Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-325/2025 20.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci ildə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ünvan 1 ünvanında ailə üzvləri olan - X4 və anası X3 ilə birlikdə yaşayır. Atası - xx.xx.1957-ci il təvəllüdlü X1 qəfil pisləşməsinə görə o, təcili tibbi yardım həkimlərinin köməyi ilə xx.xx.2023-cü il tarixdə X5 aparılmış, vəziyyəti ağır olduğu üçün dərhal həmin xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdir. Aparılmış müalicələr nəticəsiz qalmışdır. O, hal-hazırda hərəkət edə bilmir, nitqi qeyri-müəyyəndir, yaddaş və yuxu pozuntusundan əziyyət çəkir. Hadisələrin mahiyyətini tam dərk etmir. Mütəmadi olaraq həkim nəzarətindədir. Daim yanında yetkin şüurlu digər şəxsin olmasına və yardımına ehtiyacı var. Nəsimi rayonu, 5 N-li TSEK-in xx.xx.2024-cü il tarixli arayışına əsasən X7 İ dərəcəli əlil olması müəyyən edilmişdir. Onun atası yaddaş pozulmalarından əziyyət çəkir, nitqi tam pozulduğu və xəstəliklə bağlı digər ağırlaşmalar oğluduğu üçün ətrafında başverənlər barədə müstəqil fikir formalaşdıra bilmir, habelə hərəkətlərinin mənasını tam dərk etmir. Belə olan halda, onların hüquq və mənafelərini təmsil etmək, məcburi müalicələrini davam etmək üçün məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan Abşeron rayon Xırdalan qəsəbəsi VVAQ şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş Xİİİ-ЖГ 439461 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən Ərizəçi xx.xx.1989cu il tarixdə Xırdalan, Abşeron rayonunda doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 898 nömrə ilə qeyd edilmişdir. X4, anası X2r. İş materiallarında olan sosial arayışa əsasən X11 ümumi xəstəlik səbəbindən xx.xx.2024-cü il tarixdən müddətsiz birinci dərəcəli əlilliyi müəyyən olunmuşdur. İş materiallarında olan Mərkəzi Klinikanın 20 oktyabr 2023-cü il tarixli tibbi arayışına əsasən X11 xx.xx.2023-cü il tarixdə xəstəxanaya daxil olmuş və laborator müayinədən keçmişdir. Nəticədə qeyd edilmişdir: xəstə hal-hazırda MKX-nın Reanimasiya şöbəsində müalicə alır, xəstənin ümumi vəziyyəti ağırdır. Huşu Glasgow koması skalasına əsasən 9/15 kimi dəyərləndirilmiş, sağ tərəfli hemipaz, sol tərəfli qeyri-adekvat hərəkətlər izlənilmiş, udma aktı pozulmuşdur. Qidalanması nazoqastral zondladır. Diarez kateterlədir. Xəstənin huşu adekvat olmadığından ümumi Keosimasiya şöbəsində müalicəsinə davam etdirilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12in X11 haqqında olan qiyabi sənədlər üzrə məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 1161 saylı rəyinə əsasən X8 İŞEMİK İNSULTDAN SONRAKİ DAMAR MƏNŞƏLİ DEMENSİYA (AĞİL ZƏİFLİYİ) (F01) qeyd olunur. Bunu təqdim olunmuş tibbi sənədlər (insult keçirdikdən sonra psixi vəziyyətinin dəyişməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "3 nömrəli şəhər poliklinikası” X12 ambulator kartasında “Beyin İnfarktının nəticələri. Spastik hemiplegiya” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması) sübut edir. xx.xx.1957-ci il təvəllüdlü X8 işemik insultdan sonrakı damar mənşəli demensiya (ağıl zəifliyi) müəyyən edilir. xx.xx.1957-ci il təvəllüdlü X11 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. X10 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməyə kifayət qədər əsaslar vardır. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.3-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1957-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən X11 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-325/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-325/2025
20.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver