Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3157/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, E-001/2018 nömrəli mövcud borcun etirafı haqqında müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehlər İddiaçı və X1 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 100000 ABŞ dollarının və vurduqları zərərə görə 30000 ABŞ dollarının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3258/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 100000 ABŞ dolları borc (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan mantı ilə) və ödənilmiş dövlət rüsumunun 23 manat hissəsi tutulub iddiaçı Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qətnamə çıxararkən tərəflər arasında olan xx.xx.2018-ci il tarixli, E- 001/2018 nömrəli müqaviləni əsas götürmüşdür. Lakin, burada tərəflərin hüquqi vəziyyətini kökündən dəyişdirən bir hüquqi məsələ vardır. Belə ki, sonradan mülki qanunvericiliklə yaxından tanış olduqdan sonra ona məlum olmuşdur ki, onunla Cavabdeh arasında bağlanmış müqavilə qanunsuzdur. Belə ki, ilk öncə bildirmişdir ki, o qeyd edilən müqavilənin mahiyyətini bilməmişdir və əlavə olaraq, onunla Cavabdeh arasında heç vaxt biznes fəaliyyəti olmayıb və belə olan halda, aralarında da pul verilib-alınması mümkünsüzdür. İşin faktiki halları ilə bağlı cavabdeh İddiaçı Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə borc müqaviləsi bağladığını güman etmiş, lakin sonradan məlum olmuşdur ki, ona 100000 ABŞ dolları məbləğində borcunu etiraf etməsi barədə müqaviləyə imza etdirmişlər. İddiaçıdan həmin məbləğdə pul almamışdır. Onun qardaşı Zamiq Zeynalovla iddiaçı arasında uzun müddətdir ki, BƏƏ-də biznes fəaliyyəti mövcud olmuş, aralarında bu fəaliyyətlə əlaqədar pul məsələsinin mövcud olması ehtimalı yüksək olmuşdur. İddiaçı da həmin məsələlərlə əlaqədar iddiaçının qardaşına orada pul verəcəyini güman etmiş və müqavilənin mahiyyətini bilmədən imza etmişdir. Sonradan Dubayda olan qardaşı ilə danışdıqdan sonra ona məlum olmuşdur ki, iddiaçı tərəfindən qardaşına pul verilməmişdir. Belə olan halda, həmin müqavilə etibarsızdır.Mülki qanunvericiliyə əsasən müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd (müqavilə) etibarsızdır. Deməli, o cümlədən mülki qanunvericilikdə müəyyənləşdirilmiş imperativ hüquq normasını pozmaqla bağlanmış borcun etirafı haqqında müqavilə də etibarsızdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş mövcud borcun etirafı haqqında xx.xx.2018ci il tarixli, E-001/2018 saylı müqavilədən görünür ki, borclu İddiaçı etiraf etmişdir ki, qardaşı X2 ilə birlikdə Kreditorla müəyyən edilmiş ticarət fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Kreditora 100000 ABŞ dolları məbləğində pul borcludu, tərəflər razılaşmışdırlar ki, borclu müqavilənin birinci bəndində göstərilən borcunu müqavilə imzalandığı andan etibarən kreditora xx.xx.2018-ci il tarixinə kimi tam məbləğdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Yuxarıda qeyd olunduğu kimi, qanunvericiliyə əsasən əqd – tərəfin iradə ifadəsidir. Bu halda iddiaçı mübahisələndirilən müqaviləni imza etməklə, borclu olmasına və həmin borcu müqavilə ilə müəyyənləşdirilmiş müddətdə geri qaytarılmasına razılığını bildirmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əqd təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, mübahisələndirilən əqd faktiki olaraq iddiaçının iradə ifadəsini – borclu olmasına dair razılığını əks etdirdiyindən, bunun əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsassız hesab edilməli və təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi məhkəmə tərəfindən təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3157/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3157/2020
14.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver