Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3175/2022 28.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, X18 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhər Maraqlı şəxsnə qarşı “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Bakı Şəhər Maraqlı şəxsnə qarşı “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Vİİ-ЖГ № 488921 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü Ərizəçi atası X10, anası isə X1r. İş materiallarında olan Vİİ-ЖГ № 339346 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1980-ci il təvəllüdlü X5 atası X10, anası isə X1r. İş materiallarında olan 070675 №-li vəsiqənin surətindən görünür ki, X8 ömürlük 2ci qrup əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müayinə aktından 192 №-li çıxarışdan görünür ki, X8 oliqofreniya aydın nəzərə çarpan imbesilliklə, uşaq serebral iflicinin qalıq əlamətləri diaqnozu qoyulmuşdur. 2-ci qrup müddətsiz əlillik dərəcəsi təyin edilmiş və əmək qabiliyyətsizdir. İş materiallarında olan qısa epikrizdən görünür ki, X11 xx.xx.2012-ci ildən “Uşaq serebral iflici, spastik, tetraparez, oliqofreniya debillik mərhələsi ilə 2-ci qrup əlildir və nervapataloqun dispanser qeydiyyatındadır. İş materiallarında olan 2 №-li şəhər poliklinikası tərəfindən verimliş xx.xx.2022-ci il tarixli 105№ li arayışdan görünür ki, X11 xx.xx.2012-ci ildən “Uşaq serebral iflici, spastik, tetraparez, oliqofreniya debillik mərhələsi diaqnozu ilə 2-ci qrup əlildir və 2 nömrəli şəhər poliklinikasında nevropataloqun dispanser qeydiyyatındadır. İş materiallarında olan AZ-İİ № 136317 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X12 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ № 030491 seriya nömrəli ölüm X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan 42 saylı MKİS tərəfinən verilmiş 185 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Məmmədova X4 47 saylı evdə qeydiyyatdadır. X2 qeyd olunan ünvanda qeydiyyatdadır və birlikdə yaşayırlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Mərkəzi publik hüquqi şəxsi tərəfindən təqdim olunmuş rəydən görünür ki, X6 uşaq serebral iflic ilə əlaqədar yaranan orta dərəcəli əqli gerilik müəyyən edilir. X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik deyil. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Beləliklə, ərizəçinin izahatına, iş materiallarında olan arayışa, ekspert rəyinə və iş materiallarına əsasən məhkəmə hesab edir ki, X5 fəaliyyət qabiliyyətli olmayan hesab olunmasına kifayət qədər əsas vardır. Bu səbəbdən də ərizə təmin edilməli və xx.xx.1980ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacı-qardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1980-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3175/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3175/2022
28.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver