Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3212/2022 22.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 Elmir qızının iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «aktın etibarsız hesab edilməsi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh İB-in “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı 31.072019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli və ******* saylı xx.xx.2020-ci il tarixli aktların etibarsız hesab edilməsi və həmin aktların əsasında Cavabdeh İB tərəfindən hesablanmış 721,9 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2018-ci ildən, 2019-cu ilin axırına qədər ünvan 1 ünvanda yaşamadıqları halda Cavabdeh tərəfindən həmin ünvan üzrə əsassız aktlar tərtib olunmuşdur. Aktlardan xəbərləri olmamışdır. Onlar tərəfindən sayğaca hər hansı müdaxilə olmamış, əlavə xətt qoşulmamışdır. "xxxx" ASC tərəfindən elektrik enerjisinə görə pul yazılması isə evdə yerləşən kameralar və soyuducu ilə bağlıdır. Suala cavab olaraq bildirir ki, 2020-ci ildə Şahbazi küçəsi, 69 ünvanında yaşayırdılar. Şahbazi küçəsi, ev 69/73 ilə Şahbazi küçəsi ev 69 arasında məsafə 10 metr olar. Ev iddiaçının mülkiyyətindədir. 2018-2019-cu ilin axırına qədər Şahbazi küçəsi 69 ünvanında yaşamışlar. Həmin yerdə yerləşən dükan onlarındır. Göstərilən şəkilin hara aid olduğunu bilmir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, nümayəndəsinin verdiyi izahatı təsdiq edir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-in nümayəndəsi nümayəndəsi Nümayəndə1 Elmir qızı əvvəlki məhkəm iclasında izahat verərək bildirmişdir ki, 2019- 2020-ci illərdə sayğacdan kənar xətt qoşulması ilə bağlı akt tərtib olunmuşdur. Şəkillərdən əlavə xəttin qoşulduğu görünür. Şahbazi küçəsi, ev 69/73-də yaşayış olmuşdur. Yaşayışın olması "xxxx" ASC tərəfindən verilən sənəddə sərf edilən elektrik enerjisinin miqdarı ilə də təsdiq edilir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərələrin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 69/73 ünvanında yaşayan, abunə kodu **********00000 olan abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmiş, dəymiş ziyanın hesablanaraq ödənilməsi göstərilmişdir. İstehlakçı İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 1188 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 69/73 ünvanında yaşayan abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmiş, dəymiş ziyanın hesablanaraq ödənilməsi göstərilmişdir. İstehlakçı İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 252 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 69/73 ünvanında yaşayan abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmiş, dəymiş ziyanın hesablanaraq ödənilməsi göstərilmişdir. İstehlakçı İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 252 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 69/73 ünvanında yaşayan abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmiş, dəymiş ziyanın hesablanaraq ödənilməsi göstərilmişdir. İstehlakçı İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 252 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 69/73 ünvanında yaşayan abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmiş, dəymiş ziyanın hesablanaraq ödənilməsi göstərilmişdir. İstehlakçı İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 252 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 69/73 ünvanında yaşayan abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmiş, dəymiş ziyanın hesablanaraq ödənilməsi göstərilmişdir. İstehlakçı İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 468 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 69/73 ünvanında yaşayan abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmiş, dəymiş ziyanın hesablanaraq ödənilməsi göstərilmişdir. İstehlakçı İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 1512 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 69/73 ünvanında yaşayan abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmiş, dəymiş ziyanın hesablanaraq ödənilməsi göstərilmişdir. İstehlakçı İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 1512 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 69/73 ünvanında yaşayan abonent mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmiş, dəymiş ziyanın hesablanaraq ödənilməsi göstərilmişdir. İstehlakçı İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 1512 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. İş üzrə «Azəriqaz” İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında qaz sayğacından kənar qeyri-qanuni istifadə olunması ilə əlaqədar, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 1188 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. İş üzrə «Azəriqaz” İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında qaz sayğacından kənar qeyri-qanuni istifadə olunması ilə əlaqədar, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 252 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. İş üzrə «Azəriqaz” İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında qaz sayğacından kənar qeyri-qanuni istifadə olunması ilə əlaqədar, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 252 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. İş üzrə «Azəriqaz” İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında qaz sayğacından kənar qeyri-qanuni istifadə olunması ilə əlaqədar, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 252 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. İş üzrə «Azəriqaz” İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında qaz sayğacından kənar qeyri-qanuni istifadə olunması ilə əlaqədar, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 252 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. İş üzrə «Azəriqaz” İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında qaz sayğacından kənar qeyri-qanuni istifadə olunması ilə əlaqədar, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 468 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. İş üzrə «Azəriqaz” İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında qaz sayğacından kənar qeyri-qanuni istifadə olunması ilə əlaqədar, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 1512 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. İş üzrə «Azəriqaz” İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında qaz sayğacından kənar qeyri-qanuni istifadə olunması ilə əlaqədar, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 1512 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. İş üzrə «Azəriqaz” İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında qaz sayğacından kənar qeyri-qanuni istifadə olunması ilə əlaqədar, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 1512 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. İş materiallarında olan elektron sistemdən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən abonəçi kodu **********00000 olan İddiaçı Yasamal rayonu, T.Şahbazi küçəsi, 69/73 saylı evdə təbii qazda nistifadə nəticəsində cəmi 721,9 manat borcu vardır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 5 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 10/4810 və 9/5282 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən ARDNŞ-nin Şurasının 14 mart 2011-ci il tarixli, 11 nömrəli qərarına 2 nömrəli əlavə “Qaz işlədicilərinin saatlıq qaz sərfi normaları haqqında” təlimata əsasən PQ-2 (duxovkalı) tipli qaz avadanlığının 1 saat ərzində sərf etdiyi qazın miqdarı 0.75 m3/saat, PQ-2 (duxovkasız) tipli qaz avadanlığının 1 saat ərzində sərf etdiyi qazın miqdarı 0.4 m3/saat, qənaətli su qızdırıcısının 1 saat ərzində sərf etdiyi qazın miqdarı 2.25 m3/saat qəbul edilmişdir. Məhkəmə tərəfindən ünvanda istifadə edilən qaz cihazlarının konkret növü və abonentin sutka ərzində neçə saat qazdan istifadə etməsi müəyyən edildikdən sonra, sayğacdan kənar qaz xəttinə qoşulma nəticəsində Cavabdeh İB-ə dəymiş ziyan hesablana bilər. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində bildirmişdir ki, o, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 69/73 ünvanında iddiaçı ilə qonşuluqda yaşayır. 2018-2019-cu illərdə iddiaçı qaynanasıgildə yaşamışdır. Şahbazi küçəsi, ev 69/73-də yaşayış olmamışdır. Söküntüdən sonra köçmüşlər. Suala cavab olaraq bildirir ki, söküntü 2018-2019-da olmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində bildirmişdir ki, o, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 69/73 ünvanında iddiaçı ilə qonşuluqda yaşayır. 2018-2019-cu illərdə iddiaçı qaynanasıgildə yaşamışdır. Şahbazi küçəsi, ev 69/73-də yaşayış olmamışdır. Suala cavab olaraq bildirir ki, 2020-ci ildə iddiaçı T.Şahbazi küçəsi, ev 69/73 ünvanında yaşamışdır. Cavabdeh İB-in əməkdaşlarını görməmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, o, iddiaçının qaynanasıdır. Onun yoldaşı rəhmətə getmişdir, ürəyi xəstə idi. İddiaçı ailəsi ilə 2018-2019-cu illdərdə onlarda yaşamışdır. Suala cavab olaraq bildirir ki, oğlu deyəsən, ailəsi ilə 2019-cu ilin iyununda onlardan getmişdir. O, hazırda Maştağada yaşayır. İddiaçı ailəsi ilə hazırda T.Şahbazi küçəsi, ev 69/73 ünvanında yaşayır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, Yasamal Rayon Qaz İdarəsindən Cavabdeh İB-i təmsil edir. İddiaçı tərəfində uzun müddət qaz istifadəsinə görə ödəniş olmadığına üçün iddiaçının mənzilinə 2019-cu ilin iyun ayında baxış keçirilmişdir. Mənzilə baxış keçirilərkən həmin mənzildə qeyri qanuni birləşmə aşkarlanmışdır. Bu hal əməkdaşlar tərəfindən aktlaşdırılmışdır. Bu haqda abonentə məlumat verilmişdir. Onlar həmin mənzildə olmuşdur və çəkilişləri var. Saldodan görünür ki, vətəndaş ümumiyyətlə ödəniş etməmişdir. Ödənişi sıfırdır. İddiaçı qazdan qeyri-qanuni istifadə etmişdir. Suala cavab olaraq bildirir ki, qaz xəttinin üstü örtüldüyü üçün qaz xəttindən ayırmamışlar. 2020-ci ildə abonentin iştirakı ilə “smart” tipli sayğacın yerinə mexaniki sayğac quraşdırılmışdır. Əvvəlki məhkəm iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, o, Cavabdeh İB-in əməkdaşı olaraq Yasamal rayonu, T.Şahbazi küçəsinə 2015-ci ildən bu günə qədər nəzarət edir. Həmin küçədə həm “smart”, həm də mexaniki sayğaclar vardır. İddiaçının “smart“ kart tipli sayğacına ödəniş olmadığı üçün Möhsüm müəllim və digər əməkdaşlar yoxlama aparıblar. Qanunsuz qoşulma aşkar olunan vaxt o, orada yox idi, digər ünvanları yoxlayırdı. Onlar dama çıxıblar, şəkil və video çəkiblər. Onu 1 saatdan sonra çağırdılar. O, qanunsuz qoşulma ilə bağlı şəkil və videoları görmüş və qanunsuz qoşulma təsdiq olunmuşdur. Suala cavab olaraq bildirir ki, xətt evin üstündən gedirdi və həmin evin hamamına düşürdü. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. xx.xx.2019-cu il tarixdən, xx.xx.2020-ci il tarixədək olan dövrdə Cavabdeh İB-in əməkdaşları tərəfindən iddiaçıya məxsus Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 69/73 ünvanında yerləşən sayğaca qeyri-qanuni qoşulma olması barədə müxtəlif aktlar tərtib edilmiş, iddiaçının hesabına dəymiş ziyanın bərpası məqsədilə itirilmiş təbii qazın dəyəri kimi müəyyən edilmiş cəmi 7200 m3 qaz sərfiyyatı yazılmışdır. Həmin aktlarda abonentin imzası qrafasında “imtina etdi” yazılmış və aktlar abonentə təqdim edilməmişdir. Hazırda iddiaçı xx.xx.2019-cu il tarixdən, xx.xx.2020-ci il tarixədək olan dövrdə tərtib olunmuş aktların etibarsız hesab edilməsi və onlarında əsasında hesablanmış ziyanın silinməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı barəsində təbii qazdan istifadə qaydalarının pozulmasına görə üst-üstə 9 akt tərtib olunmuş, aktların hamısında abonentin imzası qrafasında “imtina etdi” yazıları yazılmış, cavabdeh təşkilat sonuncu aktdan 2 ildən çox müddət keçsə də zərərin ödəniməsini tələb etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş kserosurət formasında fotoşəkillər keyfiyyətsiz olmaqla həmin fotoşəkillərin məhz iddiaçıya məxsus evdə çəkilməsi barədə birmənalı nəticəyə gəlməyə imkan vermir. Cavabdeh tərəfindən hər hansı video görüntü məhkəməyə təqdim edilməmişdir. Şahid ifadələrinə gədikdə isə iddiaçı tərəfin dəvət etdiyi şahidlər dəqiq faktlarla ifadə verməmişlər. Cavabdeh tərəfindən dəvət edilmiş şahidlər də məhz sözügedən aktlarda adı keçən cavabdeh təşkilatın əməkdaşları olmuşdur. Məhkəmə hesab edir ki, tək şahidin ifadəsi qanunsuz qoşulma faktının təsdiqi üçün yetərli deyil. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB-in “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, 31.072019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli və ******* saylı, xx.xx.2020-ci il tarixli aktları etibarsız hesab edilməli və həmin aktların əsasında Cavabdeh İB tərəfindən hesablanmış 721,9 manat məbləğində borc silinməlidir. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat dövlət nəfinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ekspertiza xərci Cavabdeh İB-ə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-in “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı 31.072019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli və ******* saylı xx.xx.2020-ci il tarixli aktları etibarsız hesab edilsin və həmin aktların əsasında Cavabdeh İB tərəfindən hesablanmış 721,9 (yeddi yüz iyirmi bir manat doxsan qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Keçirilmiş ekspertizanın xərci olaraq 100 (yüz) manat məbləğində pul Cavabdeh İBdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3212/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3212/2022
22.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver