Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3181/2020 16.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.1987-ci il təvəllüdlü X5, xx.xx.1988-ci il təvəllüdlü X10 və xx.xx.1994-cü il təvəllüdlü X7 faəliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, X15 ilə xx xxxxx 1987-ci ildə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.1987-ci il təvəllüdlü X13, xx.xx.1988-ci il təvəllüdlü X10, xx.xx.1994-cü il təvəllüdlü X16 adlı övladları vardır. Övladlarının 3-ü də ağır dərəcəli kəmağıllılıq, kobud kəskin imbesiİlik, nitq və davranış pozuntusu ilə doğulmuşlar. Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında X23 Komissiyasının qərarına əsasən övladlarımın hər 3-ü birinci qrup əlildirlər. Beləliklə, barələrində fəaliyyət qabiliyyəti olmayan hesab edilməli övladları öz hərəkətlərinin mənasını başa düşmürlər, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaları mümkün deyil, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyillər, həmçinin öz hüquqlarını da sərbəst şəkildə həyata keçirə bilmirlər. Buna görə də ailədə onlara kömək edən, onların qayğısına qalan, onların bütün ehtiyaclarını ödəyən və onlara qulluq edən modur. Uşaqların fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi onların hüquqlarının həyata keçirilməsi və üzərilərində qəyyum təyin edilməsi üçün vacibdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X11 izahatında xx.xx.1987-ci il təvəllüdlü X12, xx.xx.1988-ci il təvəllüdlü X9 və xx.xx.1994-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: doğum haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.1994-cü il tarixdə Neftçala şəhərində anadan olmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında X15, ana qrafasında isə Ərizəçi qeyd edilmişdir. doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1988-ci il tarixdə Tomsk vilayəti, Tomsk rayonu, Nelyubino kəndində anadan olmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında X15, ana qrafasında isə Ərizəçi qeyd edilmişdir. doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.1987-ci il tarixdə Tomsk vilayəti, Tomsk rayonu, Nelyubino kəndində anadan olmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında X15, ana qrafasında isə Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsi barədə çıxarışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X12, xx.xx.1988-ci il təvəllüdlü X9 və xx.xx.1994-cü il təvəllüdlü X16 birinci dərəcəli müddətsiz əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 1805, 1806 və 1807 saylı rəylərindən görünür ki, X1, X8 və X3 AĞİR KƏMAĞİLLİQ (KƏSKİN İFADƏ OLUNMUŞ İMBESİLLİK DƏRƏCƏSİNDƏ OLİQOFRENİYA) aşkar olunur. X9, X16 və X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyillər. X9, X16 və X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmələri üçün kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.1987-ci il təvəllüdlü X12, xx.xx.1988-ci il təvəllüdlü X9 və xx.xx.1994-cü il təvəllüdlü X7 psixi xəstəliyi iş materiallarında olan sənədlərlə sübut olunduğundan, X12, X9 və X16 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1987-ci il təvəllüdlü X12, xx.xx.1988-ci il təvəllüdlü X9 və xx.xx.1994-cü il təvəllüdlü X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3181/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3181/2020
16.10.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver