Məhkəmə qərarları › İş №2(004)-3283/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3283/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3283/2021 01.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçıya dəyən ziyanın əvəzi olaraq 6000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında bağlanmış 02 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən cavabdehin ona təhvil aldığı mənzilinin əvəzinə Bakı Şəhəri Yasamal rayonu Şərifzadə küçəsində inşa olunan yeni 162 saylı binada 4-cü giriş 6-cı mərtəbədə ümumi sahəsi 90,8 kv.m. təşkil edən 218 saylı mənzili təmirli vəziyyətdə təhvil verməsi nəzərdə tutulub. 05 Avqust 2017-ci il tarixli Əlavəyə əsasən ona 84 kv.m. mənzil əvəzinə 90,8 kv.m. mənzil verildiyi üçün 6.8 kv.m. sahənin pulunun təmir pulundan 6000 manat çıxılması və onun təmiri öz hesabına həyata keçirməsi nəzərdə tutulub. 02 sentyabr 2017-ci il tarixli müqaviləyə 09 aprel 2019-cu il tarixli Əlavə və Dəyişikliyə əsasən Bakı Şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 162 saylı bina, 4-cü giriş, 6-cı mərtəbə 90,8 kv.m. sahəsi olan 218 saylı mənzil ona təmirsiz vəziyyətdə təhvil verildiyinə görə cavabdehin 18160 manat kompensasiya ödəməsi nəzərdə tutulub. 09 aprel 2019-cu il tarixdə təmir pulundan 18160 manat çıxılaraq ona 12160 manat pul ödənilib və 05 avqust 2017-ci il tarixli Əlavədə qeyd olunub ki, cavabdehin ona 6000 manat borcu yoxdur. Lakin 06 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 162 saylı bina, 4-cü giriş 6-cı mərtəbə 90,8 kv.m. sahəsi olan 218 saylı mənzilə reyestrdən çıxarış alarkən ona məlum oldu ki, cavabdeh onu aldadıb, mənzilin sahəsi 90,8 kv.m. deyil, 84,5 kv.m. təşkil edir. O cavabdehdən ödənilməmiş 6000 manatın da ödənilməsini xahiş etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina edib. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarını pozmaqla icraata qəbul edildiyindən, mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh MMC-nin faktiki ünvanı ünvan 1sini Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etmişdir. Lakin, Kommersiya hüquqi şəxslərin dövlət reyestri məlumatları üzrə axtarış zamanı Cavabdeh MMC-nin hüquqi ünvanının ünvan 2dilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 3spublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair 2(004)-3283/2021 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar