Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3177/2021 05.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı xeyrinə 01.12.2020-ci il tarixli beh müqaviləsi üzrə ümumilikdə 140000 (yüz qırx min) manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı barışıq sazişi təqdim edərək iddia tələbinin Cavabdeh tərəfindən 130000 (yüz otuz min) manat həcmində təmin edilməsini və aralarında barışıq əldə olunuduğundan mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh barışığın şərtlərini qəbul etdiyini bildirmiş iddiaçıya olan 130000 manat borcunu barışıq sazişində müəyyən edilən müddətdə ödəyəcəyini bildirmiş və aralarında barışıq olduğundan mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, onlara barışıq sazişinin və icraata xitam verilməsinin nəticələrini izah edib, tərəflərin ərizələrini və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığı, hər hansı üçüncü şəxsin, eləcə də tərəflərin hüquq və qanunla qorunan mənafelərini pozmadığı üçün təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 191.2, 261.0.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki iş üzrə tərəflərin barışıq sazişi məhkəmə tərəfindən qəbul edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: Bu sazişin məqsədi tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsidir. Cavabdeh maliyyə vəziyyətində yaranmış çətinliklərlə bağlı İddiaçı 01.12.2020-ci il tarixli Beh Müqaviləsi üzrə beh məbləğinin iki misli olan 140000 (yüz qırx min) manat məbləğdən 10000 (on min) manat hissəsini güzəşt (imtina) edəcəyi təqdirdə müqavilə üzrə borcunu ödəməyi razılaşır. İddiaçı Beh Müqaviləsi üzrə Cavabdeh tərəfindən ona ödənəcək beh məbləğinin iki misli olan 140000 (yüz qırx min) manat məbləğdən 10000 (on min) manat hissəsini güzəşt (imtina) edəcəyini razılaşır. Cavabdeh İddiaçı Barışıq Saziş üzrə ümumilikdə 130000 (yüz otuz min) manat məbləği verməyi razılaşır. Barışıq Sazişi Məhkəmə tərəfindən təsdiq olunduğu gündən etibarən Cavabdeh 3 gün ərzində qeyd olunan məbləği Beh verən İddiaçı verməyi razılaşır. Cavabdeh tərəfindən 130000 (yüz otuz min) manat pul şərtləşdirilmiş qaydada və vaxtda İddiaçı ödənildikdən sonra 01.12.2020-ci il tarixli Beh Müqaviləsi üzrə öhdəlik Beh alan tərəfindən icra edilmiş hesab ediləcək. Müəyyən edilmiş qaydada və müddətdə borc məbləği Beh alan tərəfindən İddiaçı ödənilməyəcəyi halda həmin vaxtadək aparılmış ödənişlər çıxılmaqla Bu Sazişin 1.2-ci bəndində göstərilən 140000 manat məbləğində borcun Cavabdeh tutulması üçün İddiaçı ərizəsi əsasında Yasamal rayon Məhkəməsi tərəfindən iş üzrə icra vərəqəsi verilir. Tərəflər barışıq sazişini imzalayır və onun təsdiq olunmasını məhkəmədən xahiş edirlər. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3177/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3177/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver