Məhkəmə qərarları › İş №2(102)-3905/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3905/2023

26.12.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3905/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi, pul vəsaitinin geri qaytarılması, vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2064/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmən in inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 00580 ha olan 778 saylı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. 2. 01.03.2021-ci il tarixli podrat müqaviləsinə əsasən Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan ünvanında yerləşən sahəsi 0,058 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi və təmir işlərini görməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağ lanmış 01 mart 2021-ci il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh İddiaçı tərəfindən ödənilmiş 43.930 manat məbləğində pulun evin tikintisinə xərclənməmiş hissəsini təşkil edən 12.127,02 (on iki min yüz iyirmi yeddi) manat 02 qəpik məbləğində pul vəsaitinin, fərdi yaşayış evinin təmirinin bərpasına çəkiləcək xərcin dəyərini təşkil edən 7190,49 (yeddi min bir yüz doxsan) manat 49 qəpik pul vəsaitinin, Cavabdeh öz müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində İddiaçı vurulmuş mənəvi zərərin əvəzini təşkil edən 5000 (beş min) manat məbləğində pul vəsaitinin, ümumilikdə 24.317,51 (iyirmi dörd min üç yüz on yeddi) manat 51 qəpik pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 m art 2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında podrat müqaviləsi imzalanmışdır. Həmin podrat müqaviləsinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində Cavabdeh, İddiaçı mülkiyyətində olan ünvan ünvanında, yerləşən, sahəsi 0,058 ha olan torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi və təmir işləri (tikinti materialları ilə təmin etmək şərti ilə fərdi yaşayış evinin tam təmir edilməsi) görməyi öhdəsinə götürmüş, İddiaçı isə, bu işlərə görə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-cı bəndinin şərtlərinə əsasən, podratçı Cavabdeh tərəfindən YYYnın sifarişi əsasında tikilməsi razılaşdırılmış evin dəyəri, tam təmir edilərək sifarişçiyə təhvil verilməklə və tikinti materialları da daxil olmaqla 42850 (qırx iki min səkkiz yüz əlli) manat razılaşdırıl mışdır. Həmçinin, müqavilənin 7.1-cı bəndinə əsasən müqavilənin müddəti 01 iyul 2021-ci il tarixədək müəyyən edilmişdir. Yəni, Cavabdeh müqavilə ilə razılaşdırılmış evi 01 iyul 2021-ci il tarixədək inşa edərək, tam təmirli formada İddiaçı təhvil verməli idi. Lakin İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirilərək, müqavilədə də nəzərdə tutulduğundan artıq - 43930 manat məbləğində ödəniş edilməsinə baxmayaraq, Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilə üzrə razılaşdırılmış müddətdən 2 ay keçməsinə baxmayaraq, o, hələ də evi tam inşa edərək, sifarişçiyə təhvil verməmişdir. Tərəfindən, "xxxx" MMC-yə müraciət olunmuş və mütəxəssis tərəfindən verilmiş rəyə əsasən müəyyən edilmişdir ki, müqavilə üzrə tikilməsi nəzərdə tutulmuş ünvan ünvanında y erləşən kürsülü 1 mərtəbəli fərdi yaşayış evinin inşasına çəkilmiş xərclərin həcmi və dəyəri (işçilik və material xərci daxıl olmaqla) 31262,98 (otuz bir min iki yüz altmış iki) manat 98 qəpik təşkil edir. Həmçinin, həmin rəylə müəyyən edilmişdir kı, ünvan ünvanında yerləşən kürsülü 1 mərtəbəli fərdi yaşayış evinin təmirinin bərpasına çəkiləcək xərcin dəyəri 7190,49 (yeddi min yüz doxsan) manat 49 qəpik təşkil edir. Beləliklə, müəyyən olunur kı, İddiaçı tərəfindən Cavabdeh 12127,02 manat (4339031262,98=12127,02) (on iki min yüz iyirmi yeddi) manat 02 qəpik məbləğində artıq ödəniş edilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 mart 2021-ci il tarixli müqavilə ləğv edilməli, Cavabdeh İddiaçı tərəfindən ödənilmiş 43390 manat məbləğində pulun evin tikintisinə xərclənməmiş hissəsini təş kil edən 12127,02 (on iki min yüz iyirmi yeddi) manat 02 qəpik məbləğində pul, fərdi yaşayış evinin təmirinin bərpasına çəkiləcək xərcin dəyərini təşkil edən 7190,49 (yeddi min yüz doxsan) manat 49 qəpik pul, həmçinin, Cavabdeh öz müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində İddiaçı vurulmuş mənəvi zərərin əvəzini təşkil edən 5000 (beş min) manat məbləğində pul, ümumilikdə 24317,51 (iyirmi dörd min üç yüz on yeddi) manat 51 qəpik pul tutularaq, İddiaçı ödənilməlidir. Pretenziya qaydasında Cavabdeh müraciət edilərək, müqavilənin birtərəfli qaydada ləğv edildiyi bildirilmiş və İddiaçı tərəfindən ödənilmiş 43390 manat məbləğində pulun evin tikintisinə xərclənməmiş hissəsini təşkil edən 12127,02 (on iki min yüz iyirmi yeddi) manat 02 qəpik məbləğində pul, fərdi yaşayış evinin təmiri nin bərpasına çəkiləcək xərcin dəyərmi təşkil edən 7190,49 (yeddi min yüz doxsan) manat 49 qəpik pul, ümumilikdə 19317,51 (on doqquz min üç yüz on yeddi) manat 51 qəpik pul vəsaitinin 5 (beş) iş günü ərzində qaytarılması tələb edilmişdir. Lakin Cavabdeh, pretenziya məktubuna heç bir reaksiya verməmişdir.

5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, podrat müqaviləsi 42.850 manat bağlansa da, iddiaçı özü də bildirdi ki, o həmin məbləğə evin təmirinə tam başa çatdıra bilməzdir, bu mümkünsüzdür. İddiaçıdan əlavə 1200 manat deyil 1000 manat məbləğində pul almışdır. Qeyd edilən pulu o evin örtük hissəsinə xərcləmişdir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 6. 23.08.2021 tarixli, ƏES/A saylı mütəxəssis rəyinə əsasən ünvan ünvanında yerləş ən kürsülü 1 mərtəbəli fərdi yaşayış evinin inşasına çəkilmiş xərcin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) 31262.98 manat təşkil edir və həmin yaşayış evinin təmirinin bərpasına çəkiləcək xərcin dəyəri 7190.49 (yeddi min yüz doxsan manat qırx doqquz qəpik) təşkil edir.

7. X1 10/1816 saylı, xx.xx.2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan ünvanında yerləşən, sahəsi 0.058 ha torpaq sahəsinin üzərində yerləşən bir mərtəbəli fərdi yaşayış evi üzrə yerinə yetirilmiş təmir- tikinti işlərinin ümumi dəyəri təqribən 35051,6 manat məbləğində müəyyən edilmişdir, ünvan ünvanında yerləşən, sahəsi 0.058 ha torpaq sahəsinin üzərində yerləşən bir mərtəbəli fərdi yaşayış evinin təmirinin bərpasına çəkiləcək xərcin dəy əri təqribən 7190.5 manat məbləğində müəyyən edilmişdir.

8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim: N.Cəfərli) 2(008)-852/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 16.068.89 (on altı min almış səkkiz manat, səksən doqquz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada podrat müqaviləsi bağlanaraq, cavabdeh 42850 manat müqabilində iddiaçıya məxsus torpaq sahəsində tam təmirli ev tikilməsinə dair öhdəlik götürmüşdür. İddiaçı podrat müqaviləsi üzrə üzərinə tam düşən öhdəliyi yəni 42850 manat pulu cavabdehə ödəmiş olsa da, cavabdeh müqavilə üzrə öhdəliyi tam icra etməyərək, yəni evinin tikintisini tam başa çatdıra bilməmişdir. Belə olan halda iddiaçı məhkəməyə müraciət edərək məhkəmədən xahiş etmişdir ki, podrat müqaviləsi üzrə ödəmiş olduğu puldan xərclənməmiş pulu və bu gündən sonrakı xərclənməli olan 7190.49 manat pulu, habelə müqavilədən kənar cavabdehə ödəmiş olduğu 1200 manat cavabdehdən tələb etmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı podrat müqaviləsi üzrə ödənilmiş pulun xərclənməmiş hissəsini və bundan sonra evin tam təmirli olmasına çəkilməli olan xərci tələb etməkdə haqlı olmuşdur.

11. Lakin məhkəmə podrat müqaviləsi üzrə ödənilmiş pulun xərclənməmiş hissəsini və bundan sonra evin tam təmirli olmasına çəkilməli olan xərcin miqdarına qiymət verərək hesab etmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın vermiş olduğu rəy-yəni X1 10/1816 saylı xx.xx.2022-ci il tarixli rəyi əsas götürülməli, belə ki, qeyd edilən rəydən məlum olur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindəki evin tikilməsi üçün çəkilmiş ümumi xərcin məbləği 35051.06 manat ödənilmiş pul məbləğindən çıxılmalı-(4285035051.6= 7798.4), evin tikintiyə çəkilməmiş pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa podrat müqaviləsindən görünür ki, cavabdeh 42.850 manat məbləğində pul müqabilində evi tam təmirli şəkildə iddiaçıya verməsinə razılaşmış olduğu halda ekspertizanın rəyindən də görünür ki, iddiaçı qeyd edilən evin təmirinə bundan sonra çəkilməli olan xərcin məbləği 7190.50 manat olduğundan iddia tələbi bu hissədə təmin edilərək cavabdehdən evin təmirinə çəkilməli olan 7190.49 man at pul iddiaçının xeyrinə tutulmalıdır.

12. Məhkəmə iddia tələbinin cavabdehə podrat müqaviləsindən kənar ödənilmiş 1200 manat pulun tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qismən yalnız 1080 manat hissədə təmin edilməlidir. Belə ki, mülki işin materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı podrat müqaviləsindən əlavə cavabdehə 1080 manat pul ödəmişdir.

13. Məhkəmə iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, mülki işin materiallarına əlavə edilmiş podrat müqaviləsindən görünür ki, müqavilənin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırda qüvvədə olmayan müqavilənin ləğv edilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından iddi a tələbi həmin hissədə də təmin edilə bilməz.

14. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir.

15. Məhkəmə mövqeyini Mülki Məcəllənin 752, 753, 760, 421-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir

17. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, qətnaməsi əsassız və qanunsuzdur. Beləki, 01 mart 2021-ci il tari xli “Podrat” müqaviləsinin 1-ci maddəsində ninəlivaqüM) predmeti) evin tam təmiri qeyd olunsada, müqavilənin (hesablaşma qaydası) 3.1-ci bəndində nəlürög“ işlərə görə muzd haqqı tikinti materialların, elektrik və santexnika xətlərinin çəkilişi və digər xidmətlər daxil olmaqla 42.850 (qırx iki min səkiz yüz əlli) manat təşkil etdiyi” qeyd olunur. Göründüyü kimi “hesablama qaydasında” təmirlə bağlı işlərin və muzdun ödənilməsi yoxdur. Həmçinin, sifarişçi ilə podratçı arasında müqaviləyə qədər və ondan sonrakı prosesslərdə də evin tam təmiri nəzərdə tutulmayıbmış. Eyni zamanda sifarişçinin hərəkətlərindən də aydın olunur ki, müqavilədə evin təmiri nəzərdə tutulmayıb. Çünki, sifarişçi işlərin görülməsi ilə bağlı qarşı tərəfə heç vaxt etiraz etməyib və nəzərdə tutulmuş hissəli ödənişi edən zama n, onun əvvəlki ödəniş üçün nəzərdə tutulmuş işlərin tam yerinə yetirilməsindən sonra edirmiş. Deməli, ondan əvvəl görülmüş işi bəyənib, qəbul edirmiş. Sifarişçinin son ödənişi edən zaman da heç bir etiraz bildirməməsi, əvvəlki qaydaya uyğun olaraq, könüllü şəkildə notarial qaydada ödənişi etməsi də tərəflər arasında razılaşmanın evin tam təmir olmasını yox, şifahi şəkildə razılaşdıqları qədər işlərin görülməsinin nəzərdə tutulduğunu bildirir. Mülki Məcəllənin 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Həmin Məcəllənin 769-cu maddəsinə görə - əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifa rişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Yəni, bu halda muzd sifarişçi tərəfindən tam ödənilibsə, hesab olunmalıdır ki, podratçı müqavilə üzrə iş həcminə daxil olan bütün işləri görmüşdür. Sabunçu rayon məhkəməsi qətnamə qəbul edən zaman tərəflərin iradə ifadəsini göstərən hərəkətlərə deyil, yalnız müqavilənin hərfi mənasına istinad edib. sifarişçi müqavilədəki boşluqlardan istifadə edərək əsassız olaraq podratçıya qarşı belə bir tələb irəli sürüb. Əgər sifarişçinin iddia etdiyi kimi bu müqavilə ilə evin tam təmiri nəzərdə tutulmuş olsaydı da, sonradan evin təmir formasına və istifadə olunan materiallara görə də mübahisə yarana bilərdi. Sifarişçinin nəzərdə tutulmuş muzd məbləğindən artıq ödədiyi 1000 (min) manat pulu da geri tələb etməsi əsassızdır. Çünki, sif arişçi podratçı tərəfindən dam örtüyünün vurulması üçün nəzərdə tutulmuş materialı deyil, öz seçiminə görə materialın alınıb, vurulmasını istəmişdir. Ona görə də əlavə olaraq 1000 manat xərc yaranmışdır. Sifarişçinin təqdim etdiyi layihədə evin 1 kvadrat metr balkonunun olması göstərilsə də, o da sonradan sifarişçinin təklifi ilə dəyişdirilərək, 2 kvadrat metr sifariş verilmişdi. Lakin onun xərci podratçı tərəfindən ödənilmişdi. Məhkəmənin istinad etdiyi “Məhkəmə ekspertiza mərkəzinin” təqdim etdiyi ekspert rəyindən görünür ki, evin bu zamana qədər tikintisinə podratçı tərəfindən 35051 (otuz beş min əlli bir) manat xərc çəkilmişdi. Bundan sonra tam təmir üçün əlavə olaraq 7109 (yeddi min yüz doqquz) manat pul lazımdır (tam təmirin forması, dizaynı, istifadə olunacaq materialları göstərilmi r). Hesab olunsa ki, tərəflər arasında evin tam təmiri nəzərdə tutulub və ekspert rəyinə görə bundan sonra təmir üçün 7109 (yeddi min yüz doqquz) manat vəsait lazımdır. Onda sifarişçi tərəfindən verilmiş 42805 manatdan, podratçı tərəBindən görülmüş işlərin dəyəri 35051 (otuz beş min əlli bir) manat çıxılaraq, evin tam təmiri üçün lazım olan məbləğ geri ödənilməlidir. Məhkəmənin istinad etdiyi ekspert rəyi də görülən işlərin dəyərini düzgün hesablamamışdır. Beləki, podratçının müraciəti ilə "xxxx" MMC-nin təqdim etdiyi 02-176/22 nömrəli, 06 dekabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən görülən (tikinti, material, usta xidmətləri) işlərin həcmi 48083.3 (qırx səkkiz min səkkiz yüz səksən üç) manat dəyərində qiymətləndirilmişdi.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlə r – N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) 2(103)-2064/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmış, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan məbləğ 8.878,4 (səkkiz min səkkiz yüz yetmiş səkkiz tam onda dörd) manat müəyyən edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, podratçı tam təmirli ev inşa etməyə görə 43.930 manat pul alsa da, 35.051,6 manat dəyərində iş yerinə yetirib, yəni tam təmirli ev inşa etməyib, podrat müqaviləsinin qüvvədə olma müddəti isə bitib. Mülki Məcəllənin 752.1 və 759.2-ci maddələrinin mənasına görə, podratçı yerinə yetirmədiyi işə görə muzd ala bilməz. Ona görə də birinci instansiya məhkəməsi 8.878,4 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsini qət etməklə düzgün nəticəyə gəlib.

20. Evin tam təmir edilməsi üçün çəkilməli olan xərcin əvəzi - 7.190,5 manat cavabdehdən tutula bilməz. Belə ki, iddiaçı cavabdehə verdiyi 43.930 manat pulun 8.878,4 manatını ona görə geri alır ki, cavabdeh öz öhdəliyini lazımi qaydada yerinə yetirməyib, yəni tam təmirli ev inşa etməyib. İddiaçının geri alacağı 8.878,4 manat pulla evin tam təmir edilməsi mümkündür, hətta həmin pulun bir hissəsi artıq qalacaq, çünki ekspert rəyinə görə evin tam təmiri üçün 7.190,5 manat tələb olunur. Belə vəziyyətdə evin tam təmiri üçün cavabdehdən əlavə olaraq 7.190,5 manat pul tələb edilməsinin hüquqi əsası yoxdur. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, hüquqi əsas olmadan əldə edilən pul əsassız varlanma yaradır.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 752.1. və 759.2.-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə tərəfindən işin faktiki olan halları müəyyən edilmədən düzgün nəticəyə gəlinməmişdir. Belə ki, təqdim edilən və əldə edilən sənədlərdən də göründüyü kimi 01 mart 2021-ci il tarixdə iddiaçı ilə Cavabdeh arasında podrat müqaviləsi imzalanmışdır. Həmin podrat müqaviləsinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzi ndə Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan ünvanında yerləşən, sahəsi 0,058 ha olan torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi və təmir işlərini (tikinti materialları ilə təmin etmək şərti ilə fərdi yaşayış evinin tam təmir edilməsi) görməyi öhdəsinə götürmüş, iddiaçı isə bu işlərə görə razılaşdırılmış muzd ödəməyi öhdəmə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinin şərtlərinə əsasən, podratçı Cavabdeh tərəfindən sifariş əsasında tikilməsi razılaşdırılmış evin dəyəri, tam təmir edilərək sifarişçiyə təhvil verilməklə və tikinti materialları da daxil olmaqla 42850 (qırx iki min səkkiz yüz əlli) manat razılaşdırılmışdır. Həmçinin, müqavilənin 7.1-ci bəndinə əsasən müqavilənin müddəti 01 iyul 2021-ci il tarixədək müəyyən edilmişdir. Yəni, Cavabdeh müqavilə ilə razılaşdırılmış e vi 01 iyul 2021-ci il tarixədək inşa edərək, tam təmirli formada iddiaçıya təhvil verməli idi. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirilərək, müqavilədə də nəzərdə tutulduğundan artıq – 43.930 (qırx üç min doqquz yüz otuz) manat məbləğində ödəniş edilməsinə baxmayaraq Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilə üzrə razılaşdırılmış müddətdən (iddia dövrünə əsasən) 2 ay keçməsinə baxmayaraq, o, hələ də evi tam inşa edərək, iddiaçıya təhvil verməmişdir. İddiaçı tərəfindən, "xxxx" MMC-yə müraciət olunmuş və mütəxəssis tərəfindən verilmiş rəyə əsasən müəyyən edilmişdir ki, müqavilə üzrə tikilməsi nəzərdə tutulmuş ünvan ünvanında yerləşən kürsülü 1 mərtəbəli fərdi yaşayış evinin inşasına çəkilmiş xərclərin həcmi və dəyəri (işçilik və materi al xərci daxil olmaqla) 31262,98 (otuz bir min iki yüz altmış iki) manat 98 qəpik təşkil edir. Həmçinin, həmin rəylə müəyyən edilmişdir ki, ünvan ünvanında yerləşən kürsülü 1 mərtəbəli fərdi yaşayış ünvanında yerləşən kürsülü 1 mərtəbəli fərdi yaşayış evinin təmirinin bərpasına çəkiləcək xərcin dəyəri 7190,49 (yeddi min yüz doxsan) manat 49 qəpik təşkil edir. Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Cavabdeh 12.127,02 manat(43390- 31262,98=12127,02) (on iki min yüz iyirmi yeddi) manat 02 qəpik məbləğində artıq ödəniş edilmişdir. Bütün bunlar işin mübahisəsiz hallarıdır ki, iddiaçı tərəfindən sübuta yetirilmişdir. Lakin məhkəmə tərəfindən təqdim edilən sənədlərə və faktlara qiymət verilməyərək işin cavabdeh tərəfindən yersiz uzadılması məqsədi ilə verilmiş şikayət təmin edilərək iddia qismət təmin edilmişdir. Bütün bunlar həm sənədlər, həm tələb həm etiraf üzrə öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən maddi hüquq norması pozularaq iddianı təmin etməməklə, sübutların düzgün qiymətləndirilməsi yönündə olan qanunvericilik deyil, işə qərəzli, qeyri obyektiv, birtərəfli, yəni cavabdehin mövqeyindən iddianın qismən rədd edilməsi yönündə qanunvericiliyi tətbiq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi forma və məzmun baxımdan Mülki Prosessual Qanunvericiliyin tələblərinə uyğun deyildir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

26. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

27. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

28. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

29. Maddə 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialları nda olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq be lə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2064/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar