Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3328/2021 07.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh X3 nümayəndəsi (əri) X7 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı Notariat Ofisinə, X18 və X4 qarşı “ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisinə və mübahisə predimeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X18 və X4 qarşı “ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 27.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X25 və X5 arasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair 31.05.2018-ci il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər X25 və X5 arasında Bakı şəhəri Yasamal rayonu Rahib Tağıyev küçəsi 28 nömrəli fərdi yaşayış evinə dair 31.05.2018-ci il tarixdə Bakı şəhəri 19 saylı Notariat Ofisində bağlanmış ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qtnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı 11.10.2008-ci ildə X26 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur, birgə nikahdan 10.08.2009-cu il təvəllüdlü Təranə və 26.06.2014-cü il təvəllüdlü Həsən adlı iki uşaqları doğulmuşdur. İddiaçı 2013-cü ildə ailəsi ilə birlikdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamağa başlamış və yaşayış yeri üzrə həmin evə qeydiyyata alınmışdır. Bir həyətdə iki ev inşa edilmişdir, bir üç mərtəbəli, digəri isə iki otaqlı olmaqla iddiaçının yaşadığı evdən ibarət olmuşdur. İddiaçının əri ilə münasibətləri pisləşmiş və aralarındakı nikah 24.07.2019-cu ildə pozulmuşdur. İddiaçının yaşadığı ev özbaşına tikili olmaqla, sənədləri yoxdur. Bu səbəbdən yaşadıqları evi ilkin müqavilə əsasında satılmasına razılaşmışdır. Yaşadıqları ev iddiaçının qaynı X15 adına olmuşdur. Aralarındakı razılışmaya əsasən ev satıldıqdan sonra iddiaçıya pul verilməli idi və iddiaçı həmin vəsaitə öznə başqa yerdə ev almalı idi. Bu niyyətlə İddiaçı 12.05.2018-ci il tarixdə Bakı şəhəri 37 saylı Notariat Ofisində təsdiq edilmiş ərizə verərək, yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin satılmasına razılıq vermişdir. Sonradan ona pul verilməyəcəyindən ehtiyat edərək, 31.05.2018-ci il tarixdə saat 09:57-də ərizə ilə Bakı şəhəri 37 saylı Notariat Ofisinə müraciət edərək, 12.05.2018-ci il tarixdə verdiyi razılıq ərizəsini ləğv etmişdir. Buna baxmayaraq X25 və X5 arasında Bakı şəhəri Yasamal rayonu Rahib Tağıyev küçəsi 28 nömrəli fərdi yaşayış evinə dair 31.05.2018-ci il tarixdə saat 17:31-də Bakı şəhəri 19 saylı Notariat Ofisində ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Hesab edir ki, alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçının razılıq ərizəsi ləğv edildiyinə görə, notarius müqaviləni təsdiq edə bilməzdi. İddiaçıya evin satılmasından əldə olunmuş vəsaitdən pul verilməmişdir. İkinci dəfə yenə 19.11.2018-ci ildə iddiaçı mənzilin satılmasına yenidən razılıq vermişdir. Lakin ona yenidən pul verilmədiyinə görə həmin ərizəni də 21.10.2020-ci ildə ləğv etdirmişdir. Bakı şəhəri 19 saylı Notariat Ofisinin notariusu 05.06.2021-ci il tarixli məktubunda mübahisəli evə görə X15 atası tərəfindən iddiaçıya 10.000 manat kompensasiya ödənildiyini qeyd etsə də, pulun verilməsinə dair məhkəməyə hər hansı bir sənəd verməmişdir. Hesab edir ki, müqavilənin bağlanması zamanı iddiaçının razılığı alınmadığına görə, müqavilə etibarsız sayılmalıdır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh X3 nümayəndəsi (əri) X19 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, X5 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini X12 90.000 manata satın almışdır. Ev özbaşına tikili olduğuna və heç bir sənədi olmadığına görə Həsən Həsənovla aralarında olan razılaşmaya əsasən həmin evdə olan şəxslərin yazılı razığı əsasında evi təsiq edilmiş layihəyə uyğun olaraq almaqla, ilkin alqı-satqı müqaviləsi bağlamağa razılaşmışlar. İddiaçı da 12.05.2018-ci il tarixdə Bakı şəhəri 37 saylı Notariat Ofisində təsdiq edilmiş ərizə verərək, yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin X21 tərəfindən satılmasına razılıq vermişdir. Bundan sonra Bakı şəhəri 19 saylı Notariat Ofisində bağlanmış 31.05.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Ticarət Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialının eskiz layihəsinə əsasən X15 adına olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli A tikilisi ümumi sahəsi 91.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evini, 3 mərtəbəli A tikilisi ümumi sahəsi 107,5 kv.m olan 3 otaqlı fərdi yaşayış evini, C tikilisi ümumi sahəsi 4,5 kv.m olan hamamı və C tikilisi hamam ümumi sahəsi 5.7 kv.m olan hissələrini X2na 90.000 manata satmışdır. X5 alıcı kimi öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və 90.000 manat pulu satıcıya ödəmişdir. X3 İddiaçı 12.05.2018-ci il tarixdə Bakı şəhəri 37 saylı Notariat Ofisində təsdiq edilmiş razılıq ərizəsini 31.05.2018-ci il tarixdə ləğv etdirməsindən məlumatı və xəbəri olmamışdır. X15 bildirdiyinə görə evin satışından əldə olunmuş 90.000 manat vəsaitin 30.000 manatını X25 özünə götürmüş, 30.000 manatını atası Həsən Həsənova, 30.000 manatını isə İddiaçı vermişdir. İddiaçı isə Xırdalan şəhərində 28-c məhəllədə 4 nömrəli binada 14.000 manat ilkin ödəniş etməklə özünə 46 kv.m-dən ibarət mənzil almışdır. Bundan əlavə İddiaçı ilə ailə üzvləri arasında məhkəmə mübahisəsi olmuş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddiası rədd edilmişdir. Həmçinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15.11.2020-ci il tarixli qərardadı ilə İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddia tələbindən imtinası qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bütün bunlar iddiaçıya mənzilin satılması zamanı pul verildiyini təsdiq edir. İddiaçı hazırkı iddianı qaldırmaqla əlavə vəsait əldə etmək niyyətini güdür. Nərmin Hüseynzadə və iki övladı - 17 yaşlı Leyla və 11 yaşlı Ləman göstərilən ünvandakı evdə qeydiyyatdadır. Müqavilə bağlandıqdan sonra ev Nərminə Hüseynzadəyə təhvil verilmişdir. Nərminə Hüseynzadə evin təmirinə 25.000 manat pul xərcləmişdir. İddiaçı göstərilən ünvandakı evdə yaşamır, iki dəfə həmin evin satışına notarial qaydada razılıq vermişdir, evin satıcısı X25 isə bu ünvanda qeydiyyatda olanların, o cümlədən, X8 bir ay müddətində qeydiyyatdan çıxaracağı haqqında notarial qaydada öhdəlik götürmüşdür. Şübhəsiz ki, bu öhdəlik iddiaçının evin satışına və bu ünvandan qeydiyyatdan çıxacağına razılıq verməsi nəticəsində olmuşdur. Bundan başqa, İddiaçı əvvəlki (2018-ci ildəki) iddiası üzrə Yasamal rayon məhkəməsində işə baxılarkən 30.000 manat pulu həmin işdə cavabdehlər olmuş X16 və X9 almışdır, bunun müqabilində məhkəməyə iddiadan imtina etdiyinə və mülki iş üzrə icraata xitam verilməsinə dair ərizə vermişdir. İddiaçı üçün Xırdalan şəhərində 28-ci küçədə yerləşən 4 saylı evdə tikintisi başa çatmaq üzrə olan binada ilkin ödəniş kimi 14000 manat civarında məbləğ ödənilməklə sahəsi 46 kv.metr olan mənzil də alınıb. Mənzil alınarkən MMC-nin direktorunun təklifi ilə iddiaçının anası dövlət qulluğunda işlədiyi üçün alqı-satqı müqaviləsi anası X6 adına bağlanmışdır. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Cavabdeh X18 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, həmçinin “AZEMİS” vasitəsilə SMS bildirişləri göndərilsə də, cavabdeh X25 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisinin notariusu isə ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5, 185.6-cı maddələrinin tələbinə uyğun olaraq cavabdehlər X15 və Bakı şəhəri 19 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri 19 saylı Notariat Ofisində bağlanmış 31.05.2018-ci il tarixdə saat 17:31də 3M-332 reyestr nömrəsi ilə təsdiq edilmiş satıcı X25 ilə X2 arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən satıcı X25 Ticarət Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialının eskiz layihəsinə əsasən öz adına olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli A tikilisi ümumi sahəsi 91.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evini, 3 mərtəbəli A tikilisi ümumi sahəsi 107,5 kv.m olan 3 otaqlı fərdi yaşayış evini, C tikilisi ümumi sahəsi 4,5 kv.m olan hamamı və C tikilisi hamam ümumi sahəsi 5.7 kv.m olan hissələrini X2na 90.000 manata satmışdır. X2 evin alınması üçün 90.000 manat pulu satıcı X18 ödəmişdir. İddiaçı Bakı şəhəri 37 saylı Notariat Ofisində təsdiq edilmiş 12.05.2018-ci il tarixli 7E-2124 reyestr nömrəli ərizə ilə notariat kontoruna müraciət edərək, X17 məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı 31.05.2018-ci il tarixdə ərizə ilə Bakı şəhəri 37 saylı Notariat Ofisinə müraciət edərək bildirmişdir ki, 12.05.2018-ci il tarixli 7E-2124 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən mənzilin satılmasına razılıq ərizəsi vermişdir. Hazırda həmin ərizəsini ləğv etmək qərarına gəlmişdir və ərizənin ləğv edilməsini xahiş etmişdir. Yazdığı ərizəni itirdiyi üçün notariusa təqdim edə bilmədiyini bildirmişdir. İddiaçı ərizəsi 31.05.2018-ci il tarixdə saat 09:57-də 7E-2297 reyestr nömrəsi ilə təsdiq edilmişdir. İddiaçı Bakı şəhəri 19 saylı Notariat Ofisində təsdiq edilmiş 19.11.2018-ci il tarixli 8İ-2927 reyestr nömrəli ərizə ilə notariat kontoruna müraciət edərək, qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etmədiyini bildirmişdir. Bakı şəhəri 19 saylı Notariat Ofisinin notariusu H.H.Hacızadə 05.06.2021-ci il tarixli 458 nömrəli məktubla məhkəməyə məlumat verərək bildirmişdir ki, 19.11.2018-ci il tarixdə tərəflər öz aralarında razılığı gəlmişlər, İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə görə notarius H.Hacızadənin iştirakı ilə satıcı X15 atası Həsən Həsənov İddiaçı 10.000 manat kompensasiya ödəmişdir. Həmin kompensasiya müqabilində İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin satılmasına dair 19.11.2018-ci il tarixli 8İ-2927 reyestr nömrəli razılıq ərizəsini imzalamışdır, notarius həmin ərizəni təsdiq etmişdir. Daha sonra İddiaçı 21.10.2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri 19 saylı Notariat Ofisinə müraciət edərək, evin satılmasına dair 19.11.2018-ci il tarixli 8İ-2927 reyestr nömrəli ərizəsini ləğv etdirmişdir. “Elektron notariat” informasiya sistemindən çıxarılaraq razılıq ərizələri məktuba əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 46-cı bəndinə əsasən notarius daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən, əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququnu və layihəsi notarius tərəfindən hazırlanmadığı halda, müqavilənin qanunauyğunluğunu yoxlayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1292-ci maddəsinə uyğun olaraq mirasın öz aralarında bölüşdürülməsi məqsədi ilə miras şəriklərinin paylarına dair sərəncam verməsi barədə müqavilələr notarius tərəfindən təsdiqlənməlidir. Təlimatın 47-ci bəndinə əsasən qeydiyyatdan keçməli olan əmlaka sərəncam verilməsi haqqında müqavilələri təsdiq edərkən, notarius əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı, tikintisi başa çatdırılmamış daşınmaz əmlaka münasibətdə isə tikili üzərində mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayışı tələb edir və əmlakın özgəninkiləşdirilməsi müqavilələri üzrə həmin sənədlərin əslini, digər hallarda isə surətini notariat işinə əlavə edir. “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlak üzərində sərəncam verildiyi hallarda, çıxarış notarius tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən “Elektron notariat” informasiya sistemi vasitəsilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq real vaxt rejimində əldə edilir. Təlimatın 47-1-ci bəndinəs əsasən fiziki şəxsin özgəninkiləşdirilən yaşayış yeri üzrə qeydiyyatda olması müddəti “Elektron notariat” və “Giriş-çıxış və qeydiyyat” avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə əldə edilmiş məlumat əsasında mülkiyyət hüququnun əldə edilməsi müddətindən asılı olmayaraq müəyyən edilir. Təlimatın 48-ci bəndinə əsasən daşınmaz əmlak (o cümlədən, tikintisi başa çatdırılmamış daşınmaz əmlak) obyektlərinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq olunarkən, notarius daşınmaz əmlaka sərəncam verənin və ya onun nümayəndəsinin (vəkil edilmiş şəxsin) ərizəsi və daşınmaz əmlak obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı, habelə “Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və X28”nə daxil olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin məqsədləri üçün tələb olunan məlumatları (kənd təsərrüfatı təyinatlı torpaqların keyfiyyət qrupları, şərti ballar) “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Ərizədə arayışın daşınmaz əmlakın sərəncam verilməsinə dair notariat hərəkətinin aparılması məqsədi ilə əldə edilməsi göstərilməli və müraciət edən şəxsin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilməlidir. Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış mülkiyyətçi və ya onun nümayəndəsi tərəfindən təqdim edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin on bir aya qədər icarəyə və ya istifadəyə verilməsi ilə bağlı müqavilə notarius tərəfindən “Elektron notariat” informasiya sistemi vasitəsilə həmin torpaq sahəsinə dair qüvvədə olan müqavilə müəyyən edilmədiyi halda təsdiq edilir (müqavilədə torpaq sahəsini icarəyə və ya istifadəyə verənin icarəçiyə və ya istifadəçiyə üçüncü şəxslərin hüquqlarından və ya hər hansı məhdudiyyətdən azad torpaq sahəsini verməsi qeyd edilməlidir) Təlimatın 49-cu bəndinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Göründüyü kimi, təlimatda yalnız daşınmaz əmlak üzərində mülkiyyət hüququnun olmasını təsdiq edən sənədlər olduqda, daşınmaz əmlakın rəsmi alqı-satqısı mümkündür və bu zaman qeydiyyatda olan şəxslərin razılıq ərizəsinin alınması nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada təsdiq edilir ki, İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir, həmin evin yerləşdiyi torpaq sahəsi də mülkiyyət kimi qeydiyyata alınmamış, evin tikintisi üçün müvafiq torpaq sahəsinin ayrılması və evin tikintisinə icazə verilməsinə dair səlahiyyətli dövlət orqanın müvafiq qərarı, sərəncamı və ya digər sənədi mövcud deyildir. Bu səbəbdən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin (özbaşına tikilinin) satılmasına dair İddiaçı rəsmi razılıq ərizəsinin verilməsini qanunverici tələb etmir. Çünki, həmin evin üzərində İddiaçı və digər şəxslərin hər hansı bir istifadə, sahiblik və sərəncam hüququ olmamışdır. Odur ki, İddiaçı razılıq ərizəsinin mövcud olmaması, X25 ilə X5 arasında Bakı şəhəri 19 saylı Notariat Ofisində bağlanmış 31.05.2018-ci il tarixli ilkin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas deyildir. Bakı şəhəri 19 saylı Notariat Ofisində bağlanmış 31.05.2018-ci il tarixli 3M-332 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli A tikilisi ümumi sahəsi 91.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evini, 3 mərtəbəli A tikilisi ümumi sahəsi 107,5 kv.m olan 3 otaqlı fərdi yaşayış evini, C tikilisi ümumi sahəsi 4,5 kv.m olan hamamı və C tikilisi hamam ümumi sahəsi 5.7 kv.m olan hissələri üzərində alıcı X1 və istifadə hüququn yaranmasını təsdiq edən sənəd hesab edilmir. Bu müqavilə sadəcə 90.000 manat vəsaitin X5 tərəfindən X18 ödənildiyini təsdiq edən yazılı sənəddir. Çünki, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli 2(004)-6289/2018 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X17, X13, X14, X18, X10, X20 və X22 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasından imtinası qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli 2(004)-4048/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı “onun Bakı şəhəri Yasamal rayonu Rahib Tağıyev küçəsindəki 28 nömrəli 2 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi və həmin yaşayış evinin 1 otağından və mətbəxindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Cavabdeh X3 İddiaçı qarşı “İddiaçı Bakı şəhəri Yasamal rayonu Rahib Tağıyev küçəsindəki 28 nömrəli fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.03.2021-ci il tarixli 2(103)-2241/2021 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin eldilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli 2(004)-4048/2020 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamələrlə müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Rahib Tağıyev küçəsindəki 28 nömrəli fərdi yaşayış evinə istifadə hüququ və əmlak hüquqları mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, İddiaçı ünvan 1 ünvanda yerləşən özbaşına tikilidə qeydiyyatda olması, onun həmin ev üzərində istifadə, sahiblik və sərəncam hüququnun olmasını ehtiva etmir. Bu səbəbdən digər şəxslər arasında hər hansı bir müqavilənin, o cümlədən X25 ilə X5 arasında 31.05.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin bağlanması zamanı İddiaçı razılığı tələb edilmirdi. Digər tərəfdən məhkəmə qeyd edir ki, belə bir razılıq tələb olunduğu təqdirdə isə, İddiaçı müqavilənin etibarsız hesab edilməsi üçün iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş bir illik müddəti buraxmışdır. 31.05.2018-cı il tarixdə bağlanmış müqaviləni 27.04.2021-ci il il tarixdə məhkəmədə mübahisələndirmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə əsasən mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyinəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Nəhayət, məhkəmə belə qənaətə gəlir ki, iddia özü-özlüyündə əsassız olduğundan rədd edilməli, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı Notariat Ofisinə, X18 və X4 qarşı “X25 və X5 arasında Bakı şəhəri Yasamal rayonu Rahib Tağıyev küçəsi 28 nömrəli fərdi yaşayış evinə dair 31.05.2018-ci il tarixdə Bakı şəhəri 19 saylı Notariat Ofisində bağlanmış ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3328/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3328/2021
07.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver