Məhkəmə qərarları › İş №2(004)-3353/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3353/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3353/2022 20.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X1 Mərkəzi MMC-yə və Abşeron rayonu 2 saylı Notariat ofisinə qarşı “hərracın yekunları ilə bağlı hərrac protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər X1 Mərkəzi MMC-yə və Abşeron rayonu 2 saylı Notariat ofisinə qarşı “hərracın yekunları ilə bağlı hərrac protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə iclası xx.xx.2022-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmişdir. Lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh məhkəmə iclasının məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının uzunmüddətli təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasında iştirak etməməsini üzürlü hesab etməmiş və məhkəmə iclasının uzunmüddətli təxirə salınması barədə vəsatətini əsassız hesab etmişdir. Həmçinin, əvvəlki xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında da tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Qeyd olunanlara əsasən məhkəmə mülki işin işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyi üçün baxılmamış saxlanılmasını məqsədə müfavi hesab edir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədikləri üçün işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Ona görə İddiaçı cavabdehlər X1 Mərkəzi MMC-yə və Abşeron rayonu 2 saylı Notariat ofisinə qarşı “hərracın yekunları ilə bağlı hərrac protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər X1 Mərkəzi MMC-yə və Abşeron rayonu 2 saylı Notariat ofisinə qarşı “hərracın yekunları ilə bağlı hərrac protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar