Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3215/2022 18.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə və üçüncü şəxs Maraqlı şəxs qarşı "ipoteka nüqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə və üçüncü şəxs Maraqlı şəxs qarşı "ipoteka nüqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKT ASC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2015-ci il tarixli 3M-1791 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə nikaha daxil olmaqla ailə qurmuşdur. Nikahda olduqları müddətdə birgə qazancları hesabına Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 28A, 31 saylı mənzili almışlar. Onun məlumatı, xəbəri, razılığı olmadan Maraqlı şəxs ilə Finoko BOKT ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Maraqlı şəxs illik 28% olmaqla 60 ay müddətinə 21000 ABŞ dolları kredit verilmişdir. Həmin kreditin təminatı olaraq Maraqlı şəxs ünvan 1ünvanında yerləşən mənzili ipoteka ilə yüklü etdirmişdir. Daha sonra Maraqlı şəxs borcu ödəyə bilmədiyi üçün BOKT məhkəməyə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə 37599,17 ABŞ dollarının Maraqlı şəxs tutularaq Finoko BOKT ASC-yə ödənilməsi , tutmanın ipoteka predmetinə yönəldilməi və mənzilin açıq hərracdan satılması qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən iəyişdirilmədən saxlanılmışdır. Cavabdeh BOKT ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Cavabdeh BOKT ASC ilə Maraqlı şəxs arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin təminatı kimi xx.xx.2015-ci il tarixli 3M-1791 saylı ipoteka müqaviləsi ilə Maraqlı şəxs mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, V.Quliyev küçəsində yerləşən 28A saylı evin 21 nömrəli mənzil ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-234/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs Cavabdeh BOKT ASC-nin xeyrinə cəmi 37599.17 ABŞ dolları və 31 manat dövlət rüsumu tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, V.Quliyev küçəsində yerləşən 28A saylı evin 21 nömrəli mənzilə yönəldilmiş, mənzilin açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6301/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, Suraxanı rayon Məhkəməsinin qətnaməsi ipoteka predmetinin satış qiyməti hissəsində dəyişdirilərək, 50000 manat müəyyən edilmiş, qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldilmişdir. Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5685/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs Cavabdeh BOKT ASC- yə və "xxxx" MMC-yə qarşı “hərracın nəticəsinin ləğv edilməsi” barədə iddia tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1674/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsindəki 28A nömrəli evin 21 nömrəli mənzilə dair keçirilmiş hərracın nəticələri haqqında "xxxx" MMC-nin xx.xx.2019- cu il tarixli Y-95 nömrəli yekun protokolu və həmin protokol əsasında bağlanmış xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-14/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh BOKT ASC-nin kassasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1674/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən apellyasiya baxışma qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5218/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Yasamal rayon Məhkəməsinin 2(004)-5685/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-292/22 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Maraqlı şəxs kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103 )-5218/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Mübahisə predmeti olan ipoteka müqaviləsi xx.xx.2015-ci il tarixində imzalanmışdır. İddiaçı ipoteka müqaviləsi bağlandığı vaxtdan 1 il ərzində onun etibarsızlığını mübahisələndirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan ipoteka müqaviləsini hüquqlarını bildiyi və ya bilməli olduğu andan mübahisələndirməli idi. Odur ki, iddiaçı əqdin mübahisələndirilməsi üçün iddia müddətini ötürmüşdür. 2) Mübahisə predmeti olan müqaviləyə daha əvvəl iki fərqli mülki iş üzrə hüquqi qiymət verilmişdir. Hər iki mülki iş Cavabdeh BOKT ASC-nin leyhinə nəticələnmişdir. Bu səbəbdən də ikinci dəfə ipoteka müqaviləsi və onun doğurduğu hüquqi nəticələr mübahisələndirilə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ərizə verərək, iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənləri və cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş, məhkəmədən iddia tələbinin əsassız olduğuna görə rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 385.1, 386.1, 390, 424-cü maddələrini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarına əlavə olunmuş Cavabdeh BOKT ASC ilə Maraqlı şəxs arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin təminatı kimi xx.xx.2015-ci il tarixli 3M-1791 saylı ipoteka müqaviləsi ilə Maraqlı şəxs mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, V.Quliyev küçəsində yerləşən 28A saylı evin 21 nömrəli mənzil ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-234/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs Cavabdeh BOKT ASC-nin xeyrinə cəmi 37599.17 ABŞ dolları və 31 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, V.Quliyev küçəsində yerləşən 28A saylı evin 21 nömrəli mənzilə yönəldilməsi, açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6301/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Suraxanı rayon Məhkəməsinin qətnaməsi ipoteka predmetinin satış qiyməti hissəsində dəyişdirilmiş, ipoteka predmetinin satış qiyməti 50000 manat müəyyən edilmiş, qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamə icraya yönəldilmişdir. Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5685/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs Cavabdeh BOKT ASC- yə və "xxxx" MMC-yə qarşı “hərracın nəticəsinin ləğv edilməsi” barədə iddia tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1674/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsindəki 28A nömrəli evin 21 nömrəli mənzilə dair keçirilmiş hərracın nəticələri haqqında "xxxx" MMC-nin xx.xx.2019- cu il tarixli Y-95 nömrəli yekun protokolu və həmin protokol əsasında bağlanmış xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-14/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh BOKT ASC-nin kassasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1674/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5218/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Yasamal rayon Məhkəməsinin 2(004)-5685/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-292/22 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Maraqlı şəxs kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103 )-5218/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Hazırda İddiaçı müvafiq ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqaviləyə bağlanmamış xitam verilməsini və digər tələbləri məqbul saymır. Məhkəmənin gəldiyi qənaətə görə, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə və üçüncü şəxs Maraqlı şəxs qarşı "ipoteka nüqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3215/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3215/2022
18.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver