Məhkəmə qərarları › İş №2(004)-3167/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3167/2025

28.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3167/2025 28.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası maraqlı şəxs qismində cəlb edilməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəç Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X5 19 aprel 1987-ci İldə doğulmuşdur. 01 iyun 1991-ci ildən 501/901 nömrəli xəstəlik tərixinə 1771 şifrlə epikriz verilmişdir. Orada qeyd olunur ki, bacısı doğulandan xəstədir. Ağıl zəifliyi, nitq qüsuru, kəkəlmə, qıcolmalardan əziyyat çəkir. Azərbaycan Respublikası va Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışa əsasən bacısı X5 birinci dərəcə əlilliyi müddətsiz olaraq müəyyən edilmişdir. Həmin arayışda qeyd olunur ki, ona kəskin imbesillik dərəcəsində oliqofreniya, anamnezinda qıcolma diaqnozu qoyulmaqla kənər şəxsin köməyina ehtiyacı vardır. Dəfələrlə müalicə olunsa da, heç bir nəticə verməmişdir. O, hərəkətlərinin mənəsını dərk etmir va hərəkətlərini şüurlu surətdə idarə edə bilmir. Uşaqlıqdan bu günə qədər ona anası qulluq etsə də artıq o yaşlandığı üçün bacısına özü qulluq etmək istəyir. Qeyd etmək istəyir ki, bacısı ilə eyni ünvanda yaşayırlar. Mütəmadi olaraq bacısının sənədləşmə işlərində onu təmsil etmək lazım gəlir. Pensiya kartının, şəxsiyyat vəsiqəsinin dəyişdirilməsi ilə əlaqədar sənədlaşmə işlərində problem yaranmış olur. Çünki onun adından heç bir etibarnaməsi də yoxdur. Faktiki olaraq onun fəaliyyat qabiliyyəti olmadığından bütün bunların icrası mümkün deyildir. Anası da yaşlandığı üçün bütün bunları özü etmək istəyir. Ona görə də istəyir ki, bacısı məhkəmə qaydasında fəaliyyat qabiliyyətsiz hesab olunaraq onun üzərinə qəyyum təyin olunsun. Bütün bunlara görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2 yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan: xx.xx.1991-ci il tarixli, 501/901 nömrəli xəstəlik tərixinə 1771 şifrli epikrizdən görünür ki, X3 imbesillik, qıcolma, hipotireoz diaqnozu qoyulmuşdur. .Azərbaycan Respublikası va Əhalinin Sosial Müdafıəsi Nazirliyinin Tibbi-Sosial Eksper Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, X3 müddətsiz kəskin imbesillik dərəcəsində oliqofreniya, anamnezinda qıcolma diaqnozu qoyulmuşdur və kənar şəxsin köməyinə ehtiyacı olması qeyd olunmuşdur. 294001 nömrəli əlillik vəsiqəsindən görünür ki, X5 uşaqlıqdan ömür boyu l qrup əlildir. Vəsiqə xx.xx.2008-ci il tarixdə verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 2106 saylı, xx.xx.2025ci il tarixli rəyindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X2 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir. xx.xx.1987-ci il təvəllüdlü X5 psixi vəziyyətinə görə öz hərəkətlerinin mənasını dərk etmək və hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi X1 bacısı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X1 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) xəstəliyi olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəməpsixatriya ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X5 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilməli, xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar