Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3206/2021 24.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 24.06.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********00384 olan NOKİA 3.1 markalı telefon üçün 295 (iki yüz doxsan beş) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə; 25.11.2019-cu il tarixli müqavilə üzrə, İMEİ Kodu **********32349 X1 8 markalı telefon üçün 490 (dörd yüz doxsan) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə; 27.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********12887 olan X1 8 markalı telefon üçün 448 (dörd yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə; ümumilikdə 1355 manat borc, 30 manat dövlət rüsumu olmaqla, cəmi 1385 manat Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxx» MMC ilə 24.06.2019-cu il tarixli, 25.11.2019-cu il və 27.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********00384, **********32349 və **********12887 olan NOKİA 3.1 və 2 ədəd X1 8 markalı telefon almış və nəticədə 1355 (min üç yüz əlli beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 522 (beş yüz iyirmi iki) manat (18 ay x 29 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********00384 olan NOKİA 3.1 markalı telefon üçün ümumilikdə, 324 (üç yüz iyirmi dörd) manat olmaqla, ondan, 295 (iki yüz doxsan beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29 (iyirmi doqquz) manat cərimə miqdarında borc yaranmışdır. 25.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 589 (beş yüz səksən doqquz) manat (12 ay x 49 manat + 1 manat ilkin ödəniş) İMEİ Kodu **********32349 olan X1 8 markalı telefon üçün ümumilikdə, 539 (beş yüz otuz doqquz) manat olmaqla ondan, 490 (dörd yüz doxsan) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49 (qırx doqquz) manat cərimə; 27.11.2019-cu il tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 655 (altı yüz əlli beş) manat (12 ay x 50 manat +55 manat ilkin ödəniş) İMEİ Kodu **********12887 olan X1 8 markalı telefon üçün ümumilikdə, 492 (dörd yüz doxsan iki) manat olmaqla ondan, 448 (dörd yüz qırx səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44 (qırx dörd) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 533 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 24.06.2019-cu il tarixdə ümumilikdə dəyəri 522 manat təşkil edən NOKİA 3.1 markalı telefon, 25.11.2019-cu il tarixdə ümumilikdə dəyəri 589 manat təşkil edən X1 8 markalı telefon və 27.11.2019-cu il tarixdə ümumilikdə dəyəri 655 manat təşkil edən X1 8 markalı telefonun alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış 24.06.2019-cu il tarixli, 00740696 nömrəli, və 25.11.2019-cu il tarixli 01074292 nömrəli və 27.11.2019-cu il tarixli 01079029 nömrəli əlavə ödəniş cədvəllərinin 2 bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 24.06.2019-cu il tarixli müqavilə üzrə 29 manat, 04.09.2019-cu il tarixli müqavilə üzrə 49 manat və 27.11.2019-cu il tarixli müqavilə üzrə 44manat təşkil edir. 24.06.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00740696 nömrəli alqı-satqı müqaviləsi üzrə NOKİA 3.1 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 25.11.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 01074292 nömrəli X1 8 markalı telefon alqı-satqı müqaviləsi üzrə tam qüsursuz halda təhvil verilmişdir. 27.11.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 01079029 nömrəli X1 8 markalı telefon alqı-satqı müqaviləsi üzrə tam qüsursuz halda təhvil verilmişdir. 18.09.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 04.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 24.06.2019-cu il tarixli müqavilə üzrə cavabdehə 295 manat əsas borc, 29 manat cərimə borcu, cəmi 324 manat; 25.11.2019-cu il tarixli müqavilə üzrə 490 manat əsas borc, 49 manat cərimə borcu, cəmi 539 manat və 27.11.2019-cu il tarixli müqavilə üzrə 448 manat əsas borc, 44 manat cərimə borcu, cəmi 492 manat olmaqla ümumilikdə isə 1355 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 24.06.2019-cu il tarixli müqavilə üzrə 29 manat, 25.11.2019-cu il tarixli müqavilə üzrə 49 manat və 27.11.2019-cu il tarixli müqavilə üzrə 44 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 24.06.2019-cu il tarixli müqavilə əsasında əsas borc üzrə 295 manat, cərimə borcu üzrə 29 manat, 25.11.2019-cu il tarixli müqavilə əsasında əsas borc üzrə 490 manat, cərimə borcu üzrə 49 manat, 27.11.2019-cu il tarixli müqavilə əsasında əsas borc üzrə 448 manat, cərimə borcu üzrə 44 manat, ümumilikdə hər üç müqavilə üzrə 1355 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 24.06.2019-cu il tarixli müqaviləyə əsasən əsas borc üzrə 295 (iki yüz doxsan beş) manat, cərimə borcu üzrə 29 (iyirmi doqquz) manat, 25.11.2019-cu il tarixli müqaviləyə əsasən əsas borc üzrə 490 (dörd yüz doxsan) manat, cərimə borcu üzrə 49 (qırx doqquz) manat, 27.11.2019-cu il tarixli müqaviləyə əsasən əsas borc üzrə 448 (dörd yüz qırx səkkiz) manat, cərimə borcu üzrə 44 (qırx dörd) manat olmaqla, cəmi 1355 (bir min üç yüz əlli beş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3206/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3206/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver