Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-319/2022 29.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, cavadbeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması və əldə olunan vəsaitin tərəflər arasında paylara uyğun bölünməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması və əldə olunan vəsaitin tərəflər arasında paylara uyğun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, H.Cavid prospekti 559/560 saylı evin 18 nömrəli mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçilərin olan İddiaçı və Cavabdeh arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 559/560, 18 saylı mənzilin (**********45-05101-093041 saylı Dövlət reyestirin qeydiyyatında olan) 1/2 hissəsi payı ona və yerdə qalan 1/2 hissəsi cavabdehin Cavabdeh məxsusdur. Həmin evdə bir yerdə yaşamaq mümkün olmadığı üçün evin naturada bölgüsü üçün xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ilə müraciət edilmişdir. Yasamal rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/1994 nömrəli rəyində göstərilmişdir ki, mübahisəli mənzilin 2 hissəyə bölünməsi texniki cəhətdən mümkün deyildir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin № 2(004)- 2750/2021 qətnaməsilə mənim iddiası qəbul edilməmişdir. Bu səbəbdən hesab edir ki, mənzil hərracdan satılaraq əldə olunmuş məbləğ bərabər şəkildə bölünməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin iddia etdiyi ev ilə hazırki mübahisə predmeti olan mənzillər eyni mənzillər deyildir. Digər ev ona nənəsinin bacısından qalmışdır. Belə ki, həmin qadın yaşlı olduğundan ona ömrünün sonuna kimi qulluq etmiş və hətta qadının dəfnini də o, eləmişdir. Nənəsinin bacısı həmin dövrdə ona baxmağına görə mənzili ona verəcəyini vəd etmiş və mənzili ona vermişdir. Bildirir ki, atasının ona köməyi dəysə də, həmin mənzili atası ona alıb verməmişdir. Hazırki mənzildə isə onun ½ payı vardır. Sözü gedən payı bir neçə dəfə cavabdehə təklif etmiş, lakin cavabdeh tərəfindən onun təkliflərinə müsbət yanaşma olmamışdır. Bundan başqa cavabdeh tərəfindən sözü gedən ünvanda əlavə tikililər tikilsə də, həmin tikililərin heç bir hüquqi sənədi yoxdur və onlar qanunsuz tikilidir. Ekspertin rəyi ilə demək olar ki, razıdır və rəydə qeyd edilmiş məbləğə, yəni 70000 manata ona məxsus olan payını təkrarən cavabdehə təklif edir. Lakin cavabdehin həmin pulu ödəyə bilmirsə, ev hərracda satısın və ona aid hissənin pulunu ona versinlər. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarlmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavadbeh Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, mübahisəli mənzil ona valideyni tərəfindən bağışlanmışdır. Belə ki, onların atası iddiaçıya başqa bir ev almış və hazırki mənzili də evin kiçiyi kimi ona vermişdir. Sözü gedən ünvanda olan mənzilə o əlavə olaraq, 40000 manata yaxın xərc çəkmişdir. Belə ki, həmin ünvanda əlavə tikililər tikmiş və tikinti zamanı anasından icazə almışdır. Ekspert tərəfindən rəy verilərkən, həmin tikililər nəzərə alınmamış, onların qiyməti hesablanmamışdır. İddiaçının təklif etdiyi hissəsini də almağa maddi imkanı çatmır. Qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş edir. İş materiallarında olan: Azərbaycan Respublikası DƏDRX DƏDRX-nin xx.xx.2020-ci il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, mənzil 18 xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı və digər ½ hissədə isə Cavabdeh mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2750/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçının Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzilin naturada ayrılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzildə olan payını satmaq qərarına gəlmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq birinci satış təklifini Cavabdeh etmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzildə olan payını satmaq qərarına gəlmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq birgə əmlak olduğu üçün payını 90000 manata almağı Cavabdeh təklif etmişdir. X1 Mərkəzinin YDQM 004-065/2022 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.cavid prospekti, məhəllə 559/560 ünvanda yerləşən 18 saylı mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 145000 manat, likvid dəyəri isə 130000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı, cavabdehlə aralarında olan mübahisəni barışıq yolu ilə həll etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, H.cavid prospekti, məhəllə 559/560 ünvanda yerləşən 18 saylı mənzilin ona məxsus olan ½ hissəsini 70000 manata cavabdeh tərəfindən alınmasını ona təklif etmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, sonuncu, iddiaçının özü məxsus Bakı şəhəri, Yasamal rayonu, H.cavid prospekti, məhəllə 559/560 ünvanda yerləşən 18 saylı mənzilin ½ hissəsinə görə təklif etdiyi məbləğlə razı deyildir və iddiaçının payını almaq üçün maddi imkanının olmadığı bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası DƏDRX DƏDRX-nin xx.xx.2020-ci il tarixli çıxarışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, mənzil 18 xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı və digər ½ hissədə isə Cavabdeh mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2750/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzilin naturada ayrılması tələbinə dair iddia ərizəsi mənzilin texniki cəhətdən bölünməməsi səbəbindən təmin edilməmişdir. X1 Mərkəzinin YDQM 004-065/2022 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, H.cavid prospekti, məhəllə 559/560 ünvanda yerləşən 18 saylı mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 145000 manat, likvid dəyəri isə 130000 manat müəyyən edilmişdir. İddiaçı özünə məxsus hissəni ilk dəfə xx.xx.2021-ci il tarixdə cavabdehə təklif etmiş, daha sonra yenidən xx.xx.2021-ci il tarixdə 90000 manata satılması barədə təkrar təklif etmiş, işə məhkəmədə baxılan zaman da, öz payını cavabdehə 70000 manata təklif etmiş, cavabdeh isə maddi imkanı olmadığından mənzilin iddiaçıya aid hissəsini almaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, mənzil 18-də payın ayrılması ona tənasübsüz zərər vurmadan açıq-aşkar mümkün olmadığından, eləcə də cavabdeh payının dəyərinə görə iddiaçıya kompensasiya vermək imkanı olmadığından, qeyd edilən əmlaklar açıq hərracdan satılmalı və satış pulu tərəflər arasında paylarına mütənasib surətdə bölüşdürülməli, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, mənzil 18 açıq hərracdan satılsın və əldə olunan vəsait İddiaçı və Cavabdeh arasında paylarına mütənasib surətdə 1/2 hissədə bölüşdürülərək onlara ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-319/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-319/2022
29.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver