Məhkəmə qərarları › İş №2(004)-3358/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3358/2023

30.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3358/2023 30.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Nümayəndə “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, əri - xx.xx.1965-ci il təvəllüdlü İsmayılov Vəkil Zeydulla oğlunun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsi ərizəsində Bakı şəhəri Maraqlı şəxs iş üzrə maraqlı şəxs kimi qeyd etmişdir. Məhkəmə ərizəçi Nümayəndə razılığı ilə onu əsl Ərizəçi ilə əvəz etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3358/2023 nömrəli qərardadı ilə ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, xx.xx.1965-ci il təvəllüdlü İsmayılov Vəkil Zeydulla oğlunun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinə həvalə edilmişdir. Ekspertizanın rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 2794 nömrəli ekspert rəyi mülki iş ilə birlikdə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3358/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, məhkəmə iclası xx.xx.2023-cü il tarixə saat 11:30-a təyin edilmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Ərizəçi nümayəndəsi (anası) Nümayəndə məhkəmənin iclasında ərizəni müdafiə etdi və izahatında bildirdi ki, Ərizəçi atası İsmayılov Vəkil Zeydulla oğlu fiziki qüsurlarına görə insult keçirmişdir, yataq xəstəsidir. Tibbi-Sasial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə İsmayılov Vəkil Zeydulla oğluna “Hemiplegiya, Sağ tərəfli dərin hemiparez, sol tərəfli hemiparez və koordinator pozulma dizartiriya. Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı. Hər iki yarımkürəsində beyin infarktı” diaqnozu qoyulmaqla, müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmiş, əmək qabibiliyyətsiz olması və daim kənar şəxsin qulluğuna ehtiyacı olması göstərilmişdir. İsmayılov Vəkil Zeydulla oğluna dərman preparatlarının alınması və hər hansı orqana müraciət edəndə etibarnamə tələb edilir. Lakin İsmayılov Vəkil Zeydulla oğlu öz hərəkətlərinin mənasını dərk etmir və hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Bu səbəbdən İsmayılov Vəkil Zeydulla oğlunun üzərində qəyyum təyin edilməsi məqsədilə onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsini xahiş edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri, ekspertizanın rəyini nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Çünki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyanının xx.xx.2022-ci il tarixli 2750003AAFXG nömrəli qərarı ilə İsmayılov Vəkil Zeydulla oğluna “Hemiplegiya, Sağ tərəfli dərin hemiparez, sol tərəfli hemiparez və koordinator pozulma dizartiriya. Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı. Hər iki yarımkürəsində beyin infarktı” diaqnozu qoyulmaqla, müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmişdir. Əmək qabibiliyyətsizdir. Daim kənar şəxsin qulluğuna ehtiyacı var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 2794 nömrəli ekspert rəyindən görünür ki, İsmayılov Vəkil Zeydulla oğlu onda qeyd olunan damar mənşəli demensiya (ağıl zəifliyi) (F01.0) ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, İsmayılov Vəkil Zeydulla oğlunun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-in 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən şəxsin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1965-ci il təvəllüdlü İsmayılov Vəkil Zeydulla oğlu fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 305, 306, 317-322, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü İsmayılov Vəkil Zeydulla oğlu (FİN 27BAXVF) fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Bu qətnamə, İsmayılov Vəkil Zeydulla oğlunun üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar