Məhkəmə qərarları › İş №2(004)-3297/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3297/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3297/2022 18.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Gasan Guseinovun iştirakı ilə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış 07 noyabr 2019-cu il tarixli UNİ-3037 saylı “Daxili lizinq" müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA542142 ban, 0470 mühərrik nömrəli, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı ASC-nə geri qaytarılması, Cavabdeh 07 noyabr 2019-cu il tarixli UNİ-3037 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 may 2022-ci il tarixə 1271.38 manat gecikdirilmiş əsas, 286.88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 208.35 manat dəbbə pulu, ümumilikdə 1766.61 manat borc və ödənilmiş 38.07 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı' ASC ilə X7 arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli UNİ-3037 saylı “Daxili lizinq müqaviləsinə əsasən X5 müvəqqəti sahiblik və istifadəsinə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **- PC-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA542142 ban 0470 mühərrik nömrəli, qara rəngli avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə N°3) əsasən X7 illik 12 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.74 manat, ümumilikdə isə 18708 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür, ödənilməli olan ümumilikdə 18708 manatın 14800 manatı əsas məbləğ təşkil edir. 21 may 2020-ci il tarixdə X2 Tərlan Polad oğlu və “Union lizinq" ASC arasında UNİ-3037 saylı “öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlamış və 07 noyabr 2019-cu il tarixli UNİ-3037 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 18 yanvar 2022-ci il tarixdə 400 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 07 noyabr 2019-cu il tarixli UNİ- 3037 saylı “Daxili lizinq müqaviləsi” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 may 2022-ci il tarixə 1271.38 manat gecikdirilmiş əsas 286.88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 208.35 manat dəbbə pulu, cəmi 1766.61 manat borcu yaranmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 07 noyabr 2019-cu il tarixli UNİ-3037 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, cavabdehdən xx.xx.2019-cu il tarixli UNİ-337 saylı Daxili lizinq müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə eduilməsinə görə xx.xx.2022-ci il tarixə 1579.21 manat gecikdirilmiş əsas, 350.79 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 733.22 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə 2954 manat dəymiş zərər, cəmi 5635.22 manat borc və ödənilmiş 77.16 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Gasan Guseinov iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 07 noyabr 2019-cu il tarixli UNİ-3037 saylı “Daxili lizinq müqaviləsi”nin surətindən müəyyən olunur ki, X1 ilə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **- PC-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA542142 ban 0470 mühərrik nömrəli avtomobil 14.800 manat məbləğinə İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən, lizinq alan lizinq obyektini saz və işlək vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, lizinq təhvil-təslim aktı imzalandığı vaxtdan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. İş materiallarında olan “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 12 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.74 manat, ümumilikdə isə 14.800 manat məbləğində pulu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 21 may 2021-ci il tarixli Cavabdeh, X7 və İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış UNİ-3037 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinin surətindən müəyyən olunur ki, 07 noyabr 2019-cu il tarixli UNİ-3037 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli təhvil-təslim aktının surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı ASC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PC- *** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA542142 ban 0470 mühərrik nömrəli avtomobili X3 təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, 20 iyul 2022-ci il tarixə 1597,21 manat gecikdirilmiş əsas, 350,79 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 733,22 manat dəbbə pulu, cəmi 2681,22 manat borcu vardır. İş materiallarında olan Avtomobilin təhvil verilməsi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, bu avtomobilin 2 nömrəsi yoxdur, texniki pasportu yoxdur, qabağı əzilmiş, bufer-fara və bəzi detallar əzilmiş, iki yan güzgüsü yoxdur, qapısı bağlıdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, işlərin görülməsi və ehtiyat hissələrinin ümumi dəyəri də daxil olmaqla ümumilikdə 2954 manat tələb edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 176 saylı pretenziya məktubunun surətindən müəyyən olunur ki, cavabdehə daxili lizinq müqaviləsinə əsasən yaranmış borcunu dərhal ödəmədiyi təqdirdə, “Daxili lizinq” müqaviləsinin 9-cu bəndinə əsasən müqavilə birtərəfli qaydada ləğv ediləcəyi və yaranmış borcun və lizinq obyektinin məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, olan İddiaçı ASC ilə X7 arasında bağlanılmış 07 noyabr 2019-cu il tarixli UNİ-3037 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA542142 ban 0470 mühərrik nömrəli avtomobil 14800 manat məbləğinə İddiaçı ASC mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 21 may 2021-ci il tarixli “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən 07 noyabr 2019-cu il tarixli UNİ-3037 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdehin 1579.21 manat gecikdirilmiş əsas, 350.79 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 733.22 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə 2954 manat dəymiş zərər, cəmi 5635.22 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır; Həmin Məcəllənin 748.3-cü maddəsinə əsasən lizinq müqaviləsində tərəflərin öhdəliklərinin mübahisəsiz və aşkar pozuntular sayılan və lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar müəyyənləşdirilməli, tərəflər arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır; Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır; Həmin Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Nəhayət, Mülki Məcəllənin 748-10.4-cü maddəsində təsbit edilmişdir ki, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə hesab edir ki, həm mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları, həm də tərəflər arasındakı daxili lizinq müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh bağladığı müqavilə ilə müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmişdir. Belə olan halda isə öhdəliyin lazımınca icra edilməməsinə görə cavabdehin məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə, iddiaçı tərəfindən tələb edilən əsas və faiz (mükafat) borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışını mötəbər sübut kimi qəbul edib hesab edir ki, iddia tələbi əsas və faiz (mükafat) borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, 1597,21 manat manat əsas borc, 350,79 manat mükafat borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən aparılmış ödənişlərin və yaranmış lizinq borcunun məbləğini nəzərə alıb, iddia tələbinin cərimə borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli, 100 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddianın tərəflər arasında bağlanmış UNİ-3037 saylı, xx.xx.2019-cu il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi barədə iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 9.1.4-cü bəndinə əsasən lizinq alan lizinq ödənişlərini bu Məcəllə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb edə bilər. Məhkəmə, iddia tələbinin “vurulmuş maddi zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan iddiaçı lizinq obyektinə 2954 manat məbləğində zərərin vurulduğunu, bu məbləğdə zərərin məhz cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulduğunu, habelə zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizliyi arasında səbəbli əlaqənin olduğunu, cavabdehin təqsirli olduğunu sübut etməli idi. Belə ki, bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə Mülki Məcəllənin 748-7-ci maddəsinə istinadən qeyd edir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə xx.xx.2019-cu il tarixli daxili lizinq müqaviləsi üzrə öhdəliklərin ötürülməsi barədə müqavilə bağlandığı və lizinq obyekti olan avtomobil faktiki olaraq cavabdeh tərəfindən qəbul edildiyi xx.xx.2020-ci il tarixdən iddiaçıya qaytarıldığı tarixədək bu əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti cavabdeh daşımışdır. Avtomobilin təhvil verilməsi barədə xx.xx.2022-ci il tarixli aktda göstərilmişdir ki, bu avtomobilin 2 nömrəsi yoxdur, texniki pasportu yoxdur, qabağı əzilmiş, bufer-fara və bəzi detallar əzilmiş, iki yan güzgüsü yoxdur, qapısı bağlıdır. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən işlərin görülməsi və ehtiyat hissələrinin ümumi dəyəri də daxil olmaqla ümumilikdə 2954 manat tələb edilir. İddiaçı da məhz bu məbləğdə maddi zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etsə də, qeyd edilən qüsurların məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yarandığını sübuta yetirə bilmir. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, UNİ-3037 saylı, xx.xx.2019cu il tarixli “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 1597,21 manat manat əsas borc, 350,79 manat mükafat, 100 manat cərimə olmaqla cəmi 2048 (iki min qırx səkkiz) manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə “ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, cavabdehdən ümumilikdə 2048 (iki min qırx səkkiz) manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan yəni 39,16 manat hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. UNİ-3037 saylı xx.xx.2019-cu il tarixi “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli UNİ-3037 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 1597,21 manat gecikdirilmiş əsas, 350,79 manat mükafat, 100 manat cərimə olmaqla, cəmi 2048 (iki min qırx səkkiz) manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 38 (otuz səkkiz) manatı cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddiada qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar