Məhkəmə qərarları › İş №2(004)-320/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-320/2022

01.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-320/2022 01.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçinun nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbi barədə” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin “Ləiş” bağlar sahəsinin 81 nömrəli, BTK nəzdində (Bakı səhər İcra Komitəsinin 9 sentyabr 1990-cı il tarixli, 6-265 nömrəli qərarına əsasən) ayrılmış orderin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin “Ləiş” bağlar sahəsindən 81 nömrəli, BTK nəzdində (Bakı şəhər İcra Komitəsinin 9 sentyabr 1990-eı il tarixli, 6-265 nömrəli qərarına əsasən) bağ sahəsi ayrılmış və 2679a nömrəli bağ onun istifadəsinə verilmişdir. Göstərilən vaxtdan hal-hazıra kimi həmin bağdan istifadə edir. Əsasən bağ sezonunda uzun müddət bağdan istifadə edərək aqrotexnik işlərini hal-hazıra kimi görmüş, vaxtlıvaxtında bütün lazımi qaydalara riayət etmişdir. Torpaq sahəsində köhnə bağ evinə bənzər tikili olmuşdur. Ona aid bütün sənədlərdə soyadı “Mirzəyev”, adı “Yunus”, ata adı “Ağalar” kimi qeyd olunmuşdur. Lakin bu yaxınlarda ona ayırlmış torpaq sahəsinin orderində adının Yunus əvəzinə “Yunis”, soyadının Mirzəyev, atasının adının isə Ağalar əvəzinə “Kazım” kimi yazıldığı məlum olmuşdur. Həmin məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, məhkəməyə müraciət etməsi məsləhət görülərək imtina məktubu verilmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçinun nümayəndəsi və vəkili X2 ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.5, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Bakı şəhər İcra Komitəsinin 9 sentyabr 1990-eı il tarixli, 6-265 nömrəli qərarına əsasən Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 81 nömrəli BTK nəzdində “Ləiş” bağlar sahəsindən 2679a nömrəli bağ Ərizəçi ayrılmışdır. Orderdə ərizəçinin adı Yunus əvəzinə “Yunis”, soyadı Mirzəyev, atasının adı isə Ağalar əvəzinə “Kazım” kimi yazılmışdır. İE seriyalı, 745958 nömrəli doğum haqqında şəhadətnamədə, AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsində və SSSR Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyası tərəfindən 03.09.1986-cı il tarixdə verilmiş MA seriyalı, 026423 nömrəli elmlər namizədi diplomunda ərizəçinin ərinin atasının soyadı “Mirzəyev”, adı “Yunus”, ata adı “Ağalar” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən ərizəçiyə ünvanlanmış 18.02.2021-ci il tarixli BA- 00542-2021 saylı məktubdan görünür ki, order əsasında aldığı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə 16 08 2021-ci il tarixli müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, sözügedən torpaq sahəsinin sahibinin adı, soyadı və atasının adı şəxsiyyət vəsiqəsi ilə uyğun olmadığı halda, sənədlərdə əsaslı dəyişikliklərlə bağlı düzəlişlərin edilməsi üçun məhkəməyə müraciət edilməsi tövsiyə edilir. Odur ki, ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin “Ləhiş” bağlar sahəsinin 81 nömrəli, BTK nəzdində (Bakı səhər İcra Komitəsinin 9 sentyabr 1990-cı il tarixli, 6-265 nömrəli qərarına əsasən) ayrılmış orderin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar