Məhkəmə qərarları › İş №2(004)-32/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-32/2022

28.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-32/2022 28.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, X13 oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh və 3-cü şəxs Yasamal Rayon İcra hakimiyyətinə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh və 3-cü şəxs Yasamal Rayon İcra hakimiyyətinə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanda inşa edilmiş qanunsuz tikililərin və iddiaçının mülkiyyətində olan evin pəncərəsini bağlayan dəmir barmaqlığın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ünvan 1 ünvanda Cavabdeh tərəfindən qanunsuz olaraq (qarşılıqlı razılıq əsasında tikilmiş divarın üstündə inşa edilmiş) divar boyu inşa edilmiş qanunsuz tikilinin damı ilə birlikdə İddiaçı divarı boyu sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, məhkəmə-tikinti ekspertizasının rəyinə əsasən evin pəncərəsinin bağlayan barmaqlıqlar qanunsuz tikili hesab edilmişdir. Əvvəlcədən razılaşdırılmış hasarın sökülməsi ilə bağlı heç bir tələb yoxdur. Divar boyu inşa edilmiş qanunsuz tikili damı ilə birlikdə hüquqlarını müdafiə etdiyi şəxsin divarı boyu sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında bildirmişdir ki, cavabdeh 2 evin arasında ümumi istifadədə olan həyətdə iddiaçının evindən məsafədə hasar inşa etmiş və pəncərələr quraşdıraraq öz evinə birləşdirmişdir. Cavabdeh iddiaçının pəncərələrini bağlamış və onun evi qarşısında əlavə pəncərələr qoymuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirmiş və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, həmin tikili qanunsuz deyil. İddiaçı uzun müddətdir orada yaşamır. Onunla prinsipi olduğundan həmən tikilini sokdürmək istəyir. Tikilinin onun üçün heç bir maneəçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 85 ünvanında yerləşən ümumi sahəsi 53,8 kv m olan 3 otaqlı fərdi yaşayış evinin sahəsi 19 kv m olan 1 otağı onun xüsusi mülkiyyətindədir. Həmin evdə hər hansı tikinti işləri aparmamış və evi hazırki vəziyyətdə almışdır. İddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, oranı 2002-ci ildə almışdır. Orada heç bir qanunsuz tikinti aparmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs Yasamal Rayon İcra hakimiyyətinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə 3-cü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu İcra başçısının xx.xx.1994-cü il tarixli Kirayə müqaviləsinin dəyişdirilməsi haqqında sərəncamına əsasən müəyyən olunur ki, H.Hacıyev 85№-li evdə yaşayan mənzil kirayəçisi X1 yeni mənzil alması və pasport qeydiyyatından çıxması ilə əlaqədar olaraq 3 otaqlı, sahəsi 53,8 kv m olan mənzilin kirayə müqaviləsi onun oğlu X4 ilə bağlanılmışdır. Ailə tərkibi qardaşı-X5, qızları X6, X7, arvadı İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu İcra başçısının xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Hacıyev küçəsi, 85№-li evin bölünməsi haqqında İdarələrarası Komissiyanın rəyi təsdiq edilmiş, 19 kv m sahəsi olan otaq ev sahibinin qardaşı X2 qardaşının adına keçirilmiş, 34,8 kv m olan 2 otaq ev sahibi X3 adına keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu İcra başçısının xx.xx.1995-ci il tarixli sərəncamına əsasən müəyyən olunur ki, H.Hacıyev küçəsi 85 saylı evin sahəsi 14 kv m olan boşalmış otağı N.B.Aydəmirovun mənzilinə əlavə edilmişdir. İş materiallarında olan MH №055523 seriya nömrəli Qeydiyyat vəsiqəsinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, H.Hacıyev küçəsi 85 №li yaşayı evi X3 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X3 vərəsəsi arvadı İddiaçıdır. Miras əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 60,3 kv m olan 3 otaqlı mənzildən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən RX № ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti ev 85 İddiaçıın xüsusu mülkiyyətindədir. İş materiallarında olan DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh adına olan Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 85 ünvanına dair texniki pasport aşkar edilməmişdir və çıxarış idarənin arxivində saxlanılmamışdır. İş materiallarında olan ÖM № 206508 seriya nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, H.Hacıyev küçəsi 85 saylı evin 190 №li yaşayış sahəsindən ibarət 1 otaqlı mənzili Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli 10/756 №-li ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş tikililərə dair yuxarıda qeyd edilən müvafiq icazəverici sənədlər olmadığı təqdirdə, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1. bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilir. İddiaçı mülkiyyətində olan yaşayış evinə baxış keçirilən zaman ikinci mərtəbədə yerləşən tikililərin pəncərə boşluqlarının qarşısında təqribən 0,6-0,8 metr məsafədə cavabdeh tərəfindən metal konstruksiyalar və müxtəlif tikinti materiallarından istifadə edilməklə tikinti-quraşdırma işlərinin aparıldığı müəyyən edilmişdir. Aparılmış tikinti-quraşdırma işlərinə dair yuxarıda qeyd edilən müvafiq icazəverici sənədlər olmadığı təqdirdə, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1. bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının tələblərinə riayət olunmadığı müəyyən edilir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanda Cavabdeh tərəfindən qanunsuz olaraq (qarşılıqlı razılıq əsasında tikilmiş divarın üstündə inşa edilmiş) divar boyu inşa edilmiş qanunsuz tikili damı ilə birlikdə İddiaçı divarı boyu sökülməlidir. Belə ki, cavabdeh tərəfindən qeyd edilən tikililər “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadan tikilmişdir və həmin tikililər özbaşına tikili hesab olunmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Həmin Məcəllənin 25-ci maddəsinin 1.4-cü və 1.5-ci bəndlərinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla), yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda Cavabdeh tərəfindən qanunsuz olaraq (qarşılıqlı razılıq əsasında tikilmiş divarın üstündə inşa edilmiş) divar boyu inşa edilmiş qanunsuz tikili damı ilə birlikdə İddiaçı divarı boyu sökülsün. İş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar