Məhkəmə qərarları › İş №2(004)-336/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-336/2020

10.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-336/2020 10.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pəncərəsinin qarşısının və evinin divarının üstündə özbaşına şəkildə apardığı qeyri-qanuni tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, divar qonşusu olan Cavabdeh öz həyətində qeyri-qanuni tikinti işi apararaq əlavə otaq tikmişdir. Cavabdehin həyətində evindən ayrı mətbəx və hamam var. Onları sökərək ümumi əlavə otaq tikmişdir. İddiaçının otağının pəncərəsi cavabdehin həyətinə baxır. O bu barədə cavabdehə öz etiraz edərək, onu otağına gələn havadan və işıqdan məhrum etdiyini bildirmişdir. Cavabdeh isə heç nəyə məhəl qoymadan tikintini davam etdirmişdir. İddiaçı məcbur olub İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyinin əməkdaşları yerində baxış keçirmiş və tikintinin dayandırılmasını tələb etmişdirlər. Cavabdeh onlara burada otaq tikmədiyini, sadəcə evinin üstünü şiferlədiyini bildirmişdir. Lakin o, şiferlə birlikdə otaq da tikmişdir. Nəticədə iddiaçının pəncərəsi tamamilə bağlanmışdır. Bundan əlavə o, iddiaçının evinin divarının üstündə şiferə dayaq üçün kərpicdən hörgü etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, əlavə etdi ki, iş üzrə ekspertiza keçirilmiş və ekspert rəyindən də görünür ki, cavabdehin tikdiyi tikili qanunsuzdur, onun evinin pəncərəsi cavabehin evinə açılır. Bütün bunları nəzərə alaraq iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, onlar yalnız şiferi dəyişdirmişlər. İddiaçıya maneə yaradacaq heç bir qanunsuz tikili tikməmişlər. Əgər həmin tikili sökülərsə, onların evinin üstü açıq qalacaq. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Lakin əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Yasamal Rayon İcra Hakimiyyəti nümayəndəsi mübahisəli mənzildə olmuş və məlum olmuşdur ki, yeni tikili nəticəsində iddiaçının pəncərəsinin qabağı bağlanmışdır. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış Razılaşmadan görünür ki, o bildirmişdir ki, İddiaçı mənzilinin pəncərəsi onun həyətinə açılır. O, evinin təmiri zamanı indi və gələcəkdə də pəncərənin tam şəkildə açıq qalmasına və hasarın hörülməməsinə söz vermişdir. İş materiallarında olan İddiaçı tərəfindən imzalanmış Razılaşmadan görünür ki, o bildirmişdir ki, Cavabdeh onunla razılaşdığı şərtlərə əsasən söz verir ki, onun evində apardığı və aparacağı təmir və ya tikinti işlərinə (onun evinin ərazisinə mane olmamaq şərtilə) qarışmayacaq. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 30854 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evinin A literli 4 və 5 saylı otaqların xarici divarlarının üzərində Cavabdeh tikdiyi tikilinin dam hissəsinin üstündə kərpic ilə təqribən 1,0m hündürlüyündə divar hörülmüş və dəmir təbəqə vurulmuşdur. Cavabdeh tərəfindən aparılmış tikinti işlərinə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün həmin tikinti işlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz; Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur; Həmin Məcəllənin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı məxsusdur. Hazırda iddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materillarında olan ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evinin A literli 4 və 5 saylı otaqların xarici divarlarının üzərində Cavabdeh tikdiyi tikilinin dam hissəsinin üstündə kərpic ilə təqribən 1,0m hündürlüyündə divar hörülmüş və dəmir təbəqə vurulmuşdur. Cavabdeh tərəfindən aparılmış tikinti işlərinə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə olduğu təqdirdə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin mövcudluğu İddiaçı maraqlarına toxunur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evinin A literli 4 və 5 saylı otaqların xarici divarlarının üzərində Cavabdeh tikdiyi tikilinin dam hissəsinin üstündə kərpic ilə təqribən 1,0m hündürlüyündə hörülmüş divar və vurulmuş dəmir təbəqə sökülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilsin. ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evinin A literli 4 və 5 saylı otaqların xarici divarlarının üzərində Cavabdeh tikdiyi tikilinin dam hissəsinin üstündə kərpic ilə təqribən 1,0m hündürlüyündə hörülmüş divar və vurulmuş dəmir təbəqə sökülsün. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar