Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3310/2022 27.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Ağdaş Rayon Notariat Ofisi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi maraqlı şəxslər qismində cəlb edilməklə “hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması” faktına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə Ağdaş rayonunun Yuxarı Qəsil kəndində yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsinin X6 adına verilməsinə dair şəhadətnamənin 28 noyabr 2020-ci il tarixdə Ağdaş rayonunda vəfat etmiş X9 məxsus olması faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-cı il tarixli qərarı ilə Ağdaş rayonu Yuxarı Qəsil kəndində 0.18 hektar həyətyanı torpaq sahəsi mərhum nənəsinin bacısı X7 mülkiyyətinə verilmişdir. Bu barədə adına 19 may 2006-cı il 4 885 nömrə ilə kitabda qeydə alınmış İN-108A, kod 90308005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Həmin şəhadətnamədə texniki səhvə yol verilərək mərhum nənəsinin bacısı X1 "Umarova”, adı isə “Əliyyə” kimi qeyd edilmişdir. Halbuki mərhumun soyadı “Omarova” adı isə “Əmilə” olmuşdur. Bunlar ərizəyə əlavə etdiyi vəsiyyətnamə və ölüm haqqında şəhadətnamə ilə də tam təsdiq olunur. Nənəsi in bacısı X11 08 dekabr 2005-ci il tarixdə Ağdaş rayon Notariat Ofisində (keçmiş Maraqlı şəxs1) reyestrdə 2V-01-83 nömrə ilə qeydi alınaraq rəsmiləşdirilmiş vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan Ağdaş rayonu Yuxarı Qəsil kəndində yerləşən bir otaqlı yaşayış evini və bütün əmlakını ərizəçi, yəni Ərizəçi vəsiyyət etmişdir. Nənəsinin bacısı X11 28 noyabr 2020-ci il tarixdə Ağdaş rayonunda vəfat etmişdir. X2 ölümündən sonra vərəsəliyin açılması ilə əlaqədar tələb olunan sənədləri maraqlı şəxs (orqan) Ağdaş rayon notariat ofisinə təqdim etmişdir. X9 məxsus yaşayış evi maraqlı orqan DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində mülkiyyət hüququ əsasında onun adına qeydə alınmadığına görə tələb olunan sənədləri həmin orqana təqdim etmişdir. Maraqlı orqan DƏDRX-nin 17 saylı Yevlax Ərazi idarəsi **********28 saylı 29 iyun 2021-ci il tarixli məktubu ilə şəhadətnamədə düzəlişin aparılmasının İdarənin səlahiyyətlərinə aid olmadığını bildirmişdir. Maraqlı orqan Ağdaş rayon Notariat ofisi tərəfindən verilmiş 230 savlı 21 aprel 2022-ci il tarixli məkluba əsasan də maraqlı orqan DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsidə sözügedən şəhadətnamədə düzəliş aparılması mümkün olmamışdır. Ona görə də o, X2 ölümündən sonra ondan Ağdaş rayonu Yuxan Qəsil kəndində miras qalmış 0.18 hektar həyətyanı torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini vəsiyyətnamə üzrə qəbul edərək bu barədə adına vərəsəlik haqqında şəhadətnamə, həmin şəhadətnaməyə əsasən isə həmin həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini maraqlı orqan DƏDRX-ııin 17 savlı Yevlax Ərazi İdarəsində tam mülkiyyət hüququ əsasında adına qeydə aldıra bilmir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ərizədə yazılanlarla oxşar məzmunlu izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər maraqlı şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İİ 121491 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 28 noyabr 2020-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 696 saylı akt qeydi tərtib edilmişdir. Ağdaş rayon notariat ofisinin notariusu Ayaz Salehovun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə ünvanlanmış məktubunda göstərilmişdir ki, ünvan 1 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vəsiyyət üzrə vərəsəsi Ərizəçi ərizə ilə notariat ofisinə müraciət edərək, Ə.Omarovadan miras qalmış Ağdaş rayonunda yerləşən fərdi yaşayış evi və torpaq sahəsini vərəsəlik qaydasında rəsmiləşdirmək istədiyini, lakin əmlakın mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı sənəd təqdim edə bilmədiyini bildirmiş, köməklik göstərilməsini xahiş etmişdir. Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətində olan və Ərizəçi təqdim etdiyi sənədlərə əsasən Ə.Omarovanın ğlümünədək daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydə alınması üçün əsas olmasına baxmayaraq hansı səbəbdən qeydiyyata alınmaması və hüquqların qeydə alınması çıxarışın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin Ərizəçi qızının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış 29 iyun 2021-ci il tarixli **********29 saylı məktubundan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış “Torpağın mülkiyyətə verilməsinə dair JN-108A saylı şəhadətnamə”də Ağdaş rayonunun Yuxarı Qəsil kəndində yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsinin X6 tam mülkiyyətinə verilmişdir. Lakin təqdim edilən ölüm haqqında şəhadətnamədə və Ağdaş rayon İHB-nin Qəsil kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə tərəfindən verilən arayışda mərhumun adı X5 öz əksini tapmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. JN 108A saylı, Kodu 90308005 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 saylı qərarı ilə verilmiş və fərdi yaşayış evi, həyətyanı sahə və s. təyinatlı 0,18 hektar torpaq sahəsinin mülkiyyətçisi “X10” göstərilmişdir. 08 dekabr 2005-ci il tarixli vəsiyyətnamədən görünür ki, Ağdaş rayonunun Yuxarı Qəsil kəndində yaşayan X3 rayonu Yuxarı Qəsil kəndində yerləşən bir otaqlı yaşayış evini və bütün əmlakını Ağdaş rayonu Yuxarı Qəsil kəndində yaşayan Ərizəçi vəsiyyət etmişdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qəsil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 47 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, mərhumə X7 adına verilmiş JN 108A saylı, Kodu 90308005 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhvə yol verilərək, X7 əvəzinə X10 gösətilmişdir. Hər ikisi eyni şəxslərdir. Nəzərə alınmasın xahiş edilir. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş şəxsin fərdi uçot kartoçkasından görünür ki, X11 xx.xx.1931-ci il tarixdə Ağdaş rayonu Qəsil kəndində anadan olmuşdur. "xxxx" MMC-nin 03/22 saylı 26 aprel 2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri Yasamal rayonu Zərdabi 3166-cı məhəllədə inşa edilmiş1 saylı yaşayış binasının 129 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 ifadəsində göstərmişdir ki, ərizəçinin atasıdır, X18 onun doğma xalasıdır. Kənd sovetliyində torpaq bölgüsü zamanı xalasına şəhadətnamə verilən zaman adı səhv yazılmışdır. Evli olub, ancaq yoldaşı ölmüşdür. Uşağı olmamışdır. Xalası ölməmiş əmlakını oğluna vəsiyyət etmişdir. Onun adı Əmilə, soyadı Omarovadır. Mərhumun bacısı, yəni onun anası X4r. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X15 ifadəsində göstərmişdir ki, ərizəçi onun bibisi nəvəsidir. Omarova Əmilə isə onun bibisidir. İki bacı idilər. Əmilə Omarova keçən ilin noyabrında rəhmətə getmişdir. Bibisinin adına torpaq olub, torpağı Ərizəçi vəsiyyət etmişdir. Bibisinin bir bacısı bir qardaşı olub. Hər birinin evləri olduğu üçün evi Cavidin adına keçirilməsini məsləhət bilmişlər. Həm də kənddə bibisinə Cavid və onun ailəsi baxmışdır. Göründüyü kimi, ərizəçinin mərhum qohumunun (nənəsinin bacısı) JN 108A saylı, Kodu 90308005 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən adı və soyadı ona aid digər sənədlərdəki ad və soyadı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçi müvafiq dövlət qurumuna sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) əmlaka dair dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanmasını xahiş etsə də, dövlət qurumu tərəfindən imtina cavabı almışdır. Həmin sənəddə X11 əvəzinə X10 mülkiyyətçi kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri hüquq müəyyənedici sənəd kimi tanınmışdır. Məhkəmə işin hallarını, tədiq edilmiş sübutlar əsasında o qənaətə gəlir ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 saylı qərarı ilə “X9 fərdi yaşayış evi, həyətyanı sahə və s. təyinatlı 0,18 hektar torpaq sahəsi ayrılmışdır. Həmin qərarın əsasında Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmiş, həmin şəhadətnamədə X7 adı və soyadı, səhvən “Əliyyə Umarova” kimi qeyd olunmuşdur. Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hüquq müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin dəyişdirilməsi mümkün olmamışdır. Belə ki, müvafiq inzibati orqan düzəliş etməkdən imtina etmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin qohumu X7 adının “Əliyyə” deyil, “Əmilə” olması, soyadının “Umarova” deyil “Omarova” olması iş materiallarında olan digər sənədlərlə sübuta yetirildi. Bu halda ərizəçinin ərizəsi əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq və sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 saylı qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-108A, KOD 90308005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin X9 məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 saylı qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-108A, KOD 90308005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3310/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3310/2022
27.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver