Məhkəmə qərarları › İş №2(004)-3364/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3364/2020

05.11.2020 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3364/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı "xxxxxxxxxxxxx" MTK-nın nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı "xxxxxxxxxxxxx" MTK-nın Cavabdeh, üçüncü şəxslər X10 və X7 qarşı “xx.xx.2015-ci il tarixli 019b/0025 nömrəli alqı-satqı müqaviləsinin və xx.xx.2015-ci il tarixli maliyyə arayışının ləğv edilməsi, əsassız varlanma nəticəsində əldə edilən pulun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxxxxxxxxxxx" MTK Cavabdeh, üçüncü şəxslər X10 və X7 qarşı “xx.xx.2015-ci il tarixli 019b/0025 nömrəli alqı-satqı müqaviləsinin və xx.xx.2015-ci il tarixli maliyyə arayışının ləğv edilməsi, əsassız varlanma nəticəsində əldə edilən pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxxxxxxxxxxx" MTK arasında Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "xxxxxxxxxxxxx" MTK-ya məxsus yaşayış kompleksində 19b nömrəli binanın 1-ci blokunda, 5-ci mərtəbədə 2 otaqlı, sahəsi 86 kv.m olan 25 nömrəli mənzilinə dair bağlanmış xx.xx.2015-ci il tarixli 019b/0025 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh adına verilmiş xx.xx.2015-ci il tarixli "xxxxxxxxxxxxx" MTKya məxsus yaşayış kompleksində 19b nömrəli binanın 1-ci blokunda, 5-ci mərtəbədə 2 otaqlı, sahəsi 86 kv.m olan 25 nömrəli mənzilin dəyərinin ödənilmiş hesab edilməsi haqqında maliyyə arayışının ləğv edilməsi, Cavabdeh "xxxxxxxxxxxxx" MTK-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 47.300 manat pulun, hüquqi yardıma görə vəkilə ödənilmiş 1.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq "xxxxxxxxxxxxx" MTK-ya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxxxxxxxxxxx" MTK-nın nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə X13 birgə taxta biznesi ilə məşğul olublar. 2014-cü ildə X13 "xxxxxxxxxxxxx" MTK-ya 47.300 manat dəyərində nisyə taxta materialı vermişdir. X13 "xxxxxxxxxxxxx" MTK-ya müraciət edərək, onun atası X8 adına Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "xxxxxxxxxxxxx" MTK-ya məxsus yaşayış kompleksində 72 nömrəli binanın 2-ci blokunda, sahəsi 120 kv.m olan 33 nömrəli mənzilinə dair xx.xx.2014-cü il tarixli müqavilə bağlamışdır. Cavabdeh bir-iki ay sonra X13 ilə birlikdə "xxxxxxxxxxxxx" MTK-ya gəlmiş və nisyə verilmiş taxtanın əslində ona məxsus olduğunu bildirmişdir. Bundan sonra X13 ərizə verərək, atası X15 ilə bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin ləğv edilməsini və müqavilənin Cavabdeh ilə bağlanmasını xahiş etmişdir. Lakin Cavabdeh Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "xxxxxxxxxxxxx" MTK-ya məxsus yaşayış kompleksində 72 nömrəli binanın 2-ci blokunda, sahəsi 120 kv.m olan 33 nömrəli mənzilinin onun adına keçirilməsinə razılaşmamış və mənzilin dəyərinin çox olduğunu bildirmişdir. Bu səbəbdən "xxxxxxxxxxxxx" MTK Cavabdeh başqa bir mənzil təklif etmişdir. Cavabdeh razılaşaraq 54.000 manat dəyəri olan Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "xxxxxxxxxxxxx" MTK-ya məxsus yaşayış kompleksində 19b nömrəli binanın 1-ci blokunda, 5-ci mərtəbədə 2 otaqlı, sahəsi 86 kv.m olan 25 nömrəli mənzilinə dair xx.xx.2015-ci il tarixli 019b/0025 nömrəli alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdeh 54.000 manat vəsaitin taxta kimi ödənilmiş 47.300 manat vəsaitdən artıq qalan 6.700 manat vəsaiti "xxxxxxxxxxxxx" MTK-ya nağd şəkildə ödəmişdir. Bundan sonra mənzilin dəyərinin tam ödənilməsinə dair Cavabdeh adına xx.xx.2015-ci il tarixli maliyyə arayışı verilmişdir. Mənzil Cavabdeh təhvil verilmişdir. "xxxxxxxxxxxxx" MTK Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "xxxxxxxxxxxxx" MTK-ya məxsus yaşayış kompleksində 72 nömrəli binanın 2-ci blokunda, sahəsi 120 kv.m olan 33 nömrəli mənzilinə dair X8 adına bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləni bir tərəfli olaraq ləğv etmişdir. Lakin sonradan X15 məhkəməyə müraciət etmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-3071/2019 nömrəli qətnaməsinə əsasən "xxxxxxxxxxxxx" MTK-dan 47.300 manat pul tutularaq X7 ödənilməsi qət edilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(102)-1480/2020 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-3071/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Odur ki, "xxxxxxxxxxxxx" MTK hesab edir ki, Cavabdeh əsassız olaraq 47.300 manat həcmində əsassız varlanmışdır. Bu səbəbdən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, birgə taxta biznesi ilə məşğul olur. Onun ekspeditoru işləmiş X13 etibarından sui-istifadə edərək, ona məxsus olan 47.300 manat dəyərində taxta materialını 2014-cü ildə "xxxxxxxxxxxxx" MTK-ya vermiş və atası X8 adına Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "xxxxxxxxxxxxx" MTK-ya məxsus yaşayış kompleksində 72 nömrəli binanın 2-ci blokunda, sahəsi 120 kv.m olan 33 nömrəli mənzilinə dair xx.xx.2014-cü il tarixli müqavilə bağlamışdır. O, "xxxxxxxxxxxxx" MTK-ya gəlmiş və nisyə verilmiş taxtanın əslində ona məxsus olduğunu bildirmişdir. Bundan sonra X13 ərizə verərək, atası X15 ilə bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin ləğv edilməsini və müqavilənin onunla bağlanmasını xahiş etmişdir. Lakin o, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "xxxxxxxxxxxxx" MTK-ya məxsus yaşayış kompleksində 72 nömrəli binanın 2-ci blokunda, sahəsi 120 kv.m olan 33 nömrəli mənzilinin onun adına keçirilməsinə razılaşmamış və mənzilə görə 74.000 manat ödəmək istəmədiyini bildirmişdir. "xxxxxxxxxxxxx" MTK-dan verdiyi taxtanın pulunu istəmişdir. Lakin "xxxxxxxxxxxxx" MTK ona nağd pul verə bilməyəcəyini demiş, ona daha aşağı qiymətə olan başqa mənzil təklif etmişdir. "xxxxxxxxxxxxx" MTK-nın rəhbərliyi 54.000 manat dəyəri olan Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "xxxxxxxxxxxxx" MTKya məxsus yaşayış kompleksində 19b nömrəli binanın 1-ci blokunda, 5-ci mərtəbədə 2 otaqlı, sahəsi 86 kv.m olan 25 nömrəli mənzilini 47.300 manat taxtanın əvəzində ona təklif etmiş və əlavə taxta verməsini istəmişdir. O, zəng edərək 6.700 manat dəyərində yeni taxta gətirtmiş və "xxxxxxxxxxxxx" MTK-ya təhvil vermişdir. Bundan sonra Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "xxxxxxxxxxxxx" MTK-ya məxsus yaşayış kompleksində 19b nömrəli binanın 1-ci blokunda, 5-ci mərtəbədə 2 otaqlı, sahəsi 86 kv.m olan 25 nömrəli mənzilinə dair onunla "xxxxxxxxxxxxx" MTK arasında xx.xx.2015-ci il tarixli 019b/0025 nömrəli alqı-satqı müqaviləsi bağlamış və mənzilin dəyərinin tam ödənilməsinə dair onun adına xx.xx.2015-ci il tarixli maliyyə arayışı verilmişdir. Mənzil ona təhvil verilmişdir. Həmin mənzilin 54.000 manat dəyərini o, öz vəsaiti hesabına ödəmişdir. X2 və X8 əvəzində "xxxxxxxxxxxxx" MTK-nın qarşısında heç bir öhdəliyi yoxdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-678/2018 nömrəli qətnaməsi ilə iddiaçı X8 cavabdehlər “xxxxxxxxxxxxx” MTK-ya, Cavabdeh və X7 qarşı “müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2014-cü il tarixli 072/0033 nömrəli müqavilənin ləğv edilməsinin etibarsız hesab edilərək, həmin müqavilənin bərpa edilməsi, mənzilin iddiaçının sahiblik və istifadəsinə verilməsi, iddiaçının müqaviləsinin ləğv edilməsi nəticəsində ödədiyi pul məbləğinin hesabına Cavabdeh adına yazılmış xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli 072/0033 nömrəli müqavilənin xx.xx.2015-ci il tarixdə ləğv edilməsi etibarsız hesab edilmiş, tərəflərin ilkin vəziyyətə gətirilməklə xx.xx.2014-cü il tarixli 072/0033 nömrəli müqavilənin bərpa edilməsi, xx.xx.2014-cü il tarixli 072/0033 nömrəli müqavilə əsasında iddiaçı X10 məxsus olan "xxxxxxxxxxxxx" MTK-nın inşa etdiyi 72 nömrəli yaşayış binasının 2-ci girişində, 3-cü mərtəbəsində, 3 otaqlı, sahəsi 120 kv.m olan 33 nömrəli mənzilinin Cavabdeh adına keçirilməsinə etiraz edilməməsi barədə X5 xx.xx.2015-ci il tarixdə "xxxxxxxxxxxxx" MTK-nın direktoru R.B.Abbasovun adına yazdığı ərizənin etibarsız hesab edilməsiqət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-24/2020 nömrəli qətnaməsi ilə cavabdeh "xxxxxxxxxxxxx" MTK-nın direktoru R.B.Abbasovun apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-678/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı X8 cavabdehlər “xxxxxxxxxxxxx” MTK-ya, Cavabdeh və X7 qarşı “müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2014-cü il tarixli 072/0033 nömrəli müqavilənin ləğv edilməsinin etibarsız hesab edilərək, həmin müqavilənin bərpa edilməsi, mənzilin iddiaçının sahiblik və istifadəsinə verilməsi, iddiaçının müqaviləsinin ləğv edilməsi nəticəsində ödədiyi pul məbləğinin hesabına Cavabdeh adına yazılmış xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. O, "xxxxxxxxxxxxx" MTK-nın hesabına əsassız olaraq varlanmamış, pulunu ödədiyi mənzili MTK-dan müqavilə əsasında və MTK-nın təklifi ilə almışdır. Çünki, MTK ona məxsus olan taxtanın pulunu ödəmədiyinə görə, iməcbur olub bu mənzili ona tğəklif etmişdir. O, da öz növbəsində pulu batmasın deyə buna razı olmuşdur. Sonradan xx.xx.2019-cu il tarixdə o, və arvadı X9 notarial qaydada "xxxxxxxxxxxxx" MTK-ya ərizə yazaraq Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "xxxxxxxxxxxxx" MTK-ya məxsus yaşayış kompleksində 19b nömrəli binanın 1-ci blokunda, 5-ci mərtəbədə 2 otaqlı, sahəsi 86 kv.m olan 25 nömrəli mənzilinin müqaviləsinin istənilən şəxsin adına dəyişdirilməsinə və sənədləşdirilməsinə razılıq vermişlər. O, MTK-nın hesabına 47.300 manat varlanmamış, əksinə 54.000 manata aldığı mənzili 40.000 manat satmaqla, 14.000 manat zərər etmişdir. Hesab edir ki, iddia tamamilə əsassızdır. Ona görə də, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddianı qəbul etmədi, Cavabdeh izahatı ilə razı olduğunu bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslər X10 və X7 məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-itn 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, "xxxxxxxxxxxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 019b/0025 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxxxxxxxxxxx" MTK Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "xxxxxxxxxxxxx" MTK-ya məxsus yaşayış kompleksində 19b nömrəli binanın 1-ci blokunda, 5-ci mərtəbədə 2 otaqlı, sahəsi 86 kv.m olan 25 nömrəli mənzilini Cavabdeh 54.000 manata satmışdır. "xxxxxxxxxxxxx" MTK tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, payçı Cavabdeh ilə "xxxxxxxxxxxxx" MTK arasında xx.xx.2015-ci il tarixdə müqavilə imzalanmış və bu tarixdən payçı MTK-ya üzv qəbul edilmişdir. Payçı Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "xxxxxxxxxxxxx" MTK-ya məxsus yaşayış kompleksində 19b nömrəli binanın 1-ci blokunda, 5-ci mərtəbədə 2 otaqlı, sahəsi 86 kv.m olan 25 nömrəli mənzilini almışdır. Payçı mənzilin ümumi dəyərini tamamilə ödəmişdir. Hazırda MTK-ya borcu yoxdur. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-3860/2018 nömrəli qətnaməsi ilə iddiaçı "xxxxxxxxxxxxx" MTK-nın cavabdehlər X10 və X7 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, "xxxxxxxxxxxxx" MTK ilə X15 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 072/0033 nömrəli müqavilə etibarsız hesab edilmişdir. Cavabdeh X5 iddiaçı "xxxxxxxxxxxxx" MTK-ya qarşı “47.300 manat pulun qaytarılması” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)- 3071/2019 nömrəli qətnaməsi ilə cavabdeh X5 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-3860/2018 nömrəli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilmiş, "xxxxxxxxxxxxx" MTK-dan 47.300 manat pul tutularaq X7 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)- 1480/2020 nömrəli qərarı ilə "xxxxxxxxxxxxx" MTK-nın kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-3071/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-678/2018 nömrəli qətnaməsi ilə iddiaçı X8 cavabdehlər “xxxxxxxxxxxxx” MTK-ya, Cavabdeh və X7 qarşı “müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2014-cü il tarixli 072/0033 nömrəli müqavilənin ləğv edilməsinin etibarsız hesab edilərək, həmin müqavilənin bərpa edilməsi, mənzilin iddiaçının sahiblik və istifadəsinə verilməsi, iddiaçının müqaviləsinin ləğv edilməsi nəticəsində ödədiyi pul məbləğinin hesabına Cavabdeh adına yazılmış xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli 072/0033 nömrəli müqavilənin xx.xx.2015-ci il tarixdə ləğv edilməsi etibarsız hesab edilmiş, tərəflərin ilkin vəziyyətə gətirilməklə xx.xx.2014-cü il tarixli 072/0033 nömrəli müqavilənin bərpa edilməsi, xx.xx.2014-cü il tarixli 072/0033 nömrəli müqavilə əsasında iddiaçı X10 məxsus olan "xxxxxxxxxxxxx" MTK-nın inşa etdiyi 72 nömrəli yaşayış binasının 2-ci girişində, 3-cü mərtəbəsində, 3 otaqlı, sahəsi 120 kv.m olan 33 nömrəli mənzilinin Cavabdeh adına keçirilməsinə etiraz edilməməsi barədə X5 xx.xx.2015-ci il tarixdə "xxxxxxxxxxxxx" MTK-nın direktoru R.B.Abbasovun adına yazdığı ərizənin etibarsız hesab edilməsiqət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-24/2020 nömrəli qətnaməsi ilə cavabdeh "xxxxxxxxxxxxx" MTK-nın direktoru R.B.Abbasovun apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-678/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı X8 cavabdehlər “xxxxxxxxxxxxx” MTK-ya, Cavabdeh və X7 qarşı “müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2014-cü il tarixli 072/0033 nömrəli müqavilənin ləğv edilməsinin etibarsız hesab edilərək, həmin müqavilənin bərpa edilməsi, mənzilin iddiaçının sahiblik və istifadəsinə verilməsi, iddiaçının müqaviləsinin ləğv edilməsi nəticəsində ödədiyi pul məbləğinin hesabına Cavabdeh adına yazılmış xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Cavabdeh və arvadı X9 notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizə ilə "xxxxxxxxxxxxx" MTK-ya müraciət edərək, ona məxsus olan Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "xxxxxxxxxxxxx" MTK-ya məxsus yaşayış kompleksində 19b nömrəli binanın 1-ci blokunda, 5-ci mərtəbədə 2 otaqlı, sahəsi 86 kv.m olan 25 nömrəli mənzilinin müqaviləsinin istənilən şəxsin adına dəyişdirilməsinə və sənədləşdirilməsinə razılıq vermişlər. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, "xxxxxxxxxxxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 019b/0025 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxxxxxxxxxxx" MTK Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "xxxxxxxxxxxxx" MTK-ya məxsus yaşayış kompleksində 19b nömrəli binanın 1-ci blokunda, 5-ci mərtəbədə 2 otaqlı, sahəsi 86 kv.m olan 25 nömrəli mənzilini Cavabdeh 54.000 manata satmışdır. Payçı Cavabdeh müqavilə öhdəliyini yerinə yetirmiş və müqavilədə qeyd olunan 54.000 manat vəsaiti tam şəkildə "xxxxxxxxxxxxx" MTK-ya ödəmişdir. Bu səbəbdən "xxxxxxxxxxxxx" MTK payçı Cavabdeh mənzilin pay dəyərinin tamamilə ödənilməsini təsdiq edən xx.xx.2015-ci il tarixli maliyyə arayışı vermişdir. Həmçinin mənzili faktiki olaraq payçı Cavabdeh təhvil vermişdir. Müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir, tərəflər hər ikisi müqavilə öhdəliyini yerinə yetirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-24/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxxxxxxxxxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 019b/0025 nömrəli alqı-satqı müqaviləsi etibarlı hesab edilmiş və Cavabdeh həmin mənzili almaq üçün "xxxxxxxxxxxxx" MTK-ya 54.180 manat məbləğində taxta məhsulu verdiyi sübuta yetirilmişdir. Yəni, Cavabdeh "xxxxxxxxxxxxx" MTK-nın hesabına əsassız varlanmamışdır. Əksinə 54.180 manat ödəyərək aldığı mənzili xx.xx.2019-cu il tarixdə "xxxxxxxxxxxxx" MTK-nın vasitəsilə xx.xx.2019-cu il tarixdə 40.000 manata satmaqla, 14.180 manat zərərə düşmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)- 3071/2019 nömrəli qətnaməsi ilə "xxxxxxxxxxxxx" MTK-dan 47.300 manat pul tutularaq X7 ödənilməsinin qət edilməsi, hazırkı iş üzrə iddiaçı "xxxxxxxxxxxxx" MTK-ya hazırkı iddia ilə məhkəməyə müraciət etməyə və Cavabdeh ilə "xxxxxxxxxxxxx" MTK arasında Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "xxxxxxxxxxxxx" MTK-ya məxsus yaşayış kompleksində 19b nömrəli binanın 1-ci blokunda, 5-ci mərtəbədə 2 otaqlı, sahəsi 86 kv.m olan 25 nömrəli mənzilinə dair bağlanmış xx.xx.2015-ci il tarixli 019b/0025 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh adına verilmiş xx.xx.2015-ci il tarixli "xxxxxxxxxxxxx" MTK-ya məxsus yaşayış kompleksində 19b nömrəli binanın 1-ci blokunda, 5-ci mərtəbədə 2 otaqlı, sahəsi 86 kv.m olan 25 nömrəli mənzilin dəyərinin ödənilmiş hesab edilməsi haqqında maliyyə arayışının ləğv edilməsi, Cavabdeh "xxxxxxxxxxxxx" MTK-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 47.300 manat pulun, hüquqi yardıma görə vəkilə ödənilmiş 1.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq "xxxxxxxxxxxxx" MTK-ya verilməsini tələb etməyə əsas vermir. Çünki, Cavabdeh X5 və ya digər şəxslərin "xxxxxxxxxxxxx" MTK ilə arasında yaranmış hər hansı başqa bir mübahisənin həllinə görə cavabdehlik daşımır və belə bir öhdəliyi yoxdur. Məhkəmə qeyd edir ki, "xxxxxxxxxxxxx" MTK-nın iddia tələbi əsassızdır. Həmçinin, "xxxxxxxxxxxxx" MTK xx.xx.2015-ci il tarixli əqdi etibarsız sayılması üçün qanunla müəyyən edilmiş bir il ərzində məhkəməyə müraciət etməmişdir. xx.xx.2015-ci il tarixli əqdin bağlanmasından 6 il keçdikdən sonra xx.xx.2020-ci il tarixdə əqdi məhkəmədə mübahisələndirmişdir. Bu halın mövcud olması da iddianın rədd edilməsi üçün müstəqil əsasdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Nəhayət, məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməli, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxxxxxxxxxxx" MTK-nın Cavabdeh, üçüncü şəxslər X10 və X7 qarşı “Cavabdeh ilə "xxxxxxxxxxxxx" MTK arasında Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "xxxxxxxxxxxxx" MTK-ya məxsus yaşayış kompleksində 19b nömrəli binanın 1-ci blokunda, 5-ci mərtəbədə 2 otaqlı, sahəsi 86 kv.m olan 25 nömrəli mənzilinə dair bağlanmış xx.xx.2015-ci il tarixli 019b/0025 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh adına verilmiş xx.xx.2015-ci il tarixli "xxxxxxxxxxxxx" MTK-ya məxsus yaşayış kompleksində 19b nömrəli binanın 1-ci blokunda, 5-ci mərtəbədə 2 otaqlı, sahəsi 86 kv.m olan 25 nömrəli mənzilin dəyərinin ödənilmiş hesab edilməsi haqqında maliyyə arayışının ləğv edilməsi, Cavabdeh "xxxxxxxxxxxxx" MTK-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 47.300 manat pulun, hüquqi yardıma görə vəkilə ödənilmiş 1.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq "xxxxxxxxxxxxx" MTK-ya verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar