Məhkəmə qərarları › İş №2(004)-3351/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3351/2021

14.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3351/2021 14.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Ağasəməd oğlunun, Cavabdeh1 nümayəndəsi və vəkili X11 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsi 523-cü məhəllə, 34 saylı evin 1 saylı mənzilinə dair cavabdehlər X10 ilə Cavabdeh1 arasında bağlanmış 05.04.2021 -ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılması, həmin mənzilə dair Daşınmaz əmlakın dövlət reyestrin tərəfindən Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli 09.03.2021-ci ıl tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X8 1968-ci ildə X12 ilə rəsmi nikaha daxil olmuşlar. Həmin nikadan 05.05.1973-cü ildə iddiaçı dünyaya gəlmişdir. Ailə Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsində yaşamışlar. Daha sonra tərəflər arasında rəsmi nikah pozulmuşdur. K.D.İvlev bundan ikinci dəfə X13 ilə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2003 il tarixdə Cavabdeh2 dünyaya gəlmişdir. Mərhum X8 X13 ilə eyni gündə, 19.04.2020-cı ıl tarixdə dünyasını dəyişmişlər. Göründüyü kimi, cavabdehlə aralarında yaxın qohumluq münasibəti olmaqla, hər ikisi mərhum X3 övladlarıdırlar. K.İvlev dünyasını dəyişdikdən sonra onun tələbi ilə adına 12 saylı notariat kontorunda vərəsəlik işi açılmış və bu barədə cavabdehə məlumat verilmişdir. Məqsəd mərhum atasından qalan əmlakın aralarında məcburi pay altında bölgüsünün təmin edilməsi olmuşdur. Lakin, məlum olmuşdur ki, sözügedən ünvana dair cavabdehlər tərəfindən 09.03.2021-ci il tarixdə qanunsuz ********** qeydiyyat nömrəsi altında çıxarış rəsmiləşdirilmiş, 05.04.2021-ci il tarixdə isə X10 12 saylı Notariat kontorunda vərəsəlik işinin açıldığını bilə-bilə həmin çıxarışla üzrə mənzili Cavabdeh1 bağışlamışdır. Ona görə də hazırda həmin bağışlama əqdi etibarsız hesab edilməli və çıxarış ləğv edilməlidir. Belə ki, həmin çıxarışın tam paylı Cavabdeh2 adına çıxarılması tamamilə qanunsuzdur. Çünki, o da Cavabdeh2 ilə bərabər hüquqlu vərəsədir və hər ikisinin həmin əmlakda payları bərarbərdir. Hazırda onda olan məlumata əsasən Cavabdeh2 və ona havadarlıq edənlər nəinki qeyri-rəsmi yollarla həmin çıxarışın çıxarılmasına nail olmuş, həmin mənzili, ona heç bır hüququ olmayan Cavabdeh1 bağışlamışdır və artıq həmin mənzili satışıa belə çıxarmaqla vicdanlı alıcı sxemi üzrə onu vərəsəlik hüququndan məhrum etmək niyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Ağasəməd oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X19 iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərdi ki, İddiaçı Konstantınovna atasının vərəsələrindən biri olsa da, onun mübahisəli mənzilə heç bir aidiyyəti yoxdur. Belə ki, o, illər öncə həmin mənzilin özünə düşən hissəsini sataraq çıxıb getmişdir. Bundan başqa, həmin mənzil Konstantinin mülkiyyətində olmamış, onun həmin mənzilə istifadə hüququ olmuşdur. Həmin mənzilə dair Konstantinlə icarə müqaviləsi bağlanmış, ondan sonra isə icarə müqaviləsi Cavabdeh2 Konstantinovıçlə bağlanmışdır. O da, daha sonra həmin mənzili özəlləşdirərək öz adına keçirmişdir. Qeyd edilənlərə əsasən bağışlama müqaviləsinin qanunun tələblərinə riayət olunmaqla bağlandığını, etibarsız hesab edilməsi üçün əsasların mövcud olmadığını göstərdi və iddia tələbi əsassız olduğuna görə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 43 saylı Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə gəlməyən cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh1 nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Paris Kommunası” adına zavodun Mənzil Kommunal Şöbəsi tərəfindən verilmiş 03.02.1951-ci il tarixli 140 nömrəli orderin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi (keçmiş 6-cı Xrebtovıy) 523-cü məhəllədə yerləşən 34 saylı evdə yaşayış sahəsi 20 kv.m olan mənzil yaşamaq üçün 5 nəfər ailə üzvü ilə birlikdə X22 verilmişdir. X23 MKTİ-nin 22.07.1996-cı il tarixli, 473 saylı sərəncamının surətindən görünür ki, X21 ölümü ilə bağlı Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi (keçmiş 6-cı Xrebtovıy) 523-cü məhəllədə yerləşən 2 otaqlı, 30 kv.m sahədən ibarət 34 saylı evin icarə müqaviləsinin bütün ailə üzvlərinin tazılığı ilə 4 nəfər ailə üzvü ilə birlikdə oğlu X3 adına rəsmiləşdirilməsinə dair qərar qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.03.2001-ci il tarixli, 349/2001 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X5 və İddiaçı cavabdehlər X6, üçüncü şəxslər X1 və X9rşı evin bölünməsi və istifadə qaydalarının müəyyən edilməsi barədə iddiası təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi (keçmiş 6-cı Xrebtovıy) 523-cü məhəllədə yerləşən 34 saylı evin sahəsi 20 kv.m olan yaşayış otağı, sahəsi 10 kv.m olan bir yaşayış otağı, 4 kv.m olan mətbəxi, 5 kv.m olan dəhlizi, 4 kv.m olan hamamı, 1 kv.m tualet və 10 kv.m şüşəbənd iddiaçıların istifadəsinə verilməsi, tərəflərə ayrı-ayrı şəxsi hesab açılmasının X23 MKTİ-nə həvalə edilməsi, sahələri 16 kv.m olan 2 otağın və qarşısındakı sahəsi 9 kv.m olan şüşəbəndin iddiaçılara verilməsi, X4 ilə X14 iddiaçıların istifadəsinə verilmiş otaqlardan çıxarılması qət edilmiş, tərəflər arasında və evin həyətyanı torpaq sahəsindən istifadə qaydaları müəyyən edilmişdir. AZ-İİ seriyalı, 104848 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 19.04.2020-cı ıl tarixdə vəfat etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 05.02.2021-ci il tarixli, 05 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıq Dadaşov küçəsi, 523-cü məhəllədə yerləşən, yaşayış sahəsi 10,0 kv.metr olan 1 otaqlı 34/1 saylı evin kirayəçisi X8 ölümü ilə əlaqədar 02.05.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. (Əsas: Ölüm haqqmda şəhadətnamə AZ-İİ № 083905, 02.05.2002-ci il) Hal-hazırda göstərilən mənzildə 2003-cü ildən qeydiyyata alınmış kirayəşinin oğlu Cavabdeh2 yaşayır. Vətəndaş Cavabdeh2 Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək mənzilin əsas kirayəçisinin ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmasını nəzərə alaraq mənzilin kirayə müqaviləsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Sərəncamla Bakı şəhəri, Yasamal rayonu, Sadıq Dadaşov küçəsi, 523-cü məhəllədə yerləşən, yaşayış sahəsi 10,0 kv.metr olan 1 otaqlı 34/1 saylı evin kirayə müqaviləsi Cavabdeh2 adma dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. Cavabdeh2 adına yeni şəxsi maliyyə hesabının açılması 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 158 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır. Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyətinin 04.12.2020-ci il tarixli, 326 saylı sərəncamının surətindən görünür ki, Cavabdeh1 Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək qardaşı xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 himayədar təyin olunmasını xahiş etmişdir. Təqdim olunan sənədlər toplusundan göründüyü kimi, azyaşlının atası X8 və anası X15 19.04.2020-ci il tarixdə vəfat etmişlər, azyaşlı bacısı Cavabdeh1 himayəsində yaşayır və bacısının ona himayədar təyin olunmasına razılığını bildirmişdir. Göstərilənlər nəzərə alənaraq xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 mülkiyyətlərinə hüququ olmadan bacısı Cavabdeh1 himayədar təyin edilmişdir. 05.04.2021-ci il tarixli daşınmaz əmlakın bağılanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 tam mülkiyyət hüququ üzrə özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 34, ümumi sahəsi 33.7 kv.m. olan 1 saylı mənzili Cavabdeh1 bağışlamışdır. Bağışlama müqaviləsi Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiq olunmuş və reyestrdə 4Ə-322 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 31.05.2021-ci il tarixli, **********49 saylı arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 34, 1 saylı mənzil Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 326 nömrəli, 04.12.2020-ci il tarixli sərəncamına, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 05.02.2021-ci il tarixli, 05 nömrəli sərəncamına, 143 nömrəli, 05.11.2020-ci il tarixli Forma 2 arayışına, 140 nömrəli, 03.02.1951-ci il tarixli orderə əsasən ilkin olaraq 09.03.2021-ci il tarixində Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, 15.04.2021-ci il tarixli, 4Ə-322 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 08.04.2021-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. AZ-T seriyalı, 149338 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 05.05.1973-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında X8 qeyd edilmişdir. AZ-İ seriyalı, 344482 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2003-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında X8 qeyd edilmişdir. Bakı şəhəri 12 saylı notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə ünvanladığı 13.11.2020-ci il tarixli məktubundan görünür ki, 19.04.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı əhəri 12 saylı notariat ofisinə İddiaçı tərəfindən müraciət daxil İmuş və o vərəsə kimi tanınmışdır. Qanunvericiliyin tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmləşdirilməsi üçün mərhum X2 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov (keçmiş 6-cı Xrebtovı) küçəsi, məhəllə 523 ev34 (34/1) fərdi yaşayış evinə dair çıxarışın verilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanladığı 20.11.2020-ci il tarixli məktubundan görünür ki, X3 adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri 12 saylı notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsinə ünvanladığı 07.01.2021-ci il tarixli məktubundan görünür ki, 19.04.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 12 saylı notariat ofisinə mərhumun vərəsələri tərəfindən müraciət daxil olmuş və vərəsə kimi tanınmışdırlar. Qanunvericiliyin tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmləşdirilməsi üçün mərhum X2 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov (keçmiş 6-cı Xrebtovı) küçəsi, məhəllə 523 ev34 (34/1) fərdi yaşayış evinə dair hər hansı sənədlər, order, çıxarış və sərəncamların olub-olmaması barədə məlumat verilməsi xahiş olunmuşdur. Bakı Şəhəri İcra Hakimiyyəti MKTD-nin 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 158 saylı MKİS-nin Bakı şəhəri 12 saylı notariat ofisinə ünvanladığı 21.01.2021-ci il tarixli məktubundan görünür ki, X3 adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti MKTD-nin 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 158 saylı MKİS-nin iddiaçının nümayəndəsinə ünvanlanmış 01.03.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanda yerləşən mənzillə bağlı Birliyə heç bir rəsmi məlumat daxil olmamışdır. Bundan başqa, qeyd olunan ünvanda yerləşən sıxlaşdırılmış mənzilin bir hissəsi 21.09.2002-ci il tarixli, ÖM 128Ü97 saylı qeydiyyat vərəqəsi ilə X7 adına rəsmiləşdirilmiş, digər dövlət mənzil fonduna aid 1 otaqlı 10 m2 olan hissəsində isə Cavabdeh2 2003-cü ildən qeydiyyatda olmaqla yaşayır. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi (keçmiş 6-cı Xrebtovıy) 523-cü məhəllədə yerləşən 34 saylı ev dövlət fonduna aid olmuş, yaşayış sahəsi 20 kv.m olan mənzilə dair yaşamaq üçün ilkin olaraq X22 order verilmiş, onun ölümündən sonra mənzilin şəxsi hesabı oğlu X3 adına, sonuncunun ölümündən sonra isə oğlu Cavabdeh2 adına keçirilmişdir. Daha sonra Cavabdeh2 mənzili özəlləşdirərək, bacısı Cavabdeh1 bağışlamışdır. Mənzil Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Öldüyü məqamadək X3 adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak olmamışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd olunan bağışlama müqaviləsinin etibarsız hesan edilməsini və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş etmiş, bu zaman tələbini X3 vərəsəsi olması faktı ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.1-ci maddəsinə görə bağışlama, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, “Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur.... Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68) Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi (keçmiş 6-cı Xrebtovıy) 523-cü məhəllədə yerləşən 34 saylı ev dövlət fonduna aid olmaqla, öldüyü məqamadək X3 mülkiyyətində olmadığından, bu səbəbdən də ondan miras qalmış əmlak kütləsinə daxil olmadığından həmin mənzilə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 05.04.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin İddiaçı hüquqlarını pozması və maraqlarına toxunması müəyyən olunmamışdır. Ona görə də, nəhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yaranmamışdır. Odur ki, qeyd olunan bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin həmin mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi üçün heç bir əsas olmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1., 80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və. Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar