Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3301/2021 20.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 MTK-nın nümayəndəsi X2 Cavabdeh2 nümayəndəsi X1, Cavabdeh Zolfi Bakhshalinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2, Zolfi Bakhshaliyə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdeh Cavabdeh1 MTK-nın hərəkətinin qanunsuz hesab edilməsi, arayışın verilməsi, mənzillərin dəyişdirilməsinin tanınması və onun rəsmiləşdirilməsi, çıxarışın ləğv edilməsi, protokolun və borcun olmaması barədə arayışın ləğvi” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının kooperativ üzvlüyü və payı barədə arayışın verilməsi vəzifəsinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması, Cavabdeh2 ilə aralarında olan mənzillərin dəyişməsinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı ilə ləğv olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağanmış 21 iyul 2010-cu il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən cəmiyyət ünvan 3ndə inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzili iddiaçıya veməyi öhdəsinə götürüb, iddiaçı həmin mənzilin dəyərini tam şəkildə ödəmiş və cəmiyyət tərəfindən ona maliyyə arayışı verilmişdir. 2020-ci ildə "xxxx" MMC Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qoşulmuşdur. Bundan sonra həmin cəmiyyət ləğv edilmişdir. İddiaçı yaşadığı 384 saylı mənzili 2014-cü ildə Cavabdeh2 məxsus ümumi sahəsi 122 kv metr olan mənzillə dəyişmişdir. İddiaçı 2021-ci ildə alqı-satqı prosesini rəsmiləşdirmək istədiyi zaman müəyyən olunmuşdur ki, Cavabdeh1 MTK iddiaçının mənzilini başqa şəxsin adına keçirmişdir. Hazırda həmin mənzildə iddiaçı, oğlu Əzizov Camal və gəlini X4 yaşayır. Mənzilə görə ödənişlər iddiaçı tərəfindən həyata keçirilmiş və maliyyə arayışı da onun adına verilmişdir. İddiaçı tərəfindən kooperativ üzvlüyü və payı barədə arayışın verilməsi üçün Cavabdeh1 MTK- ya müraciət olunmasına baxmayaraq sonuncu tərəfindən buna münasibət bildirilməmişdir. Qeyd olunan sənədlərin alınması iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsasdır. Cavabdeh1 MTK-nın qanunsuz hərəkətləri nəticəsində iddiaçının konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı 07.06.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının kooperativ üzvlüyü və payını ödəməsi barədə arayışın verilməsi vəzifəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, Cavabdeh1 MTK-nın ünvan 3ndə inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan iki otaqlı 384 saylı mənzili cavabdeh Zolfı Bakhshalinin adma rəsmiləşdirilməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsi və mənzilin iddiaçının adına rəsmiləşdirilməsi, iddiaçıya məxsus ünvan 3ndə inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan iki otaqlı 384 saylı mənzilin Cavabdeh2 məxsus həmin ünvanda yerləşən 385 saylı mənzillə dəyişdirilməsinin tanınması və bu barədə sənədləşmənin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Daha sonra İddiaçı 07.06.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 MTK-nın Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan iki otaqlı 384 saylı mənzilinin cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsi və mənzilin iddiaçının adına rəsmiləşdirilməsi, iddiaçının kooperativ üzvlüyü və payını ödəməsi barədə arayışın verilməsi vəzifəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzilin Cavabdeh2 məxsus həmin ünvanda yerləşən 385 saylı mənzillə dəyişdirilməsinin tanınması və bu barədə sənədləşmənin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, ********* qeydiyyat nömrəli, 17 iyun 2020-ci il tarixli çıxarışın ləğv edilməsi, “Şərur" MTK-nın 12 Mart 2020-ci il tarixli 06 saylı protokolun və həmin tarixli borcun olmamasına dair arayışın ləğv edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, mənzilləri faktiki olaraq Cavabdeh2 oğlu ilə dəyişmişlər. Yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin və həmin mənzilin dəyərinin tam şəkildə ödənilməsi barədə maliyyə arayışının əsli onda yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi X5 iddia ərizəsinə etiraz edərək, izahatında bildirmişdir ki, 2020-ci ildə "xxxx" MMC Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qoşulmuşdur. Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən çoxmənzilli binanın 122 kv metr olan 384 saylı mənzili 09.01.2020-ci il tarixdə Zolfı Bakhshalinin adına rəsmiləşdirmişdir. İddiaçı 26.12.2019-cu il tarixdə 11 saylı notariat ofisində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən ünvan 3ndə inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzilə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 21.07.2010-cu il tarixli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinə uyğun tədbir görməyinizi xahiş etmiş, həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin digər şəxsin adına rəsmiləşdirilməsinə heç bir etirazı olmayacağı və bununla bağlı iddia və tələb irəli sürməyəcəyi” barədə ərizə vermişdir. Şəxslər arasındakı razılıqdan MTKnın xəbəri yoxdur. Cavabdeh X3 mənzillərin dəyişdirilməsini qeyd etsə də, müqavilə əsasında ona verilmiş 385 saylı mənzilə çıxarış almış və mənzilin dəyişdirilməsi ilə bağlı hər hansı bir ərizə verməmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, 384 saylı mənzilə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağladığı müqaviləni pozur, bu səbəblə də 384 saylı mənzili 09.01.2020-ci il tarixdə Zolfı Bakhshalinin adına rəsmiləşdirilmişdir. Cavabdeh Zolfı Bakhshalinin adına 384 saylı mənzilin dəyişdirilməsində Cavabdeh1 MTK tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməmişdir. İddia tələbi əsassızdır və rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirik. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X3, iddia tələbinin təmin olunmasını xahiş etmişdir və əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzildə ailəsi ilə birlikdə yaşayır. Atası ilə iddiaçı arasında razılaşma olub ki, 384 saylı mənzildə onlar, 385 saylı mənzildə isə iddiaçı və ailəsi yaşayacaq, gələcəkdə də evin çıxarışları alınanda bir- birlərinə alqı-satqı ilə satacaqlar. Sonra bildirmişlər ki, həmin mənzildə minimum 5 il yaşamalısan ki alqı-satqı edəndə artıq vergi ödəməyəsən. Onlar da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş, onlardan artıq pul istəmişlər ki mənzillərin dəyişməsi qeydə alaq, onlar da pul verməmişlər. Faktiki olaraq evləri dəyişilmişlər. Lakin, sonradan mənzilə görə narahat olmuş, öz mənzilinə, yəni 385 saylı mənzilə çıxarış almışdır. İddiaçı notariusda mənzilin başqa şəxsin adına dəyişdirilməsi barədə ərizə verən zaman, atası rayonda imiş, həmin vaxt atası ərizə verməmişdir. Lakin mənzilləri 2014-cü ildə faktiki dəyişdirmişlər. Məhkəmə iclasında cavabdeh Zolfi Bakhshalinin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçı tərəfindən verilən iddia tələblərinin heç birinin hüquqi əsası yoxdur. Belə ki, iddiaçı ünvan 3ndə inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzilindən 26 dekabr 2019-cu il tarixli notarial qaydada verilmiş ərizə əsasında imtina etmişdir. Belə ki, sözügedən ərizədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 3ndə inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzilə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 21.07.2010-cu il tarixli müqavilənin pozulması ilə əlaqədar tədbir görülməsini xahiş etmişdir. Həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin digər şəxsin adına rəsmiləşdirilməsinə heç bir etirazı olmadığını və bununla bağlı iddia tələbi irəli sürməyəcəyini bildirmişdir. Belə olan halda iddiaçının həmin mənzilə dair hər hansı tələb irəli sürməkdə iddiaçının subyektiv hüququ belə yoxdur. İddiaçı həmin mənzildən imtina edilməsi barədə ərizə verən zaman ilkin olaraq müqavilə bağlanarkən ona verilən müqavilənin və maliyyə arayışının əslini geri qaytarmışdır. Həmin mənzilə dair müqavilənin və maliyyə arayışının təqdim edilməsinin MTK-nın üzərinə qoyulmasında heç bir hüquqi əsas yoxdur. 384 saylı mənzilin Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi qanunvericiliyin tələbinə tam uyğun olaraq aparılmış və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğvi üçün əsas və həmin çıxarışın ləğvini tələb etmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Mənzillərin dəyişdirilməsi və bununla bağlı sənədləşdirilmənin aparılması ilə bağlı qeyd edir ki, daşınmaz əmlakların dəyişdirilməsi ilə bağlı hər hansı müqavilə iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu tələbi iddiaçı irəli sürə bilməz. Çünki həmin mənzil qanuni əsaslarla Zolfi Bakhshalinin adına rəsmiləşdirilmişdir. Bu səbəbdən iddia tələblərinin tam rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 21.07.2010-cu il tarixli müqavilənin kserosurətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağanmış 21 iyul 2010-cu il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən cəmiyyət ünvan 3ndə inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.03.2012-ci il tarixli müqavilənin kserosurətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağanmış 13.03.2012-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən cəmiyyət ünvan 3ndə inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 122,00 kv.m olan üçotaqlı 385 saylı mənzili Cavabdeh2 verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışın kserosurətindən görünür ki, ünvan 3ndə inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir və MMC-yə borcu yoxdur. İş materiallarında olan maliyyə arayışının kserosurətindən görünür ki, ünvan 3ndə inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.52 kv.m olan üçotaqlı 385 saylı mənzilin pay dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir və MMC-yə borcu yoxdur. İş materiallarında olan İddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 12.04.2021-ci il tarixli ərizənin surətindən görünür ki, onunla “Şərur“ Mənzil Tikinti Kooperativi (MTK) arasında bağlanmış 21 İyul 2010-cu il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 374 saylı 2 otaqlı (81 kv.m) mənzilinə dair kooperativ üzvlüyü və payı barədə arayışının eləcə də aralarında bağlanmış müqavilənin təsdiq edilmiş surəti, etdiyi ödənişlər və pay dəyərinin tam ödənilməsi barədə maliyyə arayışının ona təqdim edilməsini xahiş etmişdir İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış və 11 saylı xüsusi notariat ofisində təsdiq olunmuş 26 dekabr 2019-cu il tarixli **********765 nömrəli ərizənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 3ndə inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzilə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 21.07.2010-cu il tarixli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinə uyğun tədbir görülməsini xahiş etmişdir. Həmin mənzilə dair dair müqavilə pozulduqdan sonra mənzilin digər şəxsin adına rəsmiləşdirilməsinə heç bir etirazı olmadığını və bununla bağlı iddia tələbi irəli sürməyəcəyini bildirmişdir. İş materiallarında olan Cavabdeh1 MTK-nın İddiaçı ünvanladığı 20.04.2021-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 3ndə yerləşən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində olan, ümumi sahəsi 81,0 kv.m., 2 otaqlı, 384 saylı mənzil İddiaçı yazdığı və notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən 09.01.2020-ci il tarixdə Zolfi Bakhshalinin adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna gələn 27.07.2021-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsi. 24B saylı binanın 384 saylı mənzili Zolfi Bakhshalının 385 saylı mənzili Cavabdeh2 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna gələn 27.07.2021-ci il tarixli məktubuna əlavə olunan Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının 06 nömrəli 12 mart 2020-ci il tarixli protokolundan çıxarışından görünür ki, Zolfi Bakhshali Cavabdeh1 MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasının 4-cü giriş, ümumi sahəsi 71.5 kv.m., ev 24B ünvanında yerləşən yaşayış binasında 384 saylı mənzilin verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna gələn 27.07.2021-ci il tarixli məktubuna əlavə olunan 12.03.2020-ci il tarixli arayışdan görünür ki, Zolfi Bakhshali Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasında, ümumi sahəsi 81.0 kv.m., yaşayış sahəsi 42.43 olan, 2 otaqlı, 384 saylı mənzil Zolfi Bakhshaliyə məxsusdur və mənzilin balans dəyəri 24 300,00 manat təşkil edir. Kooperativə mənzil sahibinin heç bir borcu yoxdur. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna gələn 27.07.2021-ci il tarixli məktubuna əlavə olunan AR Əmlak Məslələri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasının 4-cü giriş, ümumi sahəsi 71.5 kv.m., ev 24B, 384 saylı mənzil Zolfi Bakhshalinin adına xüsusi mülkiyyət hüququ ilə tam pay olmaqla 17.06.2020-ci il tarixində **********8 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna gələn 27.07.2021-ci il tarixli məktubuna əlavə olunan Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının 06 nömrəli 24 iyun 2020-ci il tarixli protokolundan çıxarışından görünür ki, Cavabdeh2 Cavabdeh1 MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasının 4-cü giriş, ümumi sahəsi 122.0 kv.m., ev 24B ünvanında yerləşən yaşayış binasında 385 saylı mənzilin verilməsi qərara alınmışdır. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna gələn 27.07.2021-ci il tarixli məktubuna əlavə olunan 24.06.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasında, ümumi sahəsi 122.0 kv.m., yaşayış sahəsi 61.52 olan, 3 otaqlı, 385 saylı mənzil Cavabdeh2 məxsusdur və mənzilin balans dəyəri 36 600,00 manat təşkil edir. Kooperativə mənzil sahibinin heç bir borcu yoxdur. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna gələn 27.07.2021-ci il tarixli məktubuna əlavə olunan AR Əmlak Məslələri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasının 4-cü giriş, ümumi sahəsi 111.3 kv.m., ev 24B, 385 saylı mənzil Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ ilə tam pay olmaqla 21.07.2020-ci il tarixində qeydiyyata alınmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələblərində göstərdiyi dəlillər əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC arasında bağanmış 21 iyul 2010-cu il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən cəmiyyət ünvan 3ndə inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzili İddiaçı verilmişdir. Həmçinin 13.03.2012-ci il tarixli müqavilə ilə "xxxx" MMC arasında bağanmış 13.03.2012-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən cəmiyyət ünvan 3ndə inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.52 kv.m olan üçotaqlı 385 saylı mənzili Cavabdeh2 verilmişdir. Digər tərəfdən məhkəmə mülki işin gedişində müəyyən etmişdir ki, İddiaçı ünvan 3ndə yerləşən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində olan, ümumi sahəsi 81,0 kv.m., 2 otaqlı, 384 saylı mənzildən 26 dekabr 2019-cu il tarixdə yazdığı və notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən digər şəxsin adına imtina edilmiş və 384 saylı həmin mənzil Zolfi Bakhshalinin adına rəsmiləşdirilmişdir. 2020-ci ildə "xxxx" MMC Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qoşulmuşdur. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsi, 24B saylı binanın 384 saylı mənzili Zolfi Bakhshalının, 385 saylı mənzili Cavabdeh2 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən həmçinin məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Məhkəmə ilk növbədə bildirir ki, iddiaçı tərəfindən iddia tələbini əsaslandırdığı sübutlar olan 21 iyul 2010-cu il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin və maliyyə arayışının kserosurəti təqdim edilmiş, həmin müqavilə və arayışın iddiaçıda olmadığı bildirilmişdir. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İddiaçının iddia tələbləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələblərindən biri Cavabdeh1 MTK-nın Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan iki otaqlı 384 saylı mənzilinin cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsi və mənzilin iddiaçının adına rəsmiləşdirilməsidir. Bununla bağlı məhkəmə bildirir ki, 384 saylı mənzilin cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətində hər hansı qanunsuzluq məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Belə ki, iddiaçı sözügedən mənzildən digər şəxsin adına notarial qaydada imtina etmiş, həmin mənzilə dair hər hansı tələbinin olmayacağını qeyd etmiş, digər şəxs olaraq məhkəmə iclasında Cavabdeh2 olduğunu bildirsə də, bununla bağlı dəqiq iradə ifadəsini həmin ərizədə göstərməmişdir və mənzil digər şəxs cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilmiş, onun adına həmin mənzilə dair çıxarış verilmiş və həmin mənzil hal-hazırda Zolfi Bakhshalinin mülkiyyətindədir. Belə olan halda, məhkəmə həmin mənzilin cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətinin qanunsuzluğu, ********* qeydiyyat nömrəli, 17 iyun 2020-ci il tarixli çıxarışın ləğv edilməsi, “Şərur" MTK-nın 12 Mart 2020-ci il tarixli 06 saylı protokolun və həmin tarixli borcun olmamasına dair arayışın ləğv edilməsi barədə iddia tələblərini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin də mülkiyyətin toxunulmaz olmaqla, dövlət tərəfindən müdafiə olunmasına və heç kəsin məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməməsinə dair Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarını, eləcə də, bununla bağlı digər qanunvericilik normalarını da rəhbər tutur. Belə ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarında əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (“İnsan hüquqları haqqında bəyannamə”nin 17-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında ” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.) Məhkəmə, iddiaçının “iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzilin Cavabdeh2 məxsus həmin ünvanda yerləşən 385 saylı mənzillə dəyişdirilməsinin tanınması və bu barədə sənədləşmənin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” barədə iddia tələbləri ilə bağlı qeyd edir ki, sözügədən hissədə də iddia tələbinin hüquqi əsası olmadığından rədd edilməlidir. Belə ki, halhazırda 385 saylı mənzil Cavabdeh2 mülkiyyətində, 384 saylı mənzil isə cavabdeh Zolfi Bakhshalinin mülkiyyətindədir. Qanunvericiliyin tələbinə uyğun olaraq daşınmaz əmlakın dəyişdirilməsi notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Eyni zamanda, iddiaçı 26 dekabr 2019-cu il tarixdə həmin mənzilə dair müqavilənin pozulması ilə bağlı ərizə verdiyindən, hal-hazırda onun mülkiyyətində olmayan mənzilin digər mənzillə dəyişdirilməsinin tanınması və rəsmiləşdirilməsi barədə iddia tələbinin də hüquqi əsası yoxdur. İddiaçının kooperativ üzvlüyü və payını ödəməsi barədə arayışın verilməsi vəzifəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ilə müqavilə bağlanan zaman kooperativ üzvlüyü və payını ödəməsi barədə arayış təqdim edilmişdir, iddiaçı bunu məhkəmə iclasında verdiyi izahatında da bildirmişdir. Hal-hazırda iddiaçının vəzifəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması tələbinin hüquqi əsası və bununla bağlı iddiaçının subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən, Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 393-cü maddəsinə əsasən, Tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək, iddiaçının cavabdehlərə qarşı Cavabdeh1 MTK-nın Bakı şəhəri Yasamal rayonu, Əsəd Ohmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan iki otaqlı 384 saylı mənzilinin cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsi və mənzilin iddiaçının adına rəsmiləşdirilməsi, iddiaçının kooperativ üzvlüyü və payını ödəməsi barədə arayışın verilməsi vəzifəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzilin Cavabdeh2 məxsus həmin ünvanda yerləşən 385 saylı mənzillə dəyişdirilməsinin tanınması və bu barədə sənədləşmənin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, ********* qeydiyyat nömrəli, 17 iyun 2020-ci il tarixli çıxarışın ləğv edilməsi, “Şərur" MTK-nın 12 Mart 2020-ci il tarixli 06 saylı protokolun və həmin tarixli borcun olmamasına dair arayışın ləğv edilməsi barədə iddia tələblərinin hüquqi əsası olmadığından təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh1 MTK-nın Bakı şəhəri Yasamal rayonu, Əsəd Ohmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan iki otaqlı 384 saylı mənzilinin cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsi və mənzilin iddiaçının adına rəsmiləşdirilməsi, iddiaçının kooperativ üzvlüyü və payını ödəməsi barədə arayışın verilməsi vəzifəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzilin Cavabdeh2 məxsus həmin ünvanda yerləşən 385 saylı mənzillə dəyişdirilməsinin tanınması və bu barədə sənədləşmənin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, ********* qeydiyyat nömrəli, 17 iyun 2020-ci il tarixli çıxarışın ləğv edilməsi, “Şərur" MTK-nın 12 Mart 2020-ci il tarixli 06 saylı protokolun və həmin tarixli borcun olmamasına dair arayışın ləğv edilməsi barədə iddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3301/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3301/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver