Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3203/2021 03.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 21.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 20.01.2020-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy S10 dual” markalı və “İphone 11 Pro” markalı mobil telefon cihazlarının ümumi dəyərindən ödənilməmiş qalan 5.121,60 manat əsas borc və hesablanmış 1.533 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 6.684,60 manat pul tutularaq “xxxx” MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış 20.01.2020-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC ümumi dəyəri 5.321,60 manat olan “Samsung Galaxy S10 dual” markalı və “İphone 11 Pro” markalı mobil telefon cihazlarını 200 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə ayda 426,80 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. Cavabdeh mobil telefonların ümumi dəyərindən 200 manat ilkin ödənişi etmiş və sonra heç bir ödəniş etməmişdir. Cavabdehin 5.121,60 manat əsas borcu və hesablanmış 1.533 manat cərimə borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 20.01.2020-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC ümumi dəyəri 5.321,60 manat olan “Samsung Galaxy S10 dual” markalı və “İphone 11 Pro” markalı mobil telefon cihazlarını 200 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə ayda 426,80 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. Cavabdeh mobil telefonların ümumi dəyərindən 200 manat ilkin ödənişi etmiş və sonra heç bir ödəniş etməmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 14.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 20.01.2020-ci il tarixli müqavilələr üzrə “xxxx” MMC-yə 5.121,6 manat əsas borcu, 1.533 manat cərimə olmaqla, cəmi 6.654,6 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 20.01.2020-ci il tarixli müqavilə üzrə tənasübsüz surətdə hesablanmış yüksək hesablanmış 1.553 manat dəbbə pulu azaldılaraq 300 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy S10 dual” markalı və “İphone 11 Pro” markalı mobil telefon cihazlarının ümumi dəyərindən ödənilməmiş qalan 5.121,60 manat əsas borc, hesablanmış 300 manat cərimə olmaqla, ümumilikdə 5.421,60 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.451,60 manat pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. İddia tələbi - müqavilə üzrə hesablanmış cəmi 1.233 manat dəbbə pulu tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy S10 dual” markalı və “İphone 11 Pro” markalı mobil telefon cihazlarının ümumi dəyərindən ödənilməmiş qalan 5.121,60 manat əsas borc, hesablanmış 300 manat cərimə olmaqla, ümumilikdə 5.421,60 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.451,60 (beş min dörd yüz əlli bir manat altmış qəpik) manat pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3203/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3203/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver