Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-319/2024 21.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti Yaninda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 3 Sayli Bakı Asan Xidmət Mərkəzinə qarşı “notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi və onun üzərinə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsinə Yasamal Rayon Məhkəmənin binasında açıq məhkəmənin baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti Yaninda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 3 Sayli Bakı Asan Xidmət Mərkəzinə qarşı “notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi və onun üzərinə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək V-702/2021 nömrəli vərəsəlik işi üzrə X1 vərəsəlik şəhadətnaməsinin verilməsindən 3 saylı Bakı "ASAN Xidmət” Mərkəzində notariat ofisinin imtinasının qanunsuz hesab edilməsi və onun üzərinə X1 miras payına dair vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, mənafeyini təmsil etdiyi İddiaçı hazırda iş üzrə məhkəmə mübahisəsinə ehtiyyac duymadığına, ona görə də iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin (nümayəndəsi) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263- 264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti Yaninda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 3 Sayli Bakı Asan Xidmət Mərkəzinə qarşı “notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi və onun üzərinə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 101 (bir yüz bir) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-319/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-319/2024
21.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver