikahlarından doğulmuş 23 iyun 2016-cı il təvəllüdlü X2 və 22 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin, əlavə olaraq oğlu X2 müalicəsinə sərf olunmuş 2400 manat məbləğində vəsaitin yarısının, yəni 1200 manatının və onun müalicəsinin davam etdirilməsi üçün hər ay lazım olan 200 manat məbləğində vəsaitin yarısının, yəni hər ay 100 manat məbləğində əlavə vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra birgə nikahlarından doğulmuş 23 iyun 2016-cı il təvəllüdlü X6 və 22 iyul 2017-ci il təvəllüdlü X7 onun himayəsində saxlanılmış və onlar yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 2(004)-2391/2022 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 193 manat müəyyən olunmuşdur. Ondan sonra alimentin artırılması barədə məhkəməyə müraciət etməmişdir. Qətnamə çıxarıldıqdan sonra ötən müddət ərzində uşaqlar böyümüşdür, hər ikisi məktəblidir, onların məktəbli forması, dərs ləvazimantları, digər geyim və sair ilə təmin olunması, ərzaq təminatı xərcləri və digər təlabatları artmışdır. 2022-ci ildə təyin olunmuş 386 manat sabit pul məbləğində alimentlə uşaqların artan təlabatını ödəyə bilmir, çox çətinlik çəkir. 2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat olmasını, ərzaq, geyim və xidmətlərdə mövcud qiymət artımları və s. diqqətəlayiq halları nəzərə alınmaqla, cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat müəyyən edilməsini xahiş edir. Bundan başqa, birgə nikahlarından doğulmuş X6 "sinir reflektor oyanıqlıq. Sinir tiklər. Davranış pozuntusu. Qunduz enkoprez" xəstəsidir. Onun müalicəsini 2022-ci ildən başlayaraq mütəmadi davam etdirir. Belə ki, 2023-cü ilə qədər 2019-cu ildə yazılmış resept əsasında dərmanları alıb uşağa vermişdir. Lakin dərmanların qəbzlərini saxlamamışdır. Aptekdən dəqiqləşdirmişdir, Fenibut - 5 manat, trausan - 18 manat, ostimal - 28 manat, spodion - 26 manat, mortinol - 32 manat, maqni B6 - 9 manat olmaqla, dərmanların bir kursu təxminən 130 manat təşkil etmişdir. Buna əlavə olaraq həkim müayinələrini və görünməyən xərclər də nəzərəo alınanda hər ay orta hesabla 200 manat müalicə xərci təşkil edir. 2022-ci ildə oğlunu başqa həkim müayinə etmiş və əlaqə resept yazaraq qeyd etdiyi dərmanlardan əlavə dərmanlar yazmışdır və onlar da bahalı dərmanlardır. Bundan başqa, oğlu Mikayılı 2023cü ildə "X12"də başqa həkim müəyinə etmiş və bu dəfə həmin həkkim başqa resept yazmışdır. Həmin reseptlə sanofaks dərmanını 31 manata almışdır. Yeni reseptlə yazılmış rispaxol dərmanını 22 manata, fenibut 5 manata olmaqla tək bir kurs üçün 60 manata yaxın xərc tələb olunur. Oğlunun xəstəliyi elədir ki, bir kursla müalicə olunmur. Mütəmadi və davamlı müalicə almalıdır. Hər kurs müalicədən sonra həkim müayinə etməli, aparatlardan keçməli və yeni müalicələr yazılmalıdır. Həmin xərcləri də aliment pulu ilə qarşılaya bilmir. Təəssüf ki, uşağın müalicəsi üçün çəkilən xərclərə dair qəbzləri saxlamamışdır. Beləliklə, oğulları Mikayıın müalicə xərci hər ay təxminən 200 manat təşkil edir. Ona görə də, artırılacaq alimentdən əlacə, oğlu Mikayılın müalicəsində iştirak etməsi üçün həmin xərcin yarısının, yəni hər ay 100 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Oğulları Mikayılın müalicəsi üçün son bir ildə orta hesabla 2400 manat pul xərcləmişdir. Bundan əlavə qeyd etdiyi kimi müalicə davam edir. Beləliklə, uşağın müalicəsinə çəkilmiş xərcin yarısı, 2400:2=1200 manatı cavabdeh tutulub ona ödənilməlidir. Bundan başqa sonrakı müalicənin davam etdirilməsi üçün hər ay 100 manat cavabdehdən tutulub ona ödənilməldir. 23 iyun 2023-cü il tarixdə İddiaçı iddia ərizəsinə əlavə verərək, xx.xx.2023-cü il tarixinə qədər oğlu X2 müalicəsi üçün əlavə olaraq 129 manat xərclədiyini, ona görə də həmin məbləğin yarısının, yəni 64.50 manat hissəsini iddia ərizəsində qeyd etdiyi məbləğin üzərinə əlavə etməklə ona ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 28 iyul 2023-cü il tarixdə İddiaçı iddia ərizəsinə əlavə verərək, ilk məhkəmə iclasından bu günədək keçən dövr ərzində oğlu X2 həkim müayinələrinə və müalicəsinə əlavə olaraq xərclər çəkdiyini, belə ki, elektroensefaloqrafiyaya 145 manat, erqoterapiyaya 360 manat, psixoloqa 360 manat məbləğində xərclər çəkməsini və 26.54 manat məbləğində dərmanların alınmasını nəzərə alaraq, 891.54 manat məbləğində çəkilən xərclərin yarısının, yəni 445.77 manat hissəsinin də cavabdehdən tutularaq ona ödənilməsini, iddia tələbinin həcmini artıraraq, hər ay uşağın xəstəliyi ilə əlaqədar 450 manat məbləğində əlavə xərcin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, 23 iyun 2016-cı il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar cavabdehə məlumat verəndə, o laqeyd yanaşmış və uşağın xəstəliyi ilə maraqlanmamışdır. Bu səbəbdən cavabdehin iştirakı olmadan uşağı həkim müayinəsinə aparmışdır. Hal-hazırda uşaq müalicə alır və xəstəliyi ilə əlaqədar davamlı müalicəyə ehtiyacı vardır. Cavabdehin nümayəndəsi və vəkilinin bildirdiyinə görə 07 sentyabr 2023-cü il tarixdə cavabdeh Azərbaycana gələcək və onun iştirakı ilə uşağı müayinəyə və müalicəyə aparacaqlar. Odur ki, iddia tələbinin cavabdehdən uşağın xəstəliyi ilə əlaqədar hər ay 450 manat məbləğində vəsaitin tutulması hissəsindən imtina edir və bu barədə ərizəsini məhkəməyə təqdim edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbi ilə qismən razı olduğunu bildirərək izahatında göstərmişdir ki, baxmayaraq ki cavabdehin maddi və əmlak vəziyyətində dəyişiklik baş verməmişdir, alimentin məbləğinin artırılmasına etiraz etmirlər. Uşağın xəstəliyi ilə əlaqədar çəkilən xərclərlə bağlı qeyd edir ki, həmin hissə ilə razı deyil. İddia ərizəsi verildiyi gün çəkilən xərclərlərlə bağlı 100 manatdan başqa sübut yox idi, məhkəmə baxışı gedişində sübutlar təqdim etmişdir. İddia ərizəsinə əlavə olunmuş qəbzlərlə ərizədə göstərilən məbləğdə xərcin çəkilməsi sübuta yetirilmir. Bundan əlavə, cavabdeh uşağın sağlam olduğunu bildirir. Əgər uşağın səhhətində problem var idisə, iddiaçı bu barədə cavabdehə məlumat verməli, onunla bunu müzakirə etməli və onlar uşağı birlikdə həkimə aparıb müayinə, müalicə etdirməli idirlər. Cavabdeh hazırda burda deyil, sentyabrın 7-də Azərbaycana gələcək. Uşağın mənafeyi üçün tərəflər bir araya gəlməli və bu məsələni müzakirə etməlidirlər. Cavabdeh iddiaçı ilə birlikdə uşağı həkim müayinəsinə aparacaqdır. Əgər müəyyən edilsə ki, Mikayılın xəstəliyi var və müalicə olunmalıdır, Telman öz atalıq borcunu yerinə yetirəcək, uşağın xəstəliyi ilə əlaqədar xərclərdə iştirak edəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsənin 2(004)-2391/2022 saylı, 10 may 2022-ci il tarixli qətnamənin surətindən görünür ki, iddia təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2841/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 23 iyun 2016cı il təvəllüdlü X2 və 22 iyul 2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılmasın, 23 iyun 2016-cı il təvəllüdlü X2 və 22 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat, ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. “X13” MMC-nin həkim-nevropotoloqu Talıb Talışinski tərəfindən verilmiş xx.xx.2023cü il tarixli müayinə vərəqəsindən görünür ki, X5 “Sinir-reflektor oyanıqlıq. Sinir tiklər. Davranış pozuntusu. Qunduz enkoprez” diaqnozu qoyulmuşdur. Xəstənin 40 gün müddətində səhər və axşam olmaqla gündə 2 dəfə “Fenibut 0,25 (n40)” dərmanı, 2 ay müddətinə gündə 1 dəfə “Rispaxol 2 mg” dərmanı müalicəsi yazılmışdır. “X13” MMC-nin xx.xx.2023-cü il tarixli fakturasının surətindən görünür ki, X2 poliklinik müayinəsinə görə 72 manat məbləğində ödəniş edilmişdir. “X13” MMC-nin həkim-nevropotoloqu Talıb Talışinski tərəfindən verilmiş xx.xx.2023cü il tarixli reseptdən görünür ki, pasiyent X2 “Sonalax 10 mg” dərmanını qəbul etməsi qeyd olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli satış qəbzindən görünür ki, “Sonalax 10 mg N60” adlı dərman üçün 31 manat məbləğində pul ödənilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli satış qəbzindən görünür ki, “Sonalax 10 mg” adlı dərman üçün 22.64 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi həkim F.İbrahimov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli reseptdən görünür ki, X5 “Socifina”, “Magset” “Oximeqa” “Famben” və “Landromix” adlı dərmanlar yazılmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli satış qəbzindən görünür ki, “Famben 150ml” dərman üçün 31.50 manat məbləğində pul ödənilmişdir. “X4 Mərkəzi” MMC-nin tərəfindən verilmiş 25 iyul 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X2 valideyni İddiaçı X4 Mərkəzinə müraciət edərək, övladının diaqnostik dəyərləndirilməsini xahiş etmişdir. Mərkəzin təsisçisi və direktoru, psixoloq ü.f.d. X8 Mikayılı diaqnostik dəyərləndirmə etmişdir. Mikayılın diaqnostikasına əsasən, reabilitasiyaya cəlb olunmuşdur. Reabilitasiya müddətində Mikayılın sakit, münaqişəsiz ortamda olması və davamlı olaraq anası iə yaşaması vacibdir. Mikayılın qalmaqallı, həyəcanverici, narahatlıq yaradan ortamlarda olması məqsədəuyğun hesab olunmur. xx.xx.2023-cü il tarixdən etibarən psixoloq, erqoterapiya seanslarına başlanılmışdır. xx.xx.2023-cü il tarixində 720 manat ödəniş etmişdir. Diaqnozu: “Psixoemosioanl pozuntu”, “təfəkkür ləngiməsi” (qavrama pozuntusu), “psixotiklər”dir. “X4 Mərkəzi” MMC-nin 25 iyul 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, X5 psixoloq müalicəsinə 360 manat məbləğində ödəniş edilmişdir. “X4 Mərkəzi” MMC-nin 25 iyul 2023-cü il tarixli arayışından X5 erqoterapiya edilməsinə 360 manat məbləğində ödəniş edilmişdir. “Ömür Medical Service” tərəfindən verilmiş elektroensefaloqrafiyadan görünür ki, xx.xx.2023-cü il tarixdə Hüseynov Mikayıl elektroensefaloqrafiya edilmiş, nəticəsi:epileptiform fenomenlərin qeydə alınmaması olmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, elektroensefaloqrafiyaya görə 145 manat məbləğində ödəniş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinin məzmunundan görünür ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkilinin bildirdiyinə görə 07 sentyabr 2023-cü il tarixdə cavabdeh Azərbaycana gələcək və onun iştirakı ilə uşağı müayinəyə və müalicəyə aparacaqlar. Odur ki, iddia tələbinin cavabdehin əlavə xərclərdə iştirakı cəlb olunmaq (450 manat) ilə bağlı hissəsindən imtina edir, qalan hissəni tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə, alimentin sabit pul məbləğində tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaqlar üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşaqların mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 1 ildən artıq müddət keçdiyini, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(004)-2391/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilməli, 23 iyun 2016-cı il təvəllüdlü X2 və 22 iyul 2017ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin əlavə xərclərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla iddiaçı tərəfindən uşağın müayinəsi və müalicəsi üçün 1022,14 manat pulun xərclənməsi müəyyən edilmişdir. İddia ərizəsinə sübut kimi aptek qəbzləri əlavə olunsa da, məhkəmə baxışı zamanı iddiaçının həmin xərcləri uşağın xəstəliyi və müalicəsi ilə əlaqədar çəkməsi sübuta yetirilməmişdir. Ona görə, 23 iyun 2016-cı il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar cavabdehdən uşağın müalicəsinə çəkilmiş 1022,14 manat pulun yarısı, yəni 511,07 manat alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(004)- 2391/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. 23 iyun 2016-cı il təvəllüdlü X2 və 22 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 23 iyun 2016-cı il təvəllüdlü X2 müayinə və müalicəsinə iddiaçı tərəfindən sərf edilmiş 1022,14 (bir min iyirmi iki manat on dörd qəpik) manat məbləğində pulun yarısı, yəni 511,07 (beş on bir manat yeddi qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3151/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3151/2023
11.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver