Məhkəmə qərarları › İş №2(004)-3315/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3315/2022

14.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3315/2022 14.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” JN-154 nömrəli aktda, torpağın tam mülkiyyətçisi kimi qeyd edilən, “Bəymirzə” ata adının “Abasmirzə” ata adı olması, aktda X5, X1 oxunması, “Torpağa mülkiyyət hüququna dair” JN-154 nömrəli aktın X6 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Torpağın Mülkiyyət hüququna Dair” JN-154 nömrəli Akt”ın X6 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli, 31 nömrəli qərarı ilə 0.42 ha torpaq sahəsi, “Torpağın Mülkiyyət hüququna Dair” JN-154 nömrəli Akta əsasən X3 tam mülkiyyətinə verilmişdir. X12 xx.xx.2002-ci il tarixdə vəfat etmiş və onun ölümü ilə əlaqədar Siyəzən rayon Dövlət Notariat Ofisində vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar mərhumun adına olan əmlaka dair çıxarış vəsiqəsinin verilməsindən ötrü Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə müraciət edilmiş və müəyyən olunmuşdur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-154 nömrəli Aktda torpağın tam mülkiyyətçisi X3 ata adı yalnış, yəni ata adı onun şəxsiyyət vəsiqəsində olan adı ilə üst-üstə düşmür və səhv qeyd edilmişdir. Qeyd edilən səbəblərə görə “Torpağa mülkiyyət hüququna dair” JN-154 nömrəli aktda miras qoyanın ata adının yalnış qeyd edildiyinə görə hal-hazırda ərizəçi vərəsəlik, o cümlədən mülkiyyət hüquqularını həyata keçirə bilmir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat vermiş və məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X13 1912-сi ildə anadan olmuşdur. İş materiallarında 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli 05/-897/69 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, X21 xx.xx.1955-ci il tarixdə anadan olmuş və bu barədə Şabran rayon Zarat icra nümayəndəliyində 21 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. X11, anası X9r. İş materiallarında şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Ərizəçi xx.xx.1955ci il tarixdə il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-İ 577606 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X10 xx.xx.2002-сi ildə Siyəzən rayonunda ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci ildə 67 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx.xx.20220-ci il tarixli məktubundan müəyyən edilir ki, Ərizəçi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-154 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət akt”-da mərhum X2 ata adında yol verilmiş yanlışlığın aradan qaldırılmasına köməklik göstərilməsi barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmış və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Siyəzən rayon Dövlət Notariat ofisinin xx.xx.2022-ci il tarixli 25 nömrəli məktubunun surətindən görünür ki, vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar xx.xx.2002-ci il tarixdə vəfat etmiş X4 adından xx.xx.2012-ci il tarixdə 8V-622 reyestr nömrəli iş açılmışdır. Mərhumun adına hər hansı əmlakın olub-olmadığına dair məlumat verilməsi, varsa da həmin əmlaka dair Çıxarışın vərəsəsi- Ərizəçi verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsindən xahiş edilmişdir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-154 nömrəli dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 31 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0,42 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Siyəzən rayonu Zarat kənd sakini X7 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.3-cü bəndində göstərilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatı və təqdim edilmiş rəsmi sənədlərlə - Siyəzən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 31 nömrəli qərarına əsasən 0,42 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair “Torpağa mülkiyyət hüququna dair” JN-154 nömrəli Dövlət aktının X8 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktlar müəyyən edilir. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və sənədin X8 məxsus olmasını başqa qaydada əldə edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-154 nömrəli Dövlət aktının X8 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar