Məhkəmə qərarları › İş №2(004)-3235/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3235/2023

05.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3235/2023 05.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs2 nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs2 nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin övladı 15 oktyabr 2004-cü ildə Bakı şəhərində doğulmuş X7 anadangəlmə “mikrosefaliya” psixi xəstəliyindən əziyyət çəkir. Övladı ərizəçi ilə birgə yaşayır və o, 20 il müddətdir övladını həm ölkədaxili, həm də xarici ölkələrdə tibbi müayinələrə aparmış, lakin tibbi müalicələrin nəticəsi olmamışdır. AR Səhiyyə Nazirliyinin 2 nömrəli X5 tərəfindən verilmiş ambulator xəstənin tibbi kitabçasının çıxarışından göründüyü kimi, X6 “orta kəmağıllıq imbesillik kobud davranış və nitq pozuntuları ilə daima kənar şəxslərin himayəsinə ehtiyacı var. Yanaşı Mikrosefaliya İQ41" diaqnozu qoyulmuşdur. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan göründüyü kimi, xx.xx.2004-cü il təvəllüdlü X6 "ikinci dərəcəli Əlillik, orqanizmin funksiyalarının 70% pozulması, davranış pozğunluğunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərilməklə, orta kəmağıllıq imbesillik kobud davranış və nitq pozuntuları ilə daima kənar şəxslərin himayəsinə ehtiyacı var, yanaşı mikrosefaliya İQ41" diaqnozu qoyulmuş, “ümumi xəstəlikdən müddətsiz əlil və əmək qabiliyyətsiz" kimi qeydə alınmışdır. Qeyd edilmişdir ki, ərizəçinin övladı öz hərəkətlərinin mənasını anlamır və özünü idarə etmək iqtidarında deyildir. Buna görə bütün bu müddət ərzində övladının sağlamlığı və gündəlik yaşam ilə ərizəçi özü məşğul olur. Qızı ağır xəstəlikdən əziyyət çəkdiyindən özünü müstəqil idarə edə bilmir, müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə qadir deyildir. Hətta qızı verilən sualları anlamır, hərəkətlərinin mahiyyətini dərk etmir. Psixi xəstəliyi nəticəsində öz əməllərinin və hərəkətlərinin faktiki xarakterini dərk edə bilmir və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından, onun himayəyə ehtiyacı vardır. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Bununla bağlı Bakı şəhəri Maraqlı şəxs2 nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərkən, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Buna səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs2 nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş elektron arayışdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X6 davranış pozğunluğunun olmaması və ya zəif dərəcədə təzahür etməsi göstərilməklə orta kəmağıllıq, imbesillik kobud davranış və nitq pozuntuları diaqnozu qoyulmuş və daim kənar şəxsin qulluğuna ehtiyacı olduğundan müddətsiz olaraq ikinci qrup əlil kimi qeydiyyata alınmışdır. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, X7 xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. Həmçinin “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən müəyyən edilir ki, X7 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur və anası Ərizəçidır. İş materiallarında olan AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3651 saylı rəyinə əsasən müəyyən edilir ki, yoxlanılan şəxs X4 “orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” (F71.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (psixofiziki inkişafının həmyaşıdlarından xeyli geri qalması, “Bakı Baş Səhiyyə Mərkəzi” X10 13 nömrəli uşaq poliklinikasında “Yüngül kəmağıllıq. Enkoprez” diaqnozu ilə qeydiyyatda olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 “Orta kəmağıllıq, imbesillik kobud davranış və nitq pozuntuları ilə. Daima kənar şəxslərin himayəsində ehtiyacı var” diaqnozu ilə müalicədə olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən “Davranış pozuntuları və ya zəif dərəcədə təzahür etməsini göstərməklə orta kəmağıllıq, imbesillik kobud davranış və nitq pozuntuları ilə daima kənar şəxslərin himayəsinə ehtiyac var. Yanaşı mikrosefaliya” diaqnozu ilə İİ dərəcəli əlil olması) həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (bələdliyin pozulması, davranışının qeyriadekvatlığı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Yoxlanılan şəxs X4 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Yoxlanılan şəxs X7 öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil və onu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Məhkəmə qeyd edir ki, ərizəçi X3 yaxın qohumu – anasıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X3 psixi cəhətdən fəaliyyət qabiliyyətinin olmaması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar