Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3248/2021 02.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.04.2019-cu il tarixli müqavilə üzrəİMEİ kodu **********37916 olan Samsung Galaxly A50 markalı telefon, X6, Goodram microSD 2 ədəd aksessuar üçün 217(iki yüz on yeddi) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat dəbbə, 16.09.2019-cu il tarixli müqavilə üzrə X3 və Seksiya Becha üçün 1582 (min beş yüz səksən iki) manat ödənilməmiş hissə, 475 (dörd yüz yetmiş beş) manat dəbbə, 23.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********64607 olan X7 8 markalı telefon üçün 36 (otuz altı) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə, ümumilikdə 2382 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Dəbbə pulunun məbləği ilə bağlı sədrlik edənin sualına caavab olaraq məhkəmənin mülahizəsinə buraxdığına bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5, 147-ci maddələrinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış: 21.04.2019-cu il tarixli 00624186 saylı müqaviləyə əsasən iddiaçı Samsung Galaxly A50 markalı telefon, X6 və müqavilədə nəzərdə tutulmuş aksessuarları cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş ilkin ödəniş də daxil olmaqla 1025 manat pulu 15 ay müddətinə aylıq 64 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 21.04.2019-cu il tarixli əşyaların təhviltəslim aktına əsasən müəyyən olunur ki, Samsung Galaxly A50 markalı telefon, X6 və müqavilədə nəzərdə tutulmuş aksessuarları cavabdeh tərəfindən təhvil alınmışdır 16.09.2019-cu il tarixli 00918627 saylı müqaviləyə əsasən iddiaçı X3 və Seksiya Becha-nı cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş ilkin ödəniş daxil olmaqla 2391 manat pulu 12 ay müddətinə aylıq 198 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 16.09.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, X3 və Seksiya Becha cavabdeh tərəfindən təhvil alınmışdır. 23.110.2019-cu il tarixli 00999642 saylı müqaviləyə əsasən iddiaçı Redmi Note 8 markal; telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş ilkin ödəniş daxil olmaqla 600 manat pulu 12 ay müddətinə aylıq 50 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 23.10.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, Redmi Note 8 markalı telefon cavabdeh tərəfindən təhvil alınmışdır. 20.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin 21.04.2019cu il tarixli müqaviləyə əsasən 217 manat ödənilməmiş hissə, 57 manat dəbbə pulu olmaqla, cəmi 274 manat, 16.09.2019-cu il tarixli müqaviləyə əsasən 1582 manat ödənilməmiş hissə, 475 manat dəbbə pulu olmaqla, cəmi 2057 manat, 23.101.2019-cu il tarixli müqaviləyə əsasən 36 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu olmaqla, cəmi 51 manat, ümumlikdə 1835 manat ödənilməmiş hissə, 547 manat cərimə pulu olmaqla cəmi 2382 manat borcu vardır. “xxxx” MMC-nin Cavabdeh ünvanladığı 23.07.2020-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 21.04.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********37916 olan Samsung Galaxy A50 markalı telefon, X6, Goodram microSD 2 ədəd aksesuar üçün 217 (iki yüz on yeddi) manat, 16.09.2019-cu il tarixli müqavilə üzrə X4 və Seksiya Becha üçün 1582 (min beş yüz səksən iki) manat, 23.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********64607 olan Xiaomi Red m i Note 8 markalı telefon üçün 36 (otuz altı) manat, cəmi 1835 (min səkkiz yüz otuz beş) manat, 30 manat dəbbə pulu, ümumilikdə 1865 (min səkkiz yüz altmış beş) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddidaçıya ödənilməlidir. İddia tələbi əsas borca münasibətdə əsaslı olsa da, dəbbə pulu hissəsində əsaslı deyildir. Belə ki, dəbbənin məbləği əsas borca mütənasib deyildir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə borcu tənasübsüz olduğu üçün azaldılmalı və 30 manat müəyyən edilməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 21.04.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********37916 olan Samsung Galaxy A50 markalı telefon, X6, Goodram microSD 2 ədəd aksesuar üçün 217 (iki yüz on yeddi) manat, 16.09.2019-cu il tarixli müqavilə üzrə X4 və Seksiya Becha üçün 1582 (min beş yüz səksən iki) manat, 23.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********64607 olan Xiaomi Red m i Note 8 markalı telefon üçün 36 (otuz altı) manat, cəmi 1835 (min səkkiz yüz otuz beş) manat, 30 manat dəbbə pulu, ümumilikdə 1865 (min səkkiz yüz altmış beş) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3248/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3248/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver