Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3395/2023 17.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri 12 saylı DNK-da 30 noyabr 2001-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh adına verilmiş FM seriyalı 040416 nömrəli xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, mərhum X1 adında olmuş ünvan 1 ünvandakı miras evinin bölünməsi zamanı 16/24 hissədəki payın ləğv edilərək, Cavabdeh adına rəsmiləşdirilən 16/24 paydan İddiaçı1 payına düşən payın, mərhum X2 qızı - iddiaçı Dəmirova (Ağayeva) Xuraman İsmət qızına düşən payın və mərhum X3 oğlu - İddiaçı2 düşən payın müəyyən olunması, vərəsəliyin qəbul edilməsi və miras evinin 16/24 hissəsindəki payın vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək, mübahisəni məhkəmədən kənar qaydada həll etməyə razılaşdıqlarını bildirərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. İddiaçı2 məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək, mübahisəni məhkəmədən kənar qaydada həll etməyə razılaşdıqlarını bildirərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh məhkəmənin hazırlıq iclasında bildirdi ki, mübahisəni məhkəmədən kənar həll etməyə razılaşmışlar. Odur ki, iddia ərizəsinin iddiaçılara qaytarılmasını xahiş edir. İddiaçı3 məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o məhkəməyə gəlməmişdir. Məhkəmə İddiaçı3 iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçıların xx.xx.2023-cü il tarixli ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114, 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. "xxxx" ASC-nin K0241013 nömrəli terminalı vasitəsilə xx.xx.2023-cü il tarixli GPP ********** nömrəli sənədə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı1 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3395/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3395/2023
17.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver