Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3198/2021 21.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.01.2020-ci il tarixli müqavilə üzrə Philips markalı tozsoran, GORENJE markalı tozsoran üçün 446.2 (dörd yüz qırx altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 44.8 (qırx dörd manat səksən qəpik) manat cərimə. 30.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********91542 olan Samsung Galaxy A50 markalı telefon üçün 595 (beş yüz doxsan beş) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat cərimə. 10.01.2020-ci il tarixli müqavilə üzrə, Plantronics markalı qulaqlıq üçün 86.4 (səksən altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 8.6 (səkkiz manat altmış qəpik) manat cərimə. 07.06.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********03866 olan Samsung Galaxy A50 markalı telefon üçün 174 (yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə. Ümumilikdə 1431 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə kiçik iddia ərizəsinin baxılmamış saxlanılmasını, kiçik iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin olunaraq İddiaçı MMC-nin Cavabdeh qarşı ”pul tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı ”pul tələbinə” dair kiçik iddia ərizəsi baxılmamış saxlanılsın, kiçik iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3198/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3198/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver