Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3181/2021 30.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” MMC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “xxxx” MMC-yə olan 27898,88 manat əsas borc, 2417,90 manat faiz borcu və 5544 manat dəbbə borcu olmaqla cəmi 35860,78 manat məbləğində borcun və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumu ödənişinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tərəf məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək iddiaçı “xxxx” MMC-yə olan 27898,88 manat əsas borc, 2417,90 manat faiz borcu və 300 manat dəbbə borcu olmaqla cəmi 30616,78 manat məbləğində borcun və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumu ödənişinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizısinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinə cavabdehin iştirakı olmadan qiyabi qaydada baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edilmişdir. İş materiallarında olan 02 fevral 2016-cı il tarixli, 147 saylı X6 müqaviləsinə əsasən müəyyən edilir ki, lizinq verən onunla X1 (satıcı) arasında imzalanmış alqı-satqı müqaviləsi üzrə AUDİ A6 minik markalı, buraxılış ili 2012 ban nömrəsi WAUGFAFC6DN028539, rəngi boz metal olan avtomaşını lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi və bu müqavilənin tələblərinə uyğun olaraq lizinq alanın sahibliyinə və istifadəsinə verir. İş materiallarında olan lizinq verən “xxxx” MMC-nin direktoru X4 ilə (lizinq verən), və öhdəlik ötürən X2 və öhdəlik götürən Cavabdeh1 arasında bağlanılmış 20 iyul 2020-ci il tarixli 147/16 saylı öhdəliyin icrası ilə bağlı sazişə əsasən müəyyən olunur ki, öhdəlik ötürən “xxxx” ilə bağladığı 02.02.2016-cı il tarixli AK-147/16 saylı X6 müqaviləsinə əlavə üzrə bütün öhdəliklərini öhdəlik götürənə ötürür. Bu müqavilə imzalandığı andan öhdəlik götürən 02.02.2016-cı il tarixli AK-147/16 saylı X6 müqaviləsinə əlavə (öhdəliyin icrası üzrə saziş) üzrə lizinqalan qismində çıxış edəcək və lizinqalana aid olan bütün hüquq və öhdəlikləri daşıyacaqdır. İş materiallarında olan 20 iyul 2020-ci il tarixli 147 saylı öhdəliyin icrası ilə bağlı sazişə 13.11.2020-ci il tarixli əlavəyə əsasən 20 iyul 2020-ci il tarixli 147 saylı öhdəliyin icrası ilə bağlı sazişin müddəti 13 avqust 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 20 iyul 2020-ci il tarixli 147 saylı X6 müqaviləsinə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, Lizinq alan (Cavabdeh1) 20.08.2020-ci il tarixdən 20.07.2022-ci il tarixədək sonuncu ay 1.516,52 manat olmaqla hər ay 1.516,57 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 20 iyul 2020-ci il tarixli 147 saylı öhdəliyin icrası ilə bağlı sazişə 13.11.200-ci il tarixli 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, Lizinq alan 13.12.2020-ci il tarixdən 13.08.2022-ci il tarixədək sonuncu ay 1.585,29 manat olmaqla, hər ay 1.585,48 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xxxx” MMC-nin direktoru X4 ilə (lizinq verən), öhdəlik götürən Cavabdeh1 və zamin Cavabdeh2 arasında 23 iyul 2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, zamin Cavabdeh2 23 iyul 2020-ci il tarixli 147/16 saylı öhdəliyin icrası il bağlı saziş üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə öhdəlik götürənlə birlikdə lizinq verən qarşısında məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən olunur ki, AUDİ A6 minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “xxxx” MMC-nin mülkiyyətindədir. İş materiallarında olan 20.07.2020-ci tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, lizinq predmeti olan , AUDİ A6 minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 22.12.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 19.04.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh1 19.04.2021-ci il tarixə borcu, lizinq məbləği 27.898,88 manat, ödənilməli əsas məbləğ 27.898,98 manat, ödənilməli faiz borcu 2417,90 manat, ödənilməli dəbbə borcu 5544 manat təşkil edir. Məhkəmə iş materiallarına, iddiaçının nümayəndəsi və vəkilinin izahatına, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 27.898,88 (iyirmi yeddi min səkkiz yüz doxsan səkkiz manat səksən səkkiz qəpik) manat əsas borc, 2417,90 (iki min dörd yüz on yeddi manat doxsan qəpik) manat faiz borcu və 300 (üç yüz) manat dəbbə borcu olmaqla, cəmi 30.616,78 (otuz min altı yüz on altı manat yetmiş səkkiz qəpik) manat məbləğində borc və iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. Belə ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmişdirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh1 lizinq müqaviləsi üzrə ödhəliklərini yerinə yetirməyərək lizinq obyektindən istifadə haqqını müqavilədə müəyyənləşdiriliyi qaydada və müddətdə ödəməmişdir. Cavabdeh2 zaminlik müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək 23 iyul 2020-ci il tarixli 147/16 saylı öhdəliyin icrası ilə bağlı saziş üzrə öhdəliklərin tam yerinə yetirilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 27.898,88 (iyirmi yeddi min səkkiz yüz doxsan səkkiz manat səksən səkkiz qəpik) manat əsas borc, 2417,90 (iki min dörd yüz on yeddi manat doxsan qəpik) manat faiz borcu və 300 (üç yüz) manat dəbbə borcu olmaqla, cəmi 30.616,78 (otuz min altı yüz on altı manat yetmiş səkkiz qəpik) manat məbləğində borc və iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3181/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-3181/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver