Məhkəmə qərarları › İş №2(004)-3378/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3378/2025

23.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3378/2025 23.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxs Bakı şəhəri 43 saylı Notariat ofisi) “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: miras əmlakı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri 43 saylı Notariat ofisi) “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi (maraqlı şəxs Bakı şəhəri 43 saylı Notariat ofisi) “hüquqi faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi Oktyabr rayon zəhmətkeş deputatları sovetinin icraiyyə komitəsinin icrasının 22 iyul 1955-ci il tarixli, 14 saylı prptokolun X1 aid olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası Ərizəçi Mextiquli oğlu XX.XX.1934-cü il tarixdə Xızı rayonunda anadan olmuşdur. xx.xx.1983-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Hazırda mərhum atasından miras qalan Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal küçəsi, 66 saylı evdə, yeni qaydalarla (Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, 66 saylı evdə) yaşayır. Atasının vəfatından sonra irs qalmış əmlaka tək vərəsə odur. Bununla bağlı o Bakı şəhəri 43 saylı notariat ofisinə müraciət edərək, xx.xx.1983-cü il tarixdə ölmüş atasının Ərizəçi Mextiquli oğlundan irs qalmış əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir. Bakı şəhrəi 43 saylı notariat ofisinin notariusu cavab olaraq bildirmişdir ki, atasının Ərizəçi Mextiquli oğlunun ata adı təqdim etdiyi sənədlərdə Mextiquli oğlu deyil Mexti oğlu yazılmışdır. Atasının ata adında sənədlərdə uyğunsuzluq olduğu üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir və bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Bildirmək istəyir ki, Oktyabr rayon zəhmətkeş deputatları sovetinin icraiyyə komittəsinin icrasını 22 iyul 1955ci il tarixli, 14 saylı protokolunda atasının ata adında texniki yanlışlıq olub. Belə ki, həmin protokolda atasının ata adını Mextiquli əvəzinə Mexti yazılıb. Bu səbəbdən də vərəsəlik şəhadətnaməsinin alınmasında çətinlik çəkir. Bununla bağlı bildirmək istəyir ki, atasına məxsus sənədlərdə Ərizəçi Mehtiquli oğlu olaraq qeyd olunub və buna dair zəruri sənədlər əlavə olunur iddia ərizəsinə. Hazırda 22 iyul 1955-ci il tarixli protokolunda olan yanlışlığa görə o, atasından qalan miras əmlakı öz adına rəsmiləşdirə bilmir. Buna görə də hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi

3. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

İİİ Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Bakı şəhəri 43 sayl notariat ofisinin xx.xx.2025-ci il tarixli, 1350 nömrəli məktubuna əsasən müəyyən edilir ki, Ərizəçi Mextiquli oğlunun ata adı təqdim etdiyi sənədlərdə Mextiquli oğlu deyil Mexti oğlu yazılmışdır. Atasının ata adında sənədlərdə uyğunsuzluq olduğu üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

8. xx.xx.1983-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, Ərizəçi Mextiquli oğlu xx.xx.1983-cü il tarixdə vəfat etmişdir.

9. Oktyabr rayon X3 İcraiyyə Komitəsinin İclasının xx.xx.1955-ci il tarixli, 14 nömrəli protokoluna əsasən aşağıdakı zəhmətkeşlərə 304 kv.m. sahəyə malik fərdi daş yaşayış evinin tikintisi üçün 3146-cı məhəllədə torpaq sahələrinin ayrılması: 5-ci Xrebtovaya küçəsi № 17 ünvanında yaşayan Ərizəçi Mehdi oğlu, 3-cü Yasamal küçəsində 351 nömrəli torpaq sahəsi, ev № 66 qərara alınmışdır.

10. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixdə 25160 nömrə ilə X4 Kitabında uçota alınmış torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2 ünvanda mərhum Ərizəçi Mehtiquli oğlu oğlunun adına Yasamal (Oktybar) rayon ZDS İK-nin xx.xx.1955-ci il tarixli 14 saylı Qərarı ilə 304 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır.

11. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir.

12. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

13. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

14. Həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

15. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

16. Məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarından görünür ki, ərizəçi tərəfindən müəyyən edilməsi xahiş olunan sənədin şəxsə məxsus olması ilə bağlı əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olan faktdan ibarətdir. Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, ərizəçinin atası xx.xx.1983-cü il tarixdə vəfat etmiş Ərizəçi Mextiquli oğlundan hazırda Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal küçəsi, 66 saylı ev, yeni qaydalarla (Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, 66 saylı ev) miras qalmışdır. Lakin atasının Ərizəçi Mextiquli oğlunun ata adı təqdim etdiyi sənədlərdə Mextiquli oğlu deyil Mexti oğlu yazıldığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Belə ki, Oktyabr rayon zəhmətkeş deputatları sovetinin icraiyyə komitəsinin icrasını 22 iyul 1955-ci il tarixli, 14 saylı protokolunda atasının ata adında texniki yanlışlıq olaraq Mextiquli əvəzinə Mexti kimi qeyd olunub. Buna görə də Oktyabr rayon zəhmətkeş deputatları sovetinin icraiyyə komitəsinin iclasının 22 iyul 1955-ci il tarixli, 14 saylı protokolunun Ərizəçi Mehtiquli oğluna aid olması faktı müəyyən edilməlidir

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.

20. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

V Nəticə:

21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 317-321 və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Oktyabr rayon zəhmətkeş deputatları sovetinin icraiyyə komitəsinin iclasının 22 iyul 1955-ci il tarixli, 14 saylı protokolunun Ərizəçi Mehtiquli oğluna aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar