Məhkəmə qərarları › İş №2(004)-3383/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3383/2025

12.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3383/2025 12.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və Ərizəçi onun himayəçisi təyin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı - X5 xx.xx.2007-ci il təvəllüdlü olmaqla, birinci dərəcəli əlildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə “Uşaq autizmi, Kanner sindiromu (F84.0), Ağır kəmağıllıq (F80.0), qulluq və müalicə tələb edən (F72.1), ciddi davranış pozuntusu (F90.0)” diaqnozuna əsasən 90% orqanizm funksiyası pozulması ilə müddətsiz birinci qrup əlillik dərəcəsi təyin olunmuş, qulluq və müalicə tələb edən ciddi davranış və nitq pozuntusu, əqli inkişafdan kobud geri qalma, yersiz hərəkətlər və daima qulluq və nəzarətə ehtiyac kimi qiymətləndirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il rəyi ilə X1 əqli geriliyi təsdiqlənərək ona birinci qrup əlillik statusu verilmişdir. Buna görə də X1 fəaliyyət qabiliyyəti olmayan hesab olunması və Ərizəçi onun himayəsi təyin olunması zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC-nin 482 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən Ərizəçi (AA*******) həqiqətən də Yasamal rayonu, Yeni Yasamal 2, X7, ev 22, mənzil 50 ünvanında yaşayır. - "xxxx" MMC-nin 483 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən X5 (AA4273300) həqiqətən də Yasamal rayonu, Yeni Yasamal 2, X7, ev 22, mənzil 50 ünvanında yaşayır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, yüngül kəmağıllıq qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları, əqli inkişafdan kobud geri qalır. Yersiz hərəkətləri var. Daima qulluq və nəzarətə ehtiyacı var” diaqnozu qoyularaq müddətsiz olaraq birinci dərəcəli əlil kimi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik və Ekspertizasının xx.xx.2025-ci il tarixli, 2229 saylı rəyinə əsasən yoxlanılan şəxs X2 “UŞAQ AUTİZMİ NƏTİCƏSİNDƏ YARANAN AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ)“ (F 72) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlanndan geri qalması, ağıl zəifliyi ilə əlaqədar 2 sinif təhsil alması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı “X3”da ‘Yüngül dərəcəli əqli gerilik davranış pozuntuları ilə. Anamnezində baş-beyin travması” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsı, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Yoxlanılan şəxs X2 uşaq autizmi nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir. Yoxlanılan şəxs X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının anlamaq, öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. S.İ.Səricanlını fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Məhkəmə qeyd edir ki, ərizəçi X1 yaxın qohumu – anasıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. 06 aprel 2007-ci il təvəllüdlü X1 psixi qüsurlu olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, 06 aprel 2007-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi qızı – Bakı şəhəri, Yasamal rayonu, X7, Yeni ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan 06 aprel 2007-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar