Məhkəmə qərarları › İş №2(004)-3384/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3384/2022

03.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3384/2022 03.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atasının vəfat etməsi ilə əlaqdar olaraq, qardaşı X1 qəyyumluq və himayəçiliyinin onun üzərinə keçirilməsini təmin etmək məqsədi ilə 1 qrup əlilliyi olan qardaşının fəaliyyət qabiliyyətinin olmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268 -ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar