Məhkəmə qərarları › İş №2(004)-3323/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3323/2020

04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3323/2020 04.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-ninCavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMCCavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1536 manat ödənilməmiş hissə, 460 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 936 manat ödənilməmiş hissə, 214 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 827 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 4226 və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 4256 manat məbləğində pulun Cavabdeh tutularaq “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehin xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələr üzrə 4226 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və borcunu ödəməmişdir. Cavabdehin ümumilikdə ödədiyi məbləğ 948 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki,iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 00313523 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən “xxxxxxxxxxx” MMC tərəfindən Samsung Galaxy J2 markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 00313562 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxxxxxxxxx” MMC tərəfindən Adona Mobilya-Nado markalı künc divan mebel Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 00265980 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxxxxxxxxx” MMC tərəfindən İMEİ kod **********49326 Samsung J2 markalı telefon və Midea markalı soyuducu Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 00313523 nömrəli ödəniş cədvəlinə əsasən, ilkin ödəniş də daxil olmaqla müqavilənin ümumi dəyəri 1559 manat təşkil edir və aylıq 128 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 00313562 nömrəli ödəniş cədvəlinə əsasən, ilkin ödəniş də daxil olmaqla müqavilənin ümumi dəyəri 1560 manat təşkil edir və aylıq 65 manat olmaqla 24 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 00265980 nömrəli ödəniş cədvəlinə əsasən, ilkin ödəniş də daxil olmaqla müqavilənin ümumi dəyəri 1128 manat təşkil edir və aylıq 94 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh xx.xx.2020-ci il tarixli, 00313523 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 1536 manat ödənilməmiş hissə, 460 manat cərimə borcu olmaqla, ümumilikdə 1996 manat, xx.xx.2018-ci il tarixli, 00313562 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 936 manat ödənilməmiş hissə, 214 manat cərimə borcu olmaqla, ümumilikdə 1150 manat, xx.xx.2018-ci il tarixli, 00265980 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 827 manat ödənilməmiş hissə, 253 manat cərimə borcu olmaqla, ümumilikdə 1080 manat olmaqla cəmi 4226 manat məbləğində borcu vardır. AzərbaycanRespublikasıMülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, ümumilikdə yəni 140 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “xxxxxxxxxxx” MMC-nin xeyrinə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1536 manat əsas borc, 80 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 936 manat əsas borc, 40 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 827 manat əsas borc, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 3439 (üç min dörd yüz otuz doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1536 manat əsas borc, 80 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 936 manat əsas borc, 40 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 827 manat əsas borc, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 3439 (üç min dörd yüz otuz doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar